"Qarabağ nümayəndəliyi"nin ləğvi Ermənistan üçün daxili sabitliyin və xarici siyasi kursun mühüm sınağıdır" - AÇIQLAMA
"Azərbaycanın son 30 illik tarixində ermənilərin Qarabağda yerləşdirilməsi və onlardan Sovet, daha sonra isə Rusiya siyasətinin bir aləti kimi istifadə olunması strateji bir geosiyasi manevr olub"- bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Ermənistan daxilindəki "Qarabağ nümayəndəliyi" adlı qurumun fəaliyyəti də bu məqsədə xidmət edib: rəsmi İrəvanın suverenliyinə kölgə salmaq, daxili siyasətdə ikili hakimiyyət görüntüsü yaratmaq və Moskva yönlü qruplara dayaq olmaq. Paşinyanın bu qurumun fəaliyyətini açıq şəkildə hədəfə alması və "ikinci dövlət"in mövcudluğuna imkan verməyəcəyini deməsi təsadüfi deyil. Bu, həm də onun Qərbə inteqrasiya səylərinin bir davamı və daxildə "Qarabağ klanı"nın təsirini zəiflətmək üçün atdığı radikal addımdır.
Maraqlı odur ki, separatçı binanın müsadirəsi Ermənistanda sadəcə inzibati qərar deyil, siyasi siqnaldır – həm Moskva, həm də revanşist dairələrə ünvanlanmış bir xəbərdarlıq. Rusiya isə bu prosesdə susqun görünsə də, əslində "Qarabağ nümayəndəliyi" kimi strukturları istifadə edərək Ermənistanda sabitliyi sarsıtmağa çalışır. Bu, təkcə Paşinyanın hakimiyyətini zəiflətmək deyil, həm də Ermənistanı yenidən Kreml orbitinə çəkmək cəhdidir.
Qarabağdan çıxan ermənilərin indi Ermənistanda siyasi alət kimi istifadə olunması, onların "qəhrəmanlaşdırılması" və "mühacir hökuməti" kimi təqdim olunmaları da bu planın tərkib hissəsidir. Paşinyanın sərt ritorikası isə onun daxili güclərə – xüsusilə də kilsəyə, keçmiş elita qruplarına və Rusiyayönlü siyasətçilərə qarşı ideoloji sədd çəkməsidir. Bu səbəbdən Ermənistan daxilində Paşinyanla "Qarabağ qrupu" arasında siyasi müharibə gedir.
Əgər Paşinyan bu mübarizədə qalib gəlməsə, bu, təkcə onun siyasi sonu deyil, həm də Ermənistanın Qərbə inteqrasiya xəttinin kəsilməsi olacaq. Əksinə, o bu prosesi davam etdirə bilsə, Moskvanın bölgədəki təsir imkanları daha da daralacaq. Nəticə etibarilə "Qarabağ nümayəndəliyi"nin ləğvi Ermənistan üçün daxili sabitliyin və xarici siyasi kursun mühüm sınağıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi