14 gündür itkin düşən şəxs ölü tapıldı

14 gündür itkin düşən şəxs ölü tapıldıTürkiyənin Ardahan vilayətinin Damal rayonunda 14 gündür axtarışda olan şəxs ölü halda tapılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 35 ildən sonra vətəni Ardahana qayıdan və qısa müddət sonra itkin düşən 53 yaşlı B.T.-nin ailəsi 14 gün əvvəl Damal Rayon Polis İdarəsinə müraciət edərək onun yoxa çıxması barədə məlumat verib.

Axtarışlara polis və AFAD (Fövqəladə Hallar İdarəsi) qrupları cəlb olunub. Bu gün davam edən axtarışlar zamanı Damalın Kalender məhəlləsi yayla yolu ərazisində heyvan otaran çobanlar B.T.-nin cansız bədənini taparaq aidiyyəti orqanlara xəbər veriblər.

Mərhumun meyiti ilkin araşdırmalardan sonra Ardahan Dövlət Xəstəxanasının morquna təhvil verilib. Ölüm səbəbi aparılacaq tibbi ekspertizadan sonra dəqiqləşəcək.

Faktla bağlı istintaq davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1900   Tarix: 15 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qəzada barmağı qopdu, nə qədər axtarsalar da, tapılmadı

Türkiyənin Ədirnə şəhərində baş verən yol qəzasında sərnişinlərdən birinin barmağı qopub. yerli mediaya istinadən xəbər verir ki, hadisə 1-ci Murat məhəlləsinin Güngör Mazlum küçəsində qeydə alınıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Sürücü C.B. xəsarət almayıb, avtomobild

16 avqust
.

Silahla oynayarkən yaralanan 16 yaşlı yeniyetmə öldü

Türkiyənin İzmir vilayətinin Tire rayonunda evdə silahla oynayarkən tapançanın təsadüfən atəş açması nəticəsində qarnından güllə yarası alan 16 yaşlı Yiğit Can Bişkin həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Tire rayonunun İsmail Taşlı küçəsində yerləşən evdə baş verib. Məlumat

19 avqust
.

Azərbaycanda 3 uşaq anası ZƏHƏRLƏNİB ÖLDÜ

Zərdab sakini Ucarda dünyasını dəyişib. -ın xəbərinə görə, Zərdab rayonunun Dəli Quşçu kənd sakini, 40 yaşlı Vüsalə Namət qızı İmanova zəhərlənmə diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ağır vəziyyətdə xəstəxanaya daxil olan V. İmanova həyatını itirib. Məlumata görə, Ucar rayonunda həya

9 avqust
.

Dörd yaşlı uşağın quduzluğa yoluxması həyəcan yaratdı: Həkimdən ciddi XƏBƏRDARLIQ - VİDEO

Türkiyənin Diyarbəkir şəhərində 4 yaşlı qız küçə pişiyi tərəfindən dişləndikdən dörd ay sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisədən dərhal sonra xəstəxanaya aparılan azyaşlı müayinə edildikdən sonra evə buraxılsa da, aylar sonra vəziyyəti kəskin pisləşib. Uşaqda quduzluq virusu təsdiqləni

16 avqust
.

Şəhərin mərkəzində avtobus yandı - VİDEO

Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində avtobusda yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar. Yanğınsöndürənlər tərəfində

12 avqust
.

İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı

Xəzər rayonu ərazisində oğurluq faktı qeydə alınıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, zərərçəkmiş şəxs polisə müraciət edərək yaşadığı evdən 10 min manat pul vəsaitinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkd

8 avqust
.

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan VAZ-2106 və KIA markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində beş nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada həyatını itirib. "Xəzər"

17 avqust
.

İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarılıb

İmişli rayonunda 10 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. Bu barədə "Report"un Muğan bürosuna DİN mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Qeyd edilib ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsin

15 avqust
.

Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılaraq ölkəsinə qaytarılıb

Türkiyədə müxtəlif ağır cinayətlər törətməkdə təqsirləndirilən və axtarışda olan şəxs Bakıda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Qeyd olunub ki, İstanbul polisi və Azərbaycan polis

16 avqust