Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi istiqamətində parlamentin mövcud siyasəti - DEPUTAT
"Milli Məclis regionların inkişafı üçün tələb olunan hüquqi mexanizmləri yaratmaq və təkmilləşdirmək məqsədilə mütəmadi olaraq qanunvericilik təşəbbüsləri irəli sürür. İnvestisiya təşviqinin hüquqi əsaslarının gücləndirilməsi, regionlarda kiçik və orta biznesin (KOB) inkişafına dəstək ola biləcək qanun layihələrinin qəbul edilməsi, aqrar sahənin inkişafına dəstək, sənaye zonaları, texnoloji parklar və turizm fəaliyyətlərini dəstəkləyən normativ aktların qəbulu regionların inkişafına böyük təkan verir.
Milli Məclis üzvləri tərəfindən hər il dövlət büdcəsinin təsdiqi zamanı regionların sosial infrastrukturunun inkişafına yönəlmiş investisiya xərclərinə xüsusi diqqət yetirilir. Yol, su, qaz, elektrik enerjisi və internet infrastrukturunun genişləndirilməsi, təhsil və səhiyyə obyektlərinin tikintisi və təmiri, yaşayış məntəqələrinin abadlaşdırılması ilə bağlı deputatlar təmsil etdikləri dairələr üzrə təkliflərlə çıxış edirlər".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.
O, açıqlamasında qeyd edib ki, parlament regionların inkişafı üzrə dövlət proqramlarının hazırlanması və icrasına nəzarətdə fəal iştirak edir:
"Dövlət Proqramlarının icra vəziyyətinə dair hesabatlar dinlənilən zaman müvafiq tövsiyələr verilir. Milli Məclis yerli icra hakimiyyətləri və bələdiyyələrlə daha effektiv əməkdaşlıq mexanizmlərinin qurulmasını dəstəkləyir. Ötən payız sessiyası zamanı bələdiyyələrin səlahiyyət və maliyyə imkanlarının artırılmasına dair qanun layihələri müzakirə olunaraq qəbul edilmişdi. Regionların iqtisadi inkişafını sürətləndirmək məqsədilə sahibkarlığın təşviq edilməsi və bu sahədə vergi güzəştlərinin, digər azadolmaların qanunvericilikdə əksini tapması da Qanunverici orqanın diqqət mərkəzindədir.
Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf strategiyasının reallaşması istiqamətində qanunverici bazanın gücləndirilməsi əsas prioritetlərdən biridir. Bu xüsusda, işğaldan azad olunmuş ərazilərin inkişafına nail olmaq, yenidənqurma və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi ilə yanaşı, doğma torpağına geri qayıdan insanların sosial müdafiəsi, onların məşğulluğunun təmin edilməsi istiqamətində Milli Məclis üzvləri təkliflərlə çıxış edirlər".
Deputat onu da vurğuladı ki, parlamentda həmçinin regionların inkişafında ekoloji balansın qorunması və "yaşıl keçid"in təmin olunmasına, bərpa olunan enerji mənbələrinin inkişafı, su resurslarının qorunması və kənd təsərrüfatında davamlı metodların təşviqi ilə bağlı çağırışlar edilir:
"Parlamentin regionların sosial-iqtisadi inkişafının təşviqinə yönəlmiş siyasəti sistemli və çoxşaxəlidir. Bu siyasət, əsasən, insan kapitalının inkişafı, innovasiyalar, ekoloji təhlükəsizlik və sosial ədalət prinsiplərinə əsaslanır. Bu sahədə qanunvericilik təşəbbüsləri ölkə üzrə dayanıqlı inkişafın təmin olunmasında mühüm rol oynayır".
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Regionların sosial-iqtiasdi inkişafının təşviq edilməsi" mövzusuna uyğun olaraq dərc edilir.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi