İlham Əliyev Sudanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Sudanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Sudan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafanın etimadnaməsini qəbul edib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı Azərbaycanla Sudanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, Birləşmiş Millətlər Təşkilatında (BMT), İslam Əməkdaşlıq Təşkilatında (İƏT), Qoşulmama Hərəkatında və digər beynəlxalq təşkilatlarda ölkələrimizin uğurlu əməkdaşlığını vurğulayıb.

Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri ilə Qoşulmama Hərəkatının Bakıda keçirilmiş Zirvə toplantısı və Antalya Diplomatiya Forumu çərçivəsində görüşlərini, ikitərəfli əlaqələrin inkişafına dair müzakirələri məmnunluqla xatırlayıb.

Səfir Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana çatdırmağı xahiş edib.

Səfir Azərbaycanın Sudanın ərazi bütövlüyünə, suverenliyinə və siyasi birliyinə göstərdiyi dəstəyinə görə minnətdarlığını bildirib. O, iki ölkənin dövlət başçılarının tapşırıqlarına uyğun olaraq ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün Sudan tərəfindən işçi qrupunun yaradıldığını vurğulayıb.

Ənəs Eltayeb Elqaylani Mustafa sudanlı tələbələrə ölkəmiz tərəfindən təhsil təqaüdünün ayrılmasına görə minnətdarlığını bildirərək, bu təqaüdlərinin artırılmasını xahiş edib.
İlham Əliyev Sudanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edibİlham Əliyev Sudanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edibİlham Əliyev Sudanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edibİlham Əliyev Sudanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edibİlham Əliyev Sudanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 657   Tarix: 27 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini

14 oktyabr
.

Prezident: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır"

"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı bildirib. "Biz sülh təkli

15 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərini hədəfə alan kampaniyanın siyasi mahiyyəti

Azərbaycan-Türkiyə münasibətləri ətrafında Türkiyənin sosial media məkanında son həftələr müşahidə olunan hadisələr, ayrı-ayrı siyasi şəxslərin açıqlamaları, Azərbaycana qarşı ittihamların yayılması və diplomatik nümayəndəliklərimiz qarşısında keçirilən aksiyalar ciddi siyasi-analitik yanaşma tələb edir

15 oktyabr
.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənista

15 oktyabr
.

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:. "30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfində

15 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr