"Azərbaycanlılara qarşı törədilən zorakılıq aktları yalnız fərdi hadisələr deyil, sistemli diskriminasiyanın təzahürüdür" - AÇIQLAMA
"Əlbəttə, bu məsələ sırf kriminal hadisələrin təsadüfi artımı kimi qiymətləndirilə bilməz. Rusiyada azərbaycanlılara və digər Orta Asiya xalqlarına qarşı artan zorakılıq halları struktur xarakteri daşıyır və siyasi-ideoloji zəminə söykənir. Bu proses həm imperiya nostalgiyasının dirçəlişi, həm də daxili siyasi-sosial gərginliyin "yad elementlər" üzərindən boşaldılması cəhdidir. Rusiya hakimiyyətinin yaratdığı "əvvəl rus" ideologiyası açıq şəkildə monoetnik dövlət qurmaq istəyini göstərir".
Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.
O, açıqlamasında qeyd edib ki, ideoloji fonda neosovinist ritorika güclənib, rus olmayan xalqların demonizasiyası aparılır. Mətbuat, ekspert cameəsi və bəzi rəsmi dairələr miqrantları təhlükə kimi təqdim edir:
"Əslində, bu gərginliyin arxasında Kremlin öz sosial-iqtisadi problemlərini etnik günah keçiləri üzərindən gizlətmək taktikası dayanır.
Xarici siyasətdə uğursuzluqlar, Ukrayna müharibəsinin fəsadları və daxildəki sosial tənəzzül günahkar axtarışını zəruri edib. Bu günahkar isə əfsuslar olsun ki, "miqrant" obrazında formalaşdırılıb. İctimai şüura yeridilən "təhlükəli gəlmə" tezisi Rusiya cəmiyyətində etnik nifrəti sistematik şəkildə dərinləşdirir.
Əgər bu proses qarşısıalınmaz şəkildə davam edərsə, bu, Rusiyanı çoxmillətli dövlət statusundan tam uzaqlaşdıracaq. Azərbaycanlılara qarşı törədilən zorakılıq aktları yalnız fərdi hadisələr deyil, sistemli diskriminasiyanın təzahürüdür. Bu həm də Rusiyanın beynəlxalq imicinə ciddi zərbə vurur.
Bütövlükdə, bu, Rusiya daxilindəki avtoritar idarəçiliklə, iqtisadi tənəzzüllə və mərkəzdənqaçma meyllərinə qarşı qorxu ilə bağlıdır. Kremlin milli məsələlərdə sərgilədiyi qeyri-konstruktiv və aqressiv yanaşma post-sovet məkanında da ciddi narahatlıq doğurur. Təəssüf ki, bu zorakılıq halları hələ ki, yalnız artmaqda davam edir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi