"Abu-Dabi görüşü danışıqların yeni mərhələyə qədəm qoyduğunun bariz təzahürüdür" - AÇIQLAMA
"Abu-Dabi şəhərində Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş vasitəçisiz görüş – həm simvolik, həm də strateji baxımdan mühüm bir siyasi hadisədir. Bu görüş, bölgədə sabitliyin və davamlı sülhün bərqərar olunması istiqamətində Azərbaycanın siyasi iradəsinin, prinsipial və konstruktiv mövqeyinin bir daha təsdiqi kimi qiymətləndirilməlidir".
Bunu Sonxeber.az-a Səs qəzetinin baş redaktoru, siyasi şərhçi Bəhruz Quliyev deyib.
Ekspert əlavə edib ki, bu cür görüşlərin vasitəçilərsiz keçirilməsi göstərir ki, Azərbaycan artıq diktə edən tərəfdir:
"30 illik işğal dövründə beynəlxalq vasitəçilər, xüsusən də ATƏT-in Minsk Qrupu, problemi dondurmaqdan başqa bir nəticə vermədi. Lakin 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbə ilə regionun siyasi konturları dəyişdi – Azərbaycan Cənubi Qafqazda sülhün əsas təminatçısına çevrildi.
Eyni zamanda, bu görüş real siyasi dialoqun başlanğıcı və regionda sabitliyin uzunmüddətli təməllər üzərində qurulması üçün mühüm bir mərhələdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prinsipial və ardıcıl diplomatiya regionun gələcəyini yalnız sülh, inkişaf və qarşılıqlı əməkdaşlıq çərçivəsində görür. Ermənistan rəhbərliyi də artıq bu reallıqları qəbul etməyə məcburdur.
Bu görüş həm də tərəflərin birbaşa məsuliyyət daşıması, yəni öz gələcəkləri ilə bağlı qərarları özü verməsi baxımından vacibdir. Vasitəçisiz danışıqlar, Azərbaycan Prezidentinin qlobal və regional proseslərə təsir imkanlarının genişləndiyini, etimad qazandığını və liderliyinin beynəlxalq səviyyədə qəbul edildiyini göstərir.
Hesab edirəm ki, Abu-Dabi görüşü danışıqların yeni mərhələyə qədəm qoyduğunun və Azərbaycan diplomatiyasının milli maraqlara söykənən xarici siyasət kursunun bariz təzahürüdür".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi