Kürdəmirdə zəhərlənənlənlərin sayı 24 nəfərə çatıb - TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB
Kürdəmir rayonunda zəhərlənən şəxslərin sayı 24 nəfərə çatıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, zəhərlənən şəxslərdən 6-sı azyaşlıdır.
Həmçinin, onlardan 14-ü qadın, 10 nəfəri isə kişidir.
Hazırda bütün xəstələr ambulator müalicə üçün evə buraxılıblar.
Şükufə Süleymanlı
10:00
Kürdəmir rayonu, Xırdapay kəndində "Naftalan" ailəvi restoranında baş vermiş zəhərlənmə ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, həmin kənddə fəaliyyət göstərən, fiziki şəxs Elşən Qıtan oğlu Əzizova məxsus "Naftalan" restoranında baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.
Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb ediblər.
Eyni zamanda, hadisə nəticəsində zərər çəkmiş şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.
02:00
Kürdəmir rayonunda növbəti zəhərlənmə hadisəsi qeydə alınıb.
Sonxeber.az "Report"a istinadla xəbər verir ki, hadisə rayon ərazisində yerləşən "Naftalan" istirahət mərkəzində baş verib.
Belə ki, rayonun Çərtəyəz kənd sakinləri istirahət mərkəzində qida qəbul etdikdən sonra evə yollanıblar.
Bu zaman evdə halı pisləşən biri uşaq olmaqla, 5 nəfər - Ülviyyə Hətəm qızı Məhərrəmova (1986), Güllü Xəyyam qızı Məhərrəmova (2008), Aydın Xəyyam oğlu Məhərrəmli (2009), Sənan Cavanşir oğlu Məhərrəmov və Zöhrə Mədət qızı Məhərrəmova (1993) dərhal Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Hazırda onların vəziyyəti orta ağır qiymətləndirilir.
01:52
Kürdəmirdə istirahət mərkəzində qidadan zəhərlənən şəxslərin adları məlum olub.
Sonxeber.az "Report"a istinadla xəbər verir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı Kürdəmir rayon sakinləridir.
- Ümüd İlkin oğlu Səlimli (2010)
- Firuzə Şaxtalı qızı Şirəliyeva (1992)
- Aydan Məmməd qızı Şirəliyeva (2009)
- Könül İlqar qızı Məmmədova (1992)
- Səadət Mehrab qızı Orucova (2002)
- Mübariz Ənnağı oğlu Şəmiyev (1979)
- Samirə Qara qızı Şəmiyeva (1983)
- Ramil Möhkəm oğlu Məmmədov (1986)
- Ümid Mübariz oğlu Şəmiyev (2002)
- Xatun Mübariz qızı Şəmiyeva (2006)
- Qurban Nizami oğlu Əsgərli (2010)
- Sehrayə İntiqam qızı Sultanlı (2015).
00:36
Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.
Belə ki, istirahət mərkəzində təşkil olunan mərasimdə 10 nəfərdən çox qonaq qidadan zəhərlənib.
Özlərini pis hiss edən şəxslər dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirirlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Azərbaycanda gənc əsgər vəfat etdi - Foto
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Ölkədə qızılın 1 qramı bu qiymətə satılır
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi