Erməni əsirliyində olmuş azərbaycanlı: İşgəncələrə məruz qalırdım, döyülürdüm
İyulun 17-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs İdris Məmmədov 1993-cü ilin fevral ayında döyüşlər zamanı əsir götürüldüyünü söyləyib.
Milli.Az xəbər verir ki, o, Azərbaycanın həmin vaxt Ermənistan slahlı qüvvələrinin işğalı altında olan ərazilərində, o cümlədən evlərdən birinin zirzəmisində, Xankəndidə, Şuşa həbsxanasında saxlanıldığını deyib. Əlavə edib ki, əsirlikdə saxlanılan zaman işgəncələrə məruz qalıb, dəyənəklə, yumruq və təpiklə döyülüb. Əsirlikdə olduğu üç ay müddətində az miqdarda çörək və su verilib.
Zərərçəkmiş Maarif Rüstəmov ifadəsində 2020-ci ildə baş vermiş 44 günlük müharibədə iştirakı zamanı ağır yaralandığını söyləyib. O, hadisənin sentyabrın 27-də Kəlbəcər rayonu istiqamətində, Murovdoğda baş verdiyini bildirib. Deyib ki, həmin vaxt özündən başqa daha 2 nəfər yaralanıb, 4 nəfər şəhid olub.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 716 Tarix: 17 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür
Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:. "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd
15 oktyabrİlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto/Video
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərin
14 oktyabrANA VƏTƏN PARTİYASININ BƏYANATI
Son günlər beynəlxalq mətbuatda Azərbaycana qarşı aparılan qərəzli informasiya kampaniyaları, ölkəmizin daxili məsələlərinin məqsədli şəkildə təhrif olunması və ictimai rəyə təsir göstərmək cəhdləri ciddi narahatlıq doğurur. Xüsusilə ümumtəhsil müəssisələrində vahid məktəbli formasının tətbiqi məsələsini
15 oktyabrAzərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir
Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind
14 oktyabrPrezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql
14 oktyabr