"Bu gün Azərbaycan Ordusu yalnız ölkəmizin ərazi bütövlüyünü deyil, həm də regionda sülh və sabitliyin təmin olunmasında mühüm rol oynayır"
"26 İyun Silahlı Qüvvələr Günü Azərbaycan dövlətçiliyi və xalqımızın milli qüruru üçün xüsusi önəm daşıyan əlamətdar gündür. Bu tarix ordu quruculuğunun başlanğıcı, eyni zamanda dövlətimizin gücünün, müstəqilliyimizin dayağının simvoludur".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu son illər ərzində həm döyüş qabiliyyəti, həm də texnoloji təminat baxımından mühüm irəliləyişə nail olmuşdur:
" 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər, məhz bu güclü ordu quruculuğunun və xalq-ordu birliyinin nəticəsidir.
Hazırda ordu quruculuğu sahəsində həyata keçirilən sistemli islahatlar, hərbi təhsil mühitinin təkmilləşdirilməsi, yerli hərbi sənaye potensialının gücləndirilməsi, müasir silah və texnologiyalarla təchizat, eləcə də müdafiə büdcəsinə ayrılan vəsaitlərin artırılması ölkəmizin müdafiə qabiliyyətini daha da möhkəmləndirir. Bir müddət əvvəl qardaş Pakistanla döyüş təyyarələri və inkişaf etmiş silah-sursatın alınması ilə bağlı müqavilələrin imzalanması hərbi potensialımızın artırılmasına hesablanmış strateji bir addımdır.
Bu gün Azərbaycan Ordusu yalnız ölkəmizin ərazi bütövlüyünü deyil, həm də regionda sülh və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Ordumuzun gücü və peşəkarlığı hərbi güc həm də siyasi çəkimizin və dövlətimizin nüfuzunun göstəricisidir.
Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ali Baş Komandanımıza, bütün hərbi qulluqçularımıza, şəhid ailələrimizə və qazilərimizə dərin ehtiramımızı yetirir, Azərbaycan Ordusunun hər bir üzvünə möhkəm can sağlığı diləyirik.
Yaşasın Azərbaycan Ordusu!".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi