PFL prezidenti yenidən əməliyyat olunacaq
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov yenidən əməliyyat olunacaq.
Bu barədə "Report"a açıqlamasında PFL-in Media və marketinq direktoru Sənan Abdullayev bildirib.
O, qurum rəhbərinin durumunun hazırda yaxşı qiymətləndirildiyini söyləyib:
"Elxan bəyin sağlıq durumu yaxşıdır və müntəzəm olaraq işə çıxır. Həftə ərzində davamlı şəkildə fizioterapiya keçir. Həkimlər hər şeyin qaydasında getdiyini bildirirlər. Qarşıdakı iki ayda yenidən əməliyyat olacağı gözlənilir".
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisədən sonra E.Səmədov bir neçə dəfə əməliyyat olunub.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 771 Tarix: 21 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qarabağ"ın oyununa görə metronun iş rejimi dəyişdirilir
Bu axşam saat 20:00-da "Qarabağ" Futbol Klubunun UEFA Konfrans Liqasında "Tvente"yə (Niderland) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq pley-off oyunu ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək. Bu barədə -a "Bakı Metropoliteni" QSC-də
27 avqust"Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb
"Qarabağ" klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb. "Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçun
30 avqustNeymar ciddi zədə aldı, klubu açıqlama yaydı
Braziliya milli komandası tarixində ən yaxşı bombardir, "Santos"un hücumçusu Neymar "Palmeyras"la oyunda sağ budundan zədə alıb. -ın xəbərinə görə, bu barədə Braziliya klubunun mətbuat xidməti "X" hesabında məlumat verib. Braziliya Kubokunun dörddəbir finalının cavab oyun
5 sentyabr"Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verib
"Neftçi" qapıçısı Kenan Piriçlə yolları ayırıb. Bu barədə -a Bakı klubunun mətbuat xidmətindən bildirlib. Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, ötən ilin yayında transfer olunan bosniya və herseqovinalı qapıçı paytaxt təmsilçisinin heyətində 2
2 sentyabr"Qarabağ"ın yeni transferləri oyunu stadiondan izləyirlər
"Qarabağ"ın yeni transferləri olan Taofik İsmael və Reda Khadra komandanın "Tvente"yə qarşı keçirilən pley-off mərhələsinin matçını stadiondan izləyirlər. "Qafqazinfo" xəbər verir ki, hər iki futbolçu VİP lojada yer alır. Belə ki, "Tvente" ilə matçın fasiləsind
27 avqustDÇ-dən sonra transferlərə 10 milyard xərcləndi - Tarixi rekord
2026-cı il FIFA Dünya Çempionatı transfer dövrünə də ciddi təsir göstərib. Turnirdə iştirak edən 47 fərqli ölkədən 267 futbolçu mundial başa çatdıqdan sonra klubunu dəyişib. "Qafqazinfo" xəbər verir ki, FIFA-nın 1 iyun-2 sentyabr 2026-cı il tarixlərini əhatə edən hesabatına əsasən, həmin 26
5 sentyabrElvinin xəstəxanadan fotosunu paylaşıb bu sözləri yazdı
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev idman ortopediyası üzrə ixtisaslaşmış ortoped-cərrah Lasse Lempainen tərəfindən əməliyyat olunub. "Qafqazinfo" xəbə
3 sentyabr