"Bu hadisə Azərbaycanın enerji sektorunda mühüm dönüş nöqtəsidir" - DEPUTAT
"2025-ci ilin 24 iyun tarixində Prezident İlham Əliyev Mingəçevir şəhərindəki "8 Noyabr" Elektrik Stansiyasının rəsmi açılışında iştirak etmişdir. Bu hadisə Azərbaycanın enerji sektorunda mühüm dönüş nöqtəsidir. Mingəçevirdə yerləşən "8 Noyabr" Elektrik Stansiyası yeni termik enerji layihəsidir və Azərbaycanın enerji sistemində strateji əhəmiyyət kəsb edir. Bu stansiya ilə Mingəçevir Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın enerji mərkəzi statusunu daha da gücləndirir, ölkənin elektrik enerjisinə olan tələbatının təxminən 40 %-i buradan qarşılanır. Bu layihə Azərbaycan üçün strateji sərmayədir, həmçinin İtaliya və Çin şirkətlərinin bu layihəyə cəlb edilməsi beynəlxalq əməkdaşlığın göstəricisidir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.
O, açıqlamasında qeyd edib ki, təxminən iki il ərzində ərsəyə gələn belə bir nəhəg layihənin qısa müddətdə istifadəyə verilməsi Azərbaycanda mövcud olan energetika bazasının, kadr təcrübəsinin və energetiklərin peşəkarlığının və eləcə də ölkəmizlə əməkdaşlıq edən İtaliya və Çin şirkətlərinin töhfələrinin nəticəsidir ki, ölkəmiz bu böyük uğurun qazanılmasına və həyata keçirilməsinə nail olmuşdur:
"Mingəçevirdəki İstilik Elektrik Stansiyasının tarixi 1970-ci illərə gedib çıxır. 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə əsas bloklar tikilmiş və 1981-ci ildə istismara verilmişdir. Mingəçevirin tarixi energetika mərkəzi kimi zəngindir və burada formalaşmış güclü kadr potensialı ölkəmizin uğurlar əldə etməsinə imkan yaradır.
2018-ci ildə "Azərbaycan" İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyulmuş, 2020-ci il iyunun 25-də stansiyaya yeni həyat verilmişdir. Hazırda "Azərbaycan" Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, "8 Noyabr" Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur.
Məlum olduğu kimi, Azərbaycan tərəfindən strateji tərəfdaşlıq haqqında İtaliya ilə iki, Çinlə iki bəyannamə imzalanmışdır. İtaliya və Çin həm də ölkəmizin bir nömrəli ticarət tərəfdaşlarıdır. Dövlətimiz İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa, Çinlə isə daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlamışdır.
Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki Azərbaycan qazı hazırda 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir və məhz bu göstəriciyə görə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir.
Beləliklə, ölkəmizə çox böyük mənfəət və yeni uğurlar gətirəcək "8 Noyabr" Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyini və ixrac potensialını artıran strateji layihədir. Bu stansiya həm də ölkəmizin enerji balansına modern, effektiv güc daxil edərək ətraf mühitə təsirləri də azaltmağa xidmət edir. 1880 meqavat gücündə olan bu stansiya ölkənin enerji potensialını daha da gücləndirəcək və enerji sisteminin səmərəliliyini artıracaqdır.
Bu layihə Azərbaycanın geniş yaşıl energetika strategiyasının tərkib hissəsidir. Gələcəkdə külək və günəş enerjisi ilə təchiz olunmuş layihələr, enerji ixracı və saxlama sistemləri ilə bağlı beynəlxalq əməkdaşlıqların da genişlənəcəyi qaçılmazdır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi