"23 ay qısa müddət olsa da bu müddət ərzində AXC bir çox mühüm nailiyyətlər əldə etmişdir" - DEPUTAT

"23 ay qısa müddət olsa da bu müddət ərzində AXC bir çox mühüm nailiyyətlər əldə etmişdir" - DEPUTAT"28 May – Müstəqillik Günü Azərbaycan Respublikasının dövlət bayramlarından biri kimi hər il may ayının 28-i tarixində qeyd olunur. Bu gün Azərbaycanın ilk müstəqil dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 1918-ci ildə yaradılmasının ildönümüdür.
1918-ci ilin 28 may tarixində Gürcüstanın paytaxtı Tiflis şəhərində yerləşən Azərbaycan Milli Şurası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilmişdir. Azərbaycan xalqı istiqlaliyyətini elan edərək və müstəqillik əzmini nümayiş etdirərək özünün və Şərqin ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasını yaratmışdır. Bununla da Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika olaraq tarixə düşmüşdür
".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi:

"AXC parlamentli idarəetmə formasına malik, demokratik prinsiplərə əsaslanan və qadınlara seçki hüququ verən ilk müsəlman dövlətlərdən biri idi. Lakin bu cümhuriyyət uzun ömürlü olmadı. 1920-ci ilin 28 aprel tarixində Sovet Rusiyası tərəfindən işğal edildi və Azərbaycan Sovet Sosialist Respublikası elan olundu.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti zamanı Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırılmış, Dövlət bayrağı və Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Həmçinin qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.

Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. 23 ay qısa müddət olsa da bu müddət ərzində AXC bir çox mühüm nailiyyətlər əldə etmişdir.

Bu nailiyyətlər ölkənin təhsil sistemindən də yan keçməmişdir. Belə ki, 1918-ci ilin avqustunda AXC-nin müvafiq qərarı ilə tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlanmış, 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edilmişdir. Xalq Cümhuriyyətinin dövründə universitet ilə yanaşı, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görülmüşdür.

Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə də xüsusi önəm vermişdir ki, məhz 1918-ci il mayın 28-də - Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilmiş, həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunmuşdur".

Deputat onu da vurğuladı ki, uzun illər Sovet hökumətinin işğalı altında olan Azərbaycan nəhayət 20-ci əsrin sonlarında Ulu Öndər Heydər Əliyevin siyasi bilik və bacarıqları, uzaqgörən siyasəti sayəsində yenidən öz müstəqilliyinə qovuşmuş və suverenliyini bərpa etmişdir:

"Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görmüş, ölkədə ictimai-siyasi sabitliyi bərqərar etmiş, bundan sonra Azərbaycan Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilli ilə bağlı bir çox önəmli və ibrət götürüləsi fikirlər söyləmişdir. Əbəs yerə deməmişdir ki, "Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, o dövrdə Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi heç də təsadüfi hadisə deyildi. Hələ XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllərindən xalqımızın mütəfəkkir şəxsiyyətlərinin, qabaqcıl insanlarının fəaliyyəti nəticəsində Azərbaycanda milli oyanış, milli dirçəliş hissləri get-gedə artmışdı. Artıq XX əsrin əvvəllərindən, demək olar ki, xalqımız, onun qabaqcıl şəxsiyyətləri müstəqillik arzusu ilə yaşamışlar".

Məhz Ulu Öndərin bu təfəkküründən yararlanan və onun siyasi kursunu davam etdirəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.

Bakı şəhərinin İstiqlaliyyət küçəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılmış, həmçinin Ölkə Başçısı tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin və Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi barədə sərəncamlar imzalanmışdır. Bundan başqa, Prezident İlham Əliyev 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etmiş və Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı" təsis olunmuşdur. Həmçinin 15 oktyabr 2021-ci il tarixində "Müstəqillik günü haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən qanunla 28 may Müstəqillik Günü, 18 oktyabr isə "Müstəqilliyin Bərpası Günü" elan edilmişdir.

Bu gün Ölkə Başçısı cənab İlham Əliyevin dövlətimiz üçün atdığı hər bir addım və qəbul etdiyi hər bir qərar Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunması, ölkənin günü-gündən inkişaf etdirilməsi, xalqımızın rifahı və sosial-iqtisadi durumunun yaxşılaşması naminə atılan addımlardır. Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti, uğurlu qərarları və xalqımızın mərd oğullarının sücaəti sayəsində işğal altında olan torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa edildi və müstəqillik simvollarımızdan olan Azərbaycanın üçrəngli bayrağı bütün bölgələrimizdə dalğalandırıldı".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1866   Tarix: 27 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev iki daimi nümayəndəni geri çağırdı, birinə yeni vəzifə verdi

Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi, Elman Telman oğlu Abdullayev isə Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamla

6 avqust
.

İlham Əliyevin Naxçıvana səfəri sosial-iqtisadi simasnı tamamilə dəyişəcək - Deputat

"Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri muxtar respublikanın sosial-iqtisadi simasını tamamilə dəyişəcək və onu regionun ən müasir mərkəzlərindən birinə çevirəcək yeni bir mərhələnin başlanğıcıdır. Səfər çərçivəsində Dövlət Başçımız tərəfindən səsləndirilən fikirlər və təməli qoyula

12 avqust
.

Ermənistan ərazisində enerji dəhlizinin yaradılması TRIPP və bütün bölgə üçün müsbət nəticə verəcək

Bu gün Azərbaycanın yaratdığı tarixi reallıqların məntiqi nəticəsi olaraq ölkəmiz yeni mərhələni yaşayır. Azərbaycanın öz suverenliyinin bərpası, Qarabağın azad olunması, eləcə də Qarabağdan separatizmin təmizlənməsi yeni imkanlar yaratmış oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliy

12 avqust
.

Prezident Tacikistanla imzalanmış sazişi TƏSDİQLƏDİ

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş"in təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Qeyd edək ki

7 avqust
.

İlham Əliyevdən üç diplomatla bağlı SƏRƏNCAMLAR

Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb

12 avqust
.

Vaşinqton görüşləri ölkəmizə yeni geosiyasi üstünlüklər qazandırdı

Prezident İlham Əliyevin geosiyasi uğurlarından biri də 2025-ci ilin avqustun 8-də dünyanın fövqəlgüc dövlətlərindən biri olan ABŞ-də elə həmin ölkənin Prezidenti Donald Trampla keçirdiyi görüşlər oldu. Xatırladaq ki, Donald Trampa qədərki dövrdə ABŞ rəhbərliyi davamlı olaraq ermənipərəst mövqe tutara

10 avqust
.

İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana təşəkkür edib. xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı "X" hesabında paylaşım edib. Paylaşımda deyilir:. "Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə sizə təşəkkü

10 avqust
.

Prezident yeni elektrik avtobuslarına mindi - Fotolar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, Rəqəmsal inkişa

11 avqust
.

Prezident Ukrayna ilə imzalanmış sazişi təsdiqlədi

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla sazişin müddəalarının həyata keçirilməs

10 avqust