"8 Noyabr" Elektrik Stansiyası – Azərbaycanın enerji suverenliyinin yeni zirvəsi - DEPUTAT

"8 Noyabr" Elektrik Stansiyası – Azərbaycanın enerji suverenliyinin yeni zirvəsi - DEPUTAT"2025-ci il Azərbaycanın enerji strategiyasında növbəti mühüm hadisə ilə yadda qaldı. Prezident İlham Əliyevin iştirakı ilə Mingəçevirdə inşa edilmiş və 1880 meqavat gücə malik olan "8 Noyabr" Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. Bu mühüm enerji obyektinin istismara verilməsi təkcə Azərbaycanın iqtisadi potensialının deyil, həm də dövlətin texnoloji, mühəndislik və strateji tərəfdaşlıq imkanlarının növbəti nümayişi oldu. Mərasimdə çıxış edən Prezident İlham Əliyev vurğuladı ki, "8 Noyabr" Elektrik Stansiyası ölkəmizin indiyədək inşa etdiyi ən iri elektrik stansiyasıdır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə danışıb.

O, açıqlamasında qeyd edib ki, bu stansiyanın yaradılması Azərbaycanın enerji təhlükəsizliyinin, daxili generasiya gücünün və ixrac imkanlarının möhkəmlənməsi baxımından strateji əhəmiyyətə malikdir:

"Eyni zamanda, layihənin rekord müddətdə – cəmi iki il ərzində başa çatdırılması ölkəmizin təşkilatçılıq qabiliyyətini, yerli və beynəlxalq əməkdaşlıq potensialını, xüsusən də Azərbaycan energetiklərinin peşəkarlığını və fədakarlığını bir daha təsdiqlədi. Mingəçevirin energetika tarixində xüsusi mövqeyi var. Prezidentin çıxışında qeyd olunduğu kimi, bu şəhər artıq 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan energetikasının əsas dayaqlarından birinə çevrilmişdi. 1981-ci ildə istifadəyə verilmiş "Azərbaycan" İstilik Elektrik Stansiyası həmin dövrdə Qafqazın ən mühüm enerji obyektlərindən biri sayılırdı. Sovet dövründə əsası qoyulmuş bu energetik infrastruktur, Azərbaycan müstəqillik qazandıqdan sonra, xüsusilə 1990-cı illərdə ölkənin enerji ehtiyaclarının ödənilməsində həlledici rol oynadı. Bu gün isə artıq Mingəçevir təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın enerji mərkəzi statusunu daha da möhkəmləndirməkdədir. Hazırda ölkədə istehsal olunan elektrik enerjisinin 40 faizindən çoxu məhz Mingəçevirdə istehsal olunur. Bu göstərici həm şəhərin strateji mövqeyini, həm də burada formalaşmış kadr potensialının və mühəndis biliklərinin real nəticələrini əks etdirir. "8 Noyabr" layihəsinin uğurla icrasında beynəlxalq əməkdaşlıq mühüm rol oynayıb. Prezident İlham Əliyev çıxışında İtaliya və Çinlə qurulmuş strateji tərəfdaşlıq münasibətlərinə xüsusi toxundu. Bu ölkələrin aparıcı şirkətləri layihənin həyata keçirilməsində fəal iştirak etmiş, Azərbaycan energetikləri ilə birgə mühüm texnoloji və istehsalat məsələlərinin həllində iştirak etmişlər. Bu, eyni zamanda Azərbaycanın xarici tərəfdaşlarla qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modelinin real nəticəsidir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və enerji sahəsində uzunmüddətli strateji tərəfdaşlıq uğurla davam edir. Çin isə xüsusilə bərpaolunan enerji texnologiyalarında öncül rola malikdir və Azərbaycanın yaşıl enerji gündəliyində mühüm yer tutur. "8 Noyabr" Elektrik Stansiyasının istifadəyə verilməsi bir sıra məqsədlərə eyni anda xidmət edir. Prezident İlham Əliyev bu obyektin enerji sistemində səmərəliliyi artıracağını, şərti yanacaq sərfiyyatını azaldacağını və beləliklə daxili qaz istehlakına qənaət yaratmaqla ixrac imkanlarını genişləndirəcəyini bildirdi. Bu isə Azərbaycanın xarici bazarlarda daha möhkəm enerji oyunçusuna çevrilməsi deməkdir. Bu yanaşma təkcə iqtisadi deyil, həm də ekoloji baxımdan mütərəqqi addımdır. Hökumətin 2030-cu ilə qədər 6500 meqavatlıq bərpaolunan enerji generasiyası hədəfi ilə yanaşı, "8 Noyabr" stansiyası kimi layihələr ölkəmizin enerji sektorunda balanslı və davamlı inkişaf modelini nümayiş etdirir. Dövlət başçısı çıxışında enerji təhlükəsizliyi məsələsini xüsusilə vurğuladı. O qeyd etdi ki, bu gün enerji xətləri və resursları üzərində nəzarət bir çox ölkələr üçün əsas təhlükəsizlik məsələsinə çevrilib. Azərbaycanın isə enerji təchizatı sahəsində etibarlı tərəfdaş kimi nüfuzu artıq beynəlxalq miqyasda təsdiq olunub. Bu gün Azərbaycan qazı 12 ölkəyə – onlardan 10-u Avropa İttifaqı üzvü olmaqla – ixrac olunur və bu ölkələrin enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır. Bundan əlavə, yaşıl enerji ixracı ilə bağlı planlar da Azərbaycanın enerji diplomatiyasını daha da dərinləşdirəcək. Elektrik kabelləri vasitəsilə ixrac ediləcək yaşıl enerji həm iqtisadi, həm də ekoloji cəhətdən Azərbaycan üçün yeni imkanlar yaradacaq".

Deputat onu da vurğuladı ki, Prezident İlham Əliyev çıxışında regional münaqişələrə və enerji obyektlərinə qarşı təhdidlərə də toxundu:

"Xüsusilə 2020-ci ilin İkinci Qarabağ müharibəsi zamanı Mingəçevirin Ermənistan tərəfindən raket atəşinə tutulması faktı xatırladıldı. Bu, təkcə müharibənin sərhədlərini aşan bir təcavüz deyildi, həm də Azərbaycanın enerji infrastrukturuna qarşı yönəlmiş bir hərbi cinayət idi. Lakin dövlətimizin qətiyyəti və xalqın həmrəyliyi sayəsində bu təhdidlərə layiqli cavab verildi və bu gün Azərbaycanın bütün enerji obyektləri tam təhlükəsizlik şəraitində fəaliyyət göstərir. Yeni elektrik stansiyasına "8 Noyabr" adının verilməsi xüsusi simvolik mənaya malikdir. Prezident bildirdi ki, bu adın seçilməsi təsadüfi deyil. Məhz həmin tarixdə Azərbaycan Ordusu Şuşanı azad edərək İkinci Qarabağ müharibəsində qələbəni təmin etmişdi. Bu ad təkcə qələbəni xatırlatmır, həm də dövlətimizin enerji və iqtisadi gücünün zəfər ruhu ilə necə birləşdiyini göstərir. Yeni stansiya artıq yalnız texniki obyekt deyil, həm də milli qürurun, qalibiyyət ruhunun təcəssümüdür.
"8 Noyabr" Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji sisteminin gücləndirilməsi, iqtisadi sabitlik, ekoloji məsuliyyət və beynəlxalq əməkdaşlıq baxımından strateji bir addımdır. Bu layihə həm texniki baxımdan nadir bir uğur, həm də dövlət siyasətinin uğurlu nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu stansiya uzunömürlü və uğurlu fəaliyyət göstərəcək və Azərbaycanın inkişaf yolunda yeni bir mərhələnin rəmzi olacaqdı".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2529   Tarix: 26 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini

14 oktyabr
.

Prezident: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır"

"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı bildirib. "Biz sülh təkli

15 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərini hədəfə alan kampaniyanın siyasi mahiyyəti

Azərbaycan-Türkiyə münasibətləri ətrafında Türkiyənin sosial media məkanında son həftələr müşahidə olunan hadisələr, ayrı-ayrı siyasi şəxslərin açıqlamaları, Azərbaycana qarşı ittihamların yayılması və diplomatik nümayəndəliklərimiz qarşısında keçirilən aksiyalar ciddi siyasi-analitik yanaşma tələb edir

15 oktyabr
.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənista

15 oktyabr
.

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:. "30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfində

15 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr