"Araz-Naxçıvan"a gəlməyi mənə Qara Qarayev məsləhət bildi"
"Qarabağ"ın keçmiş futbolçusu Patrik Andrade "Araz-Naxçıvan"a dostunun məsləhəti ilə gəldiyini deyib.
Sonxeber.az xəbər verir ki, o bu barədə klubun rəsmi saytına danışıb.
"Araz-Naxçıvan"la müqavilə imzalayan Patrik Andrade bu gün komandanın səhər məşqində iştirak edib.
Yeni klubu barədə danışan Kabo-Verde millisinin üzvü bunları deyib: "İlk növbədə mənə təklif göndərdiyinə və heyətində görmək istədiyinə görə "Araz-Naxçıvan"a təşəkkür edirəm. Bu komanda UEFA Konfrans Liqasında iştirak edəcək və rəhbərlik güclü heyət qurmağa çalışır. Həm mənim, həm də komandam üçün də yaxşı keçid olduğunu düşünürəm. "Araz-Naxçıvan"a bələdəm. Onlarla rəqib kimi qarşılaşmışıq".
O, seçim edərkən dostunun məsləhətinə üstünlük verdiyini də dilə gətirib: "Araz-Naxçıvan"dan təklif gələn zaman vaxtilə bir klubda oynadığımız, hazırda da dostluq münasibətimiz olan Qara Qarayevlə danışdım. Klubla bağlı məlumatlı olsam da, ondan da bəzi suallarıma cavab aldım. Dostum bura gəlməyi məsləhət bildi. Yenə deyirəm, qarşıda bizi çətin Konfrans Liqası oyunları və gərgin çempionat matçları gözləyir. Deməli, birgə bu oyunlarda uğur qazanmalıyıq".
Yarımmüdafiəçi Konfrans Liqasındakı rəqiblə bağlı da qısa fikir bildirib: "Mövsümə "Aris"lə oyunlarla başlayacağıq. Hazırlaşmaq, işləmək üçün zamanımız var. Əlbəttə, bizi çətin oyunlar gözləyir. Maraqlı qarşılaşmalar olacaq. Yaxşı hazırlaşmaq üçün çox çalışmalıyıq. Gündən-günə daha yaxşı olacağıq və hər birimiz mərhələ keçməyə köklənməliyik".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 816 Tarix: 28 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah" - "Qarabağ" matçının hakimi açıqlandı
Misli Premyer Liqasında 9-cu turun təyinatları müəyyənləşib. "Qafqazinfo" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılşaması sayılan "Sabah" - "Qarabağ" matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası. I dövrə, IX tur. 23 oktyabr. 15:00. "Araz-Naxçıvan"
22 oktyabr"Çelsi"nin futbolçusu Ris Ceyms əməliyyat olunub
İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Ris Ceyms dizindən əməliyyat keçirib. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu artıq prosesinə başlayıb. Müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil. O, oktyabrın 10-da Premyer Liqada "Bornmut"l
16 oktyabrGüləşçimizdən DÇ-də gümüş medal
Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb. "Qafqazinfo" xəbər verir ki, o, finalda qazaxıstanlı Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olub. Qeyd edək ki, oktyabrın 18-dək ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək yarışda Azərbaycanı 23 güləşç
14 oktyabrAzərbaycan boksçusu Avropa çempionu oldu
Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il
11 oktyabrAzərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar
18 oktyabrBakıda konkur üzrə "Omar" kuboku keçirilib
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib. Bu barədə -a Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Hündürlüyü 105-110 sm olan maneələrin dəf edilməsi üzrə L klass yarışlarında starta 19 atlı çıxıb. Onlardan 11-i maneələri cərimə balı olmadan dəf edərək təkrar sıçrayış
12 oktyabr