"Levon Ter-Petrosyanın 1993-cü ildəki çıxışları Ermənistanın işğalçı siyasətinin açıq etirafı kimi qiymətləndirilməlidir"- AÇIQLAMA

"Levon Ter-Petrosyanın 1993-cü ildəki çıxışları Ermənistanın işğalçı siyasətinin açıq etirafı kimi qiymətləndirilməlidir"- AÇIQLAMADünən Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistanın birinci prezidenti Levon Ter-Petrsoyanın 1993-cü ildə keçmiş qondarma qurumun nümayəndələri ilə keçirdiyi görüşə dair videomaterial nümayiş olunub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, videomaterialda çıxış edən Levon Ter-Petrosyan Azərbaycan ərazilərində qanunsuz olaraq yaradılan qondarma quruma Ermənistan adından ən yüksək təhlükəsizlik zəmanətləri verdiyini xatırladıb.

O, qondarma qurum və Ermənistan arasında imzalanacaq təhlükəsizlik zəmanətləri barədə müqaviləni məxfi sənəd adlandırıb.

Kadrlarda Ermənistanın keçmiş prezidenti müqavilənin iki nüsxədən ibarət olacağını deyərək əlavə edib: "Dağlıq Qarabağ Respublikası beynəlxalq ictimaiyyətin, Rusiya Federasiyasının, ABŞ-ın və xüsusilə Ermənistan Respublikasının Prezidenti Levon Ter-Petrosyanın zəmanətlərinə güvənir".

L.T.Petrosyan bildirir ki, Ermənistan özünün bütün imkanlarından, o cümlədən birbaşa hərbi müdaxilədən istifadə edəcəyini öhdəsinə götürür və gələcək danışıqlarda Laçının Azərbaycana verilməsi ehtimalını istisna edir.

Məhkəmədə dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıran təqsirləndirilən şəxs Arkadi Qukasyan L.T.Petrosyanla keçirilən həmin görüşdə iştirak etdiyini bildirib. Həmin görüşü taleyüklü məsələ adlandıran təqsirləndirilən şəxs videomaterialın Kəlbəcər rayonu işğal olunduqdan sonra çəkildiyini xatırladıb və deyib ki, həmin görüş zamanı keçmiş qondarma qurumun Azərbaycanla danışıqlar aparan qrupunun rəhbəri və qurumun deputatı idi.

A.Qukasyan əlavə edib ki, bu görüşdən sonra Georgi Petrosyan istefa verib: "Parlamentin sədri vəzifəsini Karen Baburyan icra etməyə başladı. O isə Robert Koçaryanla birlikdə Levon Ter-Petrosyanın təqdim etdiyi sənədi imzaladı.

Həmin sənədə əsasən, Ermənistan Respublikası münaqişə tam başa çatana qədər Qarabağın təhlükəsizliyinin təminatını öz üzərinə götürürdü

"Levon Ter-Petrosyanın 1993-cü ildəki çıxışları və görüşləri Ermənistanın işğalçı və etnik təmizləmə siyasətinin açıq etirafı kimi qiymətləndirilməlidir"- bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Ter-Petrosyanın öz sözləri ilə bir daha görünür ki, azərbaycanlıların Ermənistandan zorla qovulması Ermənistanın monoetnik dövlət qurmaq məqsədinin tərkib hissəsi olub və bu, regionda uzunmüddətli sülhün qarşısında əsas maneədir. Onun təhlükəsizlik zəmanətləri verməsi və hərbi müdaxilə öhdəliyini üzərinə götürməsi Ermənistanın işğal siyasətinin sistemli və planlı xarakter daşıdığını göstərir.

Siyasi baxımdan Ter-Petrosyan həm Ermənistanın daxili siyasi mübarizəsində, həm də Qarabağ münaqişəsinin gedişində müstəsna rol oynayıb. O, 1990-cı illərin əvvəllərində işğal və etnik təmizləmələrdə əsas fiqur kimi çıxış edib. Bu da göstərir ki, Ermənistanın işğal siyasətində həm daxili siyasi ziddiyyətlər, həm də radikal qüvvələrin təsiri mühüm rol oynayıb.

Ter-Petrosyanın etirafları Ermənistanın işğalçı siyasətinin beynəlxalq hüquq baxımından ciddi məsuliyyət daşıdığını bir daha nümayiş etdirir. Bu, həm də Azərbaycanın beynəlxalq aləmdə haqlı mövqeyinin güclənməsinə xidmət edir. Eyni zamanda, Ter-Petrosyanın çıxışları Ermənistanın siyasi elitasında dərin irqçilik və işğalçılıq ideologiyasının kök saldığını göstərir.

Nəticə etibarilə, Ter-Petrosyanın 1993-cü il çıxışları və onun rəhbərliyi dövründə baş verən hadisələr Ermənistanın işğalçı siyasətinin tarixi köklərini açır və bu siyasətin davamlılığını izah edir. Bu etiraflar həm də gələcək sülh danışıqları üçün ciddi hüquqi və siyasi baza yaradır və Ermənistanın məsuliyyətinin beynəlxalq səviyyədə tələbinə zəmin yaradır bir daha. Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından da bu məhkəmə prosesi strateji əhəmiyyət kəsb edir".

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2467   Tarix: 23 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb

15 oktyabr
.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video

Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbir

15 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərini hədəfə alan kampaniyanın siyasi mahiyyəti

Azərbaycan-Türkiyə münasibətləri ətrafında Türkiyənin sosial media məkanında son həftələr müşahidə olunan hadisələr, ayrı-ayrı siyasi şəxslərin açıqlamaları, Azərbaycana qarşı ittihamların yayılması və diplomatik nümayəndəliklərimiz qarşısında keçirilən aksiyalar ciddi siyasi-analitik yanaşma tələb edir

15 oktyabr
.

İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub. AZƏRTAC-a istinadən xəbər verir ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatlar törətdiyini və nəticədə azərbaycanlı hərbçilərin həlak olduqların

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib. xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist

14 oktyabr