"Diaspor və lobbiçilik fəaliyyəti istənilən ölkənin xarici siyasətində, sözsüz ki, olduqca əhəmiyyətli yer tutur" - DEPUTAT

"Diaspor və lobbiçilik fəaliyyəti istənilən ölkənin xarici siyasətində, sözsüz ki, olduqca əhəmiyyətli yer tutur" - DEPUTAT"Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələr xeyli genişlənib və diasporla iş dövlət siyasətinə çevrilib. Dünya təcrübəsi də göstərir ki, dövlətçiliyin inkişafında diaspor amili mühüm yerlərdən birini tutur. Ümumiyyətlə, beynəlxalq münasibətlər sistemində diaspor özündə siyasət, mədəniyyət, cəmiyyətlər, birliklər və s. birləşdirən institutlaşmış funksional tərkib kimi qəbul edilir. Diaspor amili dövlətçiliyin inkişafı və ölkənin dünyadakı nüfuzunun, təsir imkanlarının artması baxımından mühüm əhəmiyyətə malikdir. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin yeni mərhələsində müəyyən qüsurlar da mövcud idi".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.

O, açıqlamasında qeyd edib ki, Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni mərhələnin başlanğıcı qoyulub:

"Azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilib. Qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə zəmin yaradıb. Xaricdə yaşayan həmvətənlərimiz bu gün Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar prosesinə yaxından cəlb ediliblər. Onların Azərbaycan iqtisadiyyatına investisiya qoyması və ölkə ərazisində sərbəst şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün əlverişli şərait yaradılıb.

Diaspor və lobbiçilik fəaliyyəti istənilən ölkənin xarici siyasətində, sözsüz ki, olduqca əhəmiyyətli yer tutur.
Bu günə qədər Diaspora ilə İş üzrə Dövlət Komitəsi çox böyük işlər görüb. Uzaq məmləkətlərdə yaşayan azərbaycanlıları həmin ölkələrin ictimai, siyasi və mədəni həyatında iştiraka cəlb edir və onları stimullaşdırır. Təbii ki, bu sahədə xeyli müsbət nəticələr əldə edilib.

Bu gün azərbaycanlılar ABŞ-da, Avropa İttifaqı ölkələrində, o cümlədən Rusiyada nə qədər fəal olsalar, həmin dövlətlərin siyasətinə də təsir göstərə bilirlər. Ona görə də diasporlara ayrılan vəsaitlər əsasən təşkilatlanma məsələlərinə yönəldilir və bu, olduqca vacibdir".

Deputat onu da vurğuladı ki, diaspor fəaliyyətində bir sıra irəliləyişlər var, amma bunu yetərli hesab etmək qətiyyən doğru deyil:

"Çünki son illərə qədər Azərbaycan diasporunun yerli cəmiyyətlərə inteqrasiya problemləri olub və bu hələ də davam edir. Digər bir problem isə xaricdə, xüsusilə Avropa və ABŞ-da ikinci nəsil azərbaycanlıların diaspora qazandırılması ilə bağlıdır.

Əgər əvvəllər bizim üçün inteqrasiya məsələsi problem idisə, indi isə ikinci nəsil azərbaycanlıların assimilyasiya problemi var. Azərbaycan diasporu Tovuz döyüşlərindən sonra mütəşəkkil formada fəaliyyət göstərdi və bir sıra ölkələrdə təşkilatlanaraq sistemli addımlar atdı.

Dövlət başçısı İlham Əliyev Şuşa qurultayında diaspor nümayəndələrinə tövsiyələr verdi və bu tövsiyələr əslində bir növ yol xəritəsi idi. Cənab Prezident bildirdi ki, Azərbaycan həqiqətlərinin, erməni vandalizminin dünyaya çatdırılması kifayət qədər vacibdir və mübarizə hələ də davam edir. Biz də bütün azərbaycanlıların bu sahədə ciddi təşkilatlanmalarını gözləyirik".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusuna uyğun olaraq dərc edilir.
"Diaspor və lobbiçilik fəaliyyəti istənilən ölkənin xarici siyasətində, sözsüz ki, olduqca əhəmiyyətli yer tutur" - DEPUTAT


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1499   Tarix: 09 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:. "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd

15 oktyabr
.

İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto/Video

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərin

14 oktyabr
.

Azərbaycan-Türkiyə qardaşlığına qarşı informasiya savaşı: Səfirlik qarşısındakı aksiyalar kimə xidmət edir?

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və xalqlarımızın bir-birinə bəslədiyi səmimi qardaşlıq hissinə söykənir. Məhz buna görə də Türkiyənin sosial media məkanınd

15 oktyabr
.

ANA VƏTƏN PARTİYASININ BƏYANATI

Son günlər beynəlxalq mətbuatda Azərbaycana qarşı aparılan qərəzli informasiya kampaniyaları, ölkəmizin daxili məsələlərinin məqsədli şəkildə təhrif olunması və ictimai rəyə təsir göstərmək cəhdləri ciddi narahatlıq doğurur. Xüsusilə ümumtəhsil müəssisələrində vahid məktəbli formasının tətbiqi məsələsini

15 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir" - Türkiyədən gələn tənqidlərə REAKSİYA

"Türkiyədən Azərbaycana qarşı yönələn informasiya hücumları, xüsusilə də Nazirlər Kabinetinin son qərarından sonra səsləndirilən açıqlamalar təsadüfi deyil. Bu hücumları iki istiqamətdə qiymətləndirmək olar. Birincisi, uzun müddətdir AKP iqtidarı dövründə Türkiyəyə sızmış və orada möhkəmlənmiş

15 oktyabr
.

İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub. AZƏRTAC-a istinadən xəbər verir ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatlar törətdiyini və nəticədə azərbaycanlı hərbçilərin həlak olduqların

15 oktyabr
.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

Bəhruz Quliyev: Azərbaycan-Türkiyə münasibətlərində qardaşlıq qarşılıqlı hörmətə və suverenliyə ehtirama əsaslanmalıdır

Azərbaycan-Türkiyə münasibətləri tarixi qardaşlığa, ortaq milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə söykənir. Bu münasibətlərin gücü yalnız ortaq tariximizdə deyil, həm də bir-birimizin dövlətçilik maraqlarına, suveren hüquqlarına və milli seçimlərinə hörmətlə yanaşmağımızdadır. Məhz buna gör

15 oktyabr