Ermənistanda daxili gərginlik və Avropa Təsisatlarının ikiüzlü susqunluğu - AÇIQLAMA
"Bu günlərdə Ermənistanda revanşistlərin "ata ocağı" olan, ictimaiyyət üzərində ciddi təsirə malik kilsə və onu bəsləyən Sarkisyan, Koçaryan, Petrosyanlara daha bir zərbə vuruldu. Baş verən hadisələri rəsmi Yerevan konkret hüquq pozuntuları, o cümlədən "dövlət çevrilişinə cəhd", "qanunsuz aksiyaların təşkili", "hakimiyyətə qarşı zor tətbiqi" kimi qiymətləndirir. Yəni texniki baxımdan Paşinyan hakimiyyəti qanun çərçivəsində hərəkət etdiyini iddia edir və formal hüquqi baza bunu müəyyən qədər təsdiqləyə də bilər".
Bu sözləri Sonxeber.az Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.
O, açıqlamasında qeyd edib ki, problem ondan ibarətdir ki, bu cür hadisələr, normal şəraitdə insan hüquqlarının pozulması kimi qiymətləndirilərək beynəlxalq ictimaiyyətdə, xüsusilə "insan hüquqları" ilə bağlı beynəlxalq təşkilatlarda narahatlıq doğurmalı idi:
"Lakin burada diqqət çəkən məqam Qərb təsisatlarının və "demokratiyanın müdafiəçisi" kimi çıxış edən qurumların – Ermənistandakı bu anti-demokratik proseslərə tamamilə göz yummasıdır.
Burada əsas məsələ Paşinyan hökumətinin haqlı və ya haqsız olmasından çox, insan hüquqlarının beynəlxalq miqyasda necə şərh edildiyi və tətbiq edildiyidir. Demokratiya və hüquqi dövlətdən dəm vuran Avropa Şurası, ATƏT, Avropa Parlamenti və digər Qərb strukturlarının Ermənistandakı bu cür repressiv tədbirlərə susması, ikili standartların bariz nümunəsidir.
Qərb təsisatları üçün hüquqdan çox geosiyasi maraqlar, demokratiyadan çox ideoloji yönləndirmə önəmlidir. Onlar üçün Ermənistandakı siyasi sabitliyin qorunması, Paşinyanın mövqedə qalması regiondakı böyük planlar üçün daha uyğundur. Ona görə də insan hüquqları bu kontekstdə yalnız alətə çevrilir, prinsipə deyil.
Avropa təsisatlarının bu susqunluğu bir daha sübut edir ki, onların insan hüquqları, demokratiya və azadlıq kimi şüarları yalnız geosiyasi maraqlarına uyğun olan ölkələrə təzyiq vasitəsi kimi istifadə olunur. Ermənistan isə onların siyasi orbitində olduğundan, oradakı hüquq pozuntuları ya görməzlikdən gəlinir, ya da "daxili məsələ" kimi təqdim olunur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi