"Azərbaycan və İran arasında da münasibətlər olduqca müsbət tendensiya üzrə inkişaf edir" - DEPUTAT
"İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşünün yekun sənədinə dair səsləndirdiyi fikirlər, təəssüf doğurmaqla yanaşı, beynəlxalq diplomatik davranış qaydalarına ziddir. İƏT-in Zirvə görüşünün nəticəsi olaraq qəbul edilmiş Xankəndi Kommünikesi təşkilatın daxili prosedurlarına uyğun şəkildə, üzv dövlətlərin razılığı əsasında və əvvəlki sammitlərin təcrübəsinə əsasən hazırlanıb və dərc olunub. Bu sənəd, heç bir halda İran səfirinin iddia etdiyi kimi birtərəfli və ya qeyri-legitim deyil".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputat, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, Xankəndi Kommünikesində İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasının 51-ci sessiyasında qəbul edilmiş və İranın da imza atdığı sənədlərə istinad edilir:
"Həmin sənədlərdə, "Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ" dəstəklənmiş, Qərbi Azərbaycan İcmasının hüquqları tanınmış və Ermənistanın bu hüquqları inkar edən siyasəti qınanmışdır. Belə olduğu halda, İranın Ermənistandakı səfirinin İƏT sənədi ilə bağlı verdiyi açıqlama diplomatik manipulyasiya və qərəzli mövqedən başqa bir şey deyil. Biz bu cür qeyri-obyektiv və qərəzli bəyanatları qətiyyətlə rədd edirik.
Artıq Mehdi Sobhanin ölkəmizə qarşı qərəzli ritorika sərgiləməsi ənənə halını alıb. Onun Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının intensivləşdiyi bir dövrdə kövrək sülhü pozmağa yönəlmiş addımları şəxsi düşüncədən daha çox hansısa bir mərkəzin maraqlarına xidmət edəcək tərzdədir. Eyni zamanda Azərbaycan və İran arasında da münasibətlər olduqca müsbət tendensiya üzrə inkişaf edir. Belə olduğu təqdirdə, diplomatik missiya təmsilcisinin ikitərəfli əlaqələrə kölgə salacaq təşəbbüslərinə rəsmi Tehran tərəfindən sərt tədbir görülməlidir.
İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində qəbul olunan sənədlərə hörmətlə yanaşmaq, təşkilatın nüfuzuna və birliyinə töhfə vermək bütün üzv dövlətlərin diplomatik borcudur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi