Xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib? - Yenilənib
Dövlət Sosial Müdafiə Fondunda bir sıra rəhbər vəzifələrə təyinatlar olub.
Sonxeber.az Tribunainfo.az-a istinadən xəbər verir ki, Fondun rəhbəri Zəka Mirzəyev xalası oğlu Mail Məmmədovu DSMF-nin icraçı direktoru təyin edib.
Z.Mirzəyevin bir neçə gün əvvəl özünə müavin təyin etdiyi Şahin Əliyevin isə onun bacısının həyat yoldaşı olması məlum olub.
Bildirilib ki, təyinatların hansı formada, hansı meyarlara və göstəricilərə əsasən aparıldığını dəqiqləşdirmək üçün DSMF-yə sorğu göndərilsə də, buna cavab verilməyib.
Məmurların öz yaxınlarına vəzifə verməsi qanunla qadağandır.
Qeyd edək ki, Zəka Mirzəyev bu ilin aprelində DSMF sədri təyin edilib.
***
DSMF-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil:
"DSMF-nin icraçı direktorunun Fond sədrinin xalası oğlu, sədr müavinin isə sədrin yeznəsi olması barədə yer alan iddia tam əsassızdır.
Belə ki, Fondun icraçı direktoru təyin olunan Mail Məmmədovun anası Dadaşova Yaqut Dadaşxan qızı, Fondun sədri Zəka Mirzəyevin anası isə Sadıqova Pərvuzə Ağasəlim qızıdır.
Fondun sədr müavini təyin olunan Şahin Əliyevin qayınatası Yaşılxan Əliyev, Zəka Mirzəyevin atası isə Aqil Mirzəyevdir.
Göründüyü kimi, hər hansı sözügedən qohumluq əlaqələrindən söhbət gedə bilməz.
Təyin olunan hər iki şəxs uzun illərdir ki, DSMF-nin struktur bölmələrində çalışırlar və sosial müdafiə sahəsində peşəkar təcrübələri ilə seçilirlər".
Fotoda Zəka Mirzəyev
Fotoda Şahin Əliyev
Fotoda Mail Məmmədov

Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1602 Tarix: 27 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql
14 oktyabrİlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb
15 oktyabrAzərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir
Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind
14 oktyabrBakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video
Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbir
15 oktyabrPrezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra
14 oktyabr