İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul edib.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Laziz Kudratovun ölkəmizə səfərinin ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Azərbaycanla Özbəkistanın çox sayda birgə layihələr həyata keçirdiyini məmnunluqla vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, bu, bütün sahələrdə əlaqələrimizin sıx dostluq xarakteri daşımasının göstəricisidir.
Qəbula görə minnətdarlığını bildirən Laziz Kudratov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlətimizin başçısına çatdırıb. Qonaq qeyd edib ki, Özbəkistan dövlətinin başçısı qardaş Azərbaycana nəzərdə tutulan səfərinə hazırlaşır və bu səfəri konkret praktiki məzmunla zənginləşdirmək üçün hökumətə tapşırıqlar verib.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş edib.
Qonaq vurğulayıb ki, ötən il Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri zamanı iki ölkənin prezidentlərinin qarşıya qoyduqları yeni prioritet istiqamətlər üzrə fəal iş aparılır.
Görüşdə iqtisadi-ticari əlaqələrin inkişafı məmnunluqla vurğulanıb, sənaye kooperasiyası, nəqliyyat, logistika əlaqələrinin daha da genişləndirilməsi və yeni birgə layihələr barədə fikir mübadiləsi aparılıb.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi