Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirdi
Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar gətirəcək.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, Türkiyə bu dəhlizi təkcə geosiyasi deyil, həm də geoiqtisadi inqilabın tərkib hissəsi kimi görür:
"Zəngəzur dəhlizinin açılışı Orta Dəhliz üçün strateji addım olacaq. Dəhliz açıldığı zaman türk malları Xəzərdən keçərək Orta Asiyaya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə gedən mallar da Türkiyədən keçməyə başlayacaq. Orta dəhlizin açılması cənubdan bizə və Azərbaycana qədər bir çox ölkələri əhatə edir. Bundan başqa, Çindən gələn yol ilə də inteqrasiya olunub. Belə bir əhəmiyyəti var. Bu prosesdə bütün addımlarımızı ən yaxşı şəkildə atırıq. Burada ən önəmlisi Zəngəzur xəttidir. Bu xəttə dəmir yolu sistemi də daxildir. Bu səbəbdən yükdaşımalarda Zəngəzur xəttinin əhəmiyyəti artır və artacaq".
Ərdoğan onu da vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə böyük önəm verir. Bundan əlavə, Zəngəzur dəhlizi açıldığı zaman Türkiyənin Qars-İğdır-Naxçıvan dəmir yolu xətti və Qarabağda tikinti yatırımları daha səmərəli fəaliyyət halına gələcək:
"Dünya dəyişir və bu vəziyyət yeni addımlar atmağı zəruri edir. Dəyişikliklərlə ayaqlaşmaq potensialı aktivləşdirmək və qazanc qapılarını açmaq deməkdir. Ermənistan və Azərbaycanın imzalayacağı sülh regionun ab-havasını dəyişəcək. Əldə olunacaq barışıq ilə bir-birinin ardınca yeni və tarixi fürsət pəncərələrinin açılmasının şahidi olacağıq. Münaqişələr və müharibələr səbəbindən boş qalan bölgənin potensialının aktivləşməsi ilə qalib modelin daha bir nadir nümunəsi ortaya çıxacaq".
Ərdoğan bildirib ki, Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır. Onun sözlərinə görə, bu barədə ona Azərbaycan Prezidenti İlham Əliyev deyib:
"Qardaşım İlham Əliyevlə keçirdiyim görüşdə, o da Suriyaya təbii qazla bağlı "hər cür dəstəyi verməyə hazıram" dedi. İlham Əliyevin belə bir yanaşma ortaya qoyması çox vacibdir. Çünki Suriyanın hazırda ən mühüm problemi təbii qazdır. Təbii qaz gələcək ki, enerji olsun. Enerji ilə bağlı problem var. Biz də müəyyən nöqtəyə qədər enerji ilə kömək etməyə çalışırıq. Amma bu gün İlham bəydən bu xoş xəbəri alanda, həqiqətən, özümü çox hüzurlu hiss etdim. Mən qayıdan kimi o şad xəbəri energetika nazirimə verəcəm. O da bu barədə Şara (Suriya lideri - red.) bəyə də məlumat verəcək. Allah qoysa, atdığımız addımları Azərbaycanın verəcək dəstəyi ilə birləşdirib bu addımı birlikdə atmaq istəyirik. Artıq sanksiyaların aradan qaldırılması üçün addımlar atılıb. Biz bunu gücləndirməklə davam etdirmək niyyətindəyik".
Ərdoğan qeyd edib ki, Türkiyə həm Azərbaycan, həm də Rusiya ilə dərin diplomatik və strateji əlaqələri olan ölkədir:
"Biz gərginliyi diqqətlə izləyirik və hər iki ölkəni təmkinli olmağa çağırırıq".
O qeyd edib ki, Türkiyə diplomatik gərginliyi azaldacaq bəyanatlarla məsələnin daha asan və əsaslı şəkildə həll olunacağına inanır:
"Ümid edirəm ki, iki ölkə arasındakı neqativ hallar ən qısa zamanda sona çatacaq. Ən böyük arzumuz odur ki, xoşagəlməz hadisələr Rusiya ilə Azərbaycan arasında münasibətlərə bərpaolunmaz zərər vurmasın. Lokal hadisələri və onların nəticələrini öz kontekstindən çıxarmadan həll etmək mümkündür".
Ərdoğan, bu məsələni Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə müzakirə etdiyini də bildirib:
"İlham bəy burada çox diqqətli və ehtiyatlı addım atır. O, bu məsələni gərginləşdirməyin tərəfdarı deyil". //APA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi