Rəsmi Bakı: Rusiyanın qeyri-dost hərəkətləri iki ölkənin münasibətlərinə xələl gətirir

Rəsmi Bakı: Rusiyanın qeyri-dost hərəkətləri iki ölkənin münasibətlərinə xələl gətirirRusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

Sonxeber.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, xarici işlər nazirinin müavini Araz Əzimov ilə baş tutan görüşdə Rusiya tərəfinin iki ölkə arasında münasibətlərə xələl gətirən qeyri-dost hərəkətləri və addımları ilə bağlı etiraz qarşı tərəfin diqqətinə çatdırılıb.

"27 iyun tarixində Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə Rusiya hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən basqınlar zamanı qanuna zidd əməllər nəticəsində iki həmvətənimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması ilə bağlı dərin narahatlıq bir daha diqqətə çatdırılıb.

Baş vermiş hadisə ilə bağlı Rusiyanın izahatının həlak olmuş həmvətənlərimizin üzərində olan kəskin zorakılıq izləri və ekspertiza rəyi ilə ziddiyyət təşkil etdiyi bildirilib. Reydlər ilə bağlı Rusiya mediasında etnik dözümsüzlük təzahürlərinin müşahidə olunduğu, azərbaycanlılara münasibətdə "etnik cinayətkar qrup" kimi ifadələrdən istifadənin qəbuledilməz olduğu vurğulanıb".

Həmçinin Azərbaycanın Rusiya hüquq mühafizə orqanları tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Rusiya tərəfindən hərtərəfli və obyektiv araşdırma aparılacağını və günahkarların cəzalandırılacağını gözlədiyi bir daha diqqətə çatdırılıb:

"Bununla bağlı Azərbaycan tərəfinin mövqeyinin Rusiyanın daxili işlərinə müdaxilə kimi qələmə verilməsinin əsassız olduğu qeyd edilib".

Görüş zamanı Azərbaycan tərəfindən "Sputnik-Azərbaycan"ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı Rusiya tərəfinin iradlarının əsassız olduğu bildirilib:

"Sputnik-Azərbaycan"a münasibətdə görülən tədbirlərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirildiyi və hal-hazırda istintaq tədbirlərinin davam etdiyi qeyd olunub".

Baş tutan görüşdə ötən ilin sonundan münasibətlərə mənfi təsir edən Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiyanın hava məkanında vurulmasından sonra zəruri müvafiq tədbirlərin görülməməsinin və real vəziyyətin təhrif edilməsi cəhdlərinin, eləcə də Rusiya mediasında bir sıra rəsmi şəxslər və media nümayəndələri vasitəsilə ölkəmizə qarşı dezinformasiya kampaniyasının aparılmasının qəbuledilməz olduğu bildirilib:

"Ölkəmizin bu fəlakətlə bağlı Rusiya tərəfindən tam və şəffaf araşdırma aparılmasını, təqsirkarların müəyyənləşdirilərək, məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyi, bu addımların ikitərəfli münasibətlərdəki mənfi əhval-ruhiyyənin aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb".

Görüşdə həmçinin son 4-5 ay ərzində Rusiyanın ictimai-siyasi nümayəndələri və media qurumları tərəfindən ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı bəyanat və çıxışlarının ikitərəfli münasibətlərə mənfi təsir edən amillər sırasında olduğu qeyd edilib:

"Beləliklə, Rusiya Federasiyasının yuxarıda sadalanan hərəkətlərinin iki ölkə arasında dostluq və qarşılıqlı hörmət ruhuna zidd olduğu, əlavə gərginliyin yaranmasına səbəb olduğu və ikitərəfli münasibətlərə mənfi təsir göstərdiyi səfirin diqqətinə çatdırılıb.

Rusiya tərəfi, ölkələrimiz arasında ikitərəfli münasibətlərdə gərginliyin və mənfi əhval-ruhiyyənin aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görməyə çağırılıb".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1045   Tarix: 02 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini

14 oktyabr
.

Prezident: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır"

"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı bildirib. "Biz sülh təkli

15 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərini hədəfə alan kampaniyanın siyasi mahiyyəti

Azərbaycan-Türkiyə münasibətləri ətrafında Türkiyənin sosial media məkanında son həftələr müşahidə olunan hadisələr, ayrı-ayrı siyasi şəxslərin açıqlamaları, Azərbaycana qarşı ittihamların yayılması və diplomatik nümayəndəliklərimiz qarşısında keçirilən aksiyalar ciddi siyasi-analitik yanaşma tələb edir

15 oktyabr
.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənista

15 oktyabr
.

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:. "30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfində

15 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr