Azərbaycanın çimərlik futbolu millisi Avropa Superfinalına vəsiqə qazanıb
Azərbaycanın çimərlik futbolu millisi Avropa Superfinalına vəsiqə qazanıb.
"Report" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, B Liqasının A qrupunda yer alan komanda I seçmə mərhələnin sonuncu matçında Litva yığması ilə qarşılaşıb.
İspaniyanın El Puerto de Santa Mariya şəhərində təşkil olunan görüş rəqibin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində hər üç qolu Orxan Məmmədov vurub.
Beləliklə, qrupu 5 xalla ikinci pillədə başa vuran Sahib Məmmədovun yetirmələri sentyabrın 7-14-ü aralığında İtaliyada təşkil olunacaq Superfinalda mübarizə aparacaq. 8 komandanın iştirakı ilə baş tutacaq yarışda ilk iki yeri tutacaq kollektivlər A Liqasına yüksələcəklər.
Qeyd edək ki, Azərbaycan yığması qrupun ilk iki matçında İngiltərəni 5:4, Belçikanı isə 11:2 hesabı ilə məğlub edib.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 708 Tarix: 25 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dünya çempionatının favoritlərindən heç biri Meksikada yerləşdirilməyəcək
FIFA reytinqinə əsasən planetin ən güclü on komandasının siyahısına daxil olan dünya çempionatının favoritlərindən heç biri Meksika ərazisində yerləşdirilməyib. Bu barədə RİA Novosti-yə istinadən xəbər verir. ABŞ ərazisində hazırkı dünya çempionu Argentina, həmçinin Braziliya, Fransa, İspaniya, İngiltərə
31 may2026 Dünya Kuboku: Arda və Kenan ilk onluqda
2026-cı il Dünya Kuboku öncəsi hazırlanan 21 yaşadək ən yaxşı futbolçular siyahısında Türkiyə millisinin iki üzvü yer alıb. türk mediasına istinadən xəbər verir ki, Beynəlxalq idman mediasının hazırladığı reytinqdə Türkiyə millisinin və İspaniyanın "Real Madrid" klubunun yarımmüdafiəçisi Ard
5 iyunMourinyo Türkiyəni Avropa Məhkəməsinə şikayət edib
Təcrübəli mütəxəssis Joze Mourinyo Türkiyəni Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. xarici mediaya istinadla xəbər verur ki, portuqaliyalı mütəxəssis buna səbəb kimi "Fənərbaxça" da işlədiyi zaman ona verilən cəzaları əsas gətirib. O, İstanbul klubunda çalışarkən TFF tərəfindən tətbi
4 iyun"Arsenal" üçün kabus: 6 finalda 0 qələbə
"Arsenal" klubu UEFA turnirlərində son 6 final matçının hamısını uduzub. Qaynarinfo xəbər verir ki, İngiltərə təmsilçisi Avropada keçirilən final oyunlarında xüsusilə penaltilər seriyasına gedən qarşılaşmalarda da uğur qazana bilməyib. Son olaraq UEFA Çempionlar Liqasının finalında Fransa klub
1 iyun"Sabah" futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb
"Sabah" futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb. Klubdan "Report"a verilən məlumata görə, nigeriyalı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib. Cesse Sekidika "Sabah"ın tarixində mühüm rol oynamış futbolçulardandır. O, "bayquşlar"ı
31 mayPSJ Li Kan İnlə müqavilənin müddətini uzatmayacaq
PSJ rəhbərliyi hücumçu Li Kan İnlə müqavilənin müddətini uzatmayacaq. "Report" "RMC Sport"a istinadən xəbər verir ki, Paris klubu münasib təklif olacağı təqdirdə, bu yay futbolçunun gedişinə mane olmayacaq. İspaniyanın "Atletiko" və İngiltərənin "Aston Villa" klublarını
6 iyun"Qarabağ" ÇSKA ilə qarşılaşa bilər
"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışı zamanı rəqiblərindən biri müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, bu, Bolqarıstanın ÇSKA (Sofiya) komandası olacaq. Oyun iyunun 27-də keçiriləcək. Lakin klubun rəsmi saytında qeyd edildiyi kimi, bu matç baş tutmaya bilər
8 iyun"Zirə" qapıçısı ilə yollarını ayırdı
"Zirə" futbol klubu qapıçısı Tiaqu Silva ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə klubun mətbuat xidmət məlumat yayıb. Qeyd edək ki, 26 yaşlı braziliyalı qolkiper 2023-cü ildən "Zirə"də çıxış edib
7 iyun