"Bu günə qədər nə SABAH proqramının nəticələri ictimaiyyətlə bölüşülüb, nə də gələcəkdə hansı indikatorlara əsasən uğurlu sayılacağı" - ŞƏRH

"Bu günə qədər nə SABAH proqramının nəticələri ictimaiyyətlə bölüşülüb, nə də gələcəkdə hansı indikatorlara əsasən uğurlu sayılacağı" - ŞƏRHAzərbaycan Prezidentinin "Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə" müvafiq Sərəncamına əsasən, SABAH proqramının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Belə ki, artıq sözügedən proqramdan bütün ali təhsil müəssisələri, o cümlədən özəl ali təhsil müəssisələrinin xüsusi istedada malik tələbələri faydalanacaqlar

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, yeni SABAH proqramının ilkin olaraq 10-dan çox ali təhsil müəssisəsini, 50-yə yaxın ixtisas üzrə 3000-ə yaxın tələbəni əhatə etməsi nəzərdə tutulur. Bu siyahıya artıq neçə illərdir SABAH çərçivəsində kadr hazırlığı aparan ənənəvi universitetlərlə yanaşı, ADA Universitetinin, Bakı Ali Neft Məktəbinin və özəl ali təhsil müəssisələrinin də qoşulması gözlənilir.

Bəs görəsən tələbələr SABAH qruplarını seçməklə gələcək kariyeraları üçün nə kimi üstünlüklər qazanırlar?

Təhsil eksperti Kamran Əsədov bu barədə Sonxeber.az -a açıqlama verib:

"SABAH proqramının əhatə dairəsinin genişləndirilməsi barədə Azərbaycan Prezidentinin imzaladığı Sərəncam ali təhsildə struktur və məzmun dəyişikliyi üçün mühüm fürsət yaradır. İndiyə qədər bu proqram məhdud sayda universitet və tələbə qrupu ilə məhdudlaşırdısa, yeni mərhələdə həm ali məktəblərin, həm də ixtisasların sayı artırılaraq daha inklüziv və rəqabətli modelin formalaşdırılması hədəflənir. Lakin struktur islahatlarının yalnız əhatə dairəsinin genişləndirilməsi ilə məhdudlaşdırılması, nəticəyönümlü mexanizmlər və şəffaf idarəetmə modelləri olmadan həyata keçirilməsi SABAH proqramının ilkin məqsədlərindən uzaqlaşmasına səbəb ola bilər.

Hazırda proqramın 10-dan çox ali təhsil müəssisəsində, 50-yə yaxın ixtisas üzrə 3000-ə yaxın tələbəni əhatə edəcəyi açıqlanıb. Bu, əvvəlki mərhələdə 7-8 dövlət universiteti və 20-30 ixtisasla məhdudlaşmış proqramla müqayisədə əhəmiyyətli artımdır. Xüsusilə ADA Universiteti, Bakı Ali Neft Məktəbi və özəl universitetlərin də bu prosesə cəlb edilməsi sistemin monolitliyini qıraraq ali təhsildə rəqabətli tədris mühitinin formalaşmasına xidmət edə bilər. Bu həm də Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 5-ci maddəsində qeyd olunan təhsildə bərabər imkanlar prinsipinə uyğun olaraq, istedadlı tələbələrin mənşəyindən və təhsil aldığı universitetdən asılı olmayaraq eyni fürsətlərdən yararlanmasını nəzərdə tutur.

SABAH proqramı tələbələr üçün əsasən fərqli tədris mühiti, təkmil metodoloji yanaşma, gücləndirilmiş akademik məzmun və əmək bazarına çıxışı asanlaşdıran mexanizmlərlə seçilir. Əmək bazarının tələblərinə uyğun ixtisasların üstünlük təşkil etməsi bu istiqamətdə müsbət addımdır. Proqramın STEM (elmi, texnoloji, mühəndislik və riyazi) istiqamətlərinə yönəldilməsi isə həm milli iqtisadiyyatın struktur ehtiyaclarına cavab verir, həm də dünyada baş verən transformasiyalara uyğunlaşmanı təmin edə bilər. Məsələn, Dünya İqtisadi Forumu və OECD-nin hesabatlarında göstərilir ki, gələcəkdə ən çox tələbat yaranacaq bacarıqlar məhz texnoloji savadlılıq, kritik düşüncə və adaptasiya bacarıqları olacaq. SABAH proqramının bu bacarıqlara fokuslanması ölkənin insan kapitalının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Lakin bu pozitiv dəyişikliklərin sistemli təsir göstərməsi üçün ilk növbədə proqramın qəbul meyarları, tədris məzmunu, müəllim seçimi və qiymətləndirmə mexanizmləri tam şəffaf şəkildə yenilənməlidir. İndiyə qədər SABAH proqramına qəbul və proqramın gedişi ilə bağlı ictimaiyyətə təqdim edilən hesabatlar olduqca qeyri-kafidir. Elm və Təhsil Nazirliyi bu istiqamətdə nə marifləndirici tədbirlər keçirir, nə ictimai rəy toplayır, nə də proqramın nəticələrini elmi əsaslarla qiymətləndirir. Bu isə həm hesabatlılığın, həm də vətəndaş cəmiyyətinin iştirakı imkanlarının zəif olduğunu göstərir. İslahat yalnız prezidentin sərəncamları ilə deyil, həm də müvafiq icraedici qurumların fəaliyyət fəlsəfəsi ilə ölçülür.

Dünya təcrübəsində bu tipli proqramlar yalnız tədris mühitinin fərqliliyi ilə deyil, eyni zamanda nəticələrin ölçülə bilən olması, proqram iştirakçılarının əmək bazarına inteqrasiyasının təmin edilməsi və onların sosial rifahının gücləndirilməsi ilə xarakterizə olunur. Məsələn, Almaniyada "Hochschule Plus" modeli ilə tədris alan tələbələrin təxminən 87%-i universiteti bitirdikdən 6 ay sonra ixtisasına uyğun işlə təmin olunur. Sinqapurda isə "SkillsFuture" proqramı çərçivəsində yüksək nəticə göstərən tələbələr təhsildən dərhal sonra texnoloji şirkətlərdə təcrübəyə və daimi işə cəlb edilir. Azərbaycan isə bu istiqamətdə nəticə əsaslı yanaşma tətbiq etmir. SABAH proqramında iştirak etmiş məzunların sonrakı karyera yolları, işlə təmin olunma səviyyəsi və sosial statusları ilə bağlı heç bir rəsmi statistika təqdim edilmir.

Proqramın təhsilverənlərə yönəlik faydalarının artırılması da nəzərdə tutulur: yeni laboratoriyalar, metodik baza, beynəlxalq mübadilə və təlim imkanları. Bu çox vacibdir. Lakin bu imkanlardan kimlərin yararlanacağı, bu seçimlərin necə aparılacağı və nəticələrin nə ilə ölçüləcəyi hələ də qeyri-müəyyəndir. Məsələn, hansı müəllimlər beynəlxalq təlimlərə gedir? Hansı universitet hansı laboratoriyanı alacaq? Bu sualların cavabı ictimaiyyətə açıq deyil. Elm və Təhsil Nazirliyi bu prosesin planlaşdırılması və icrası mərhələlərində şəffaflıq prinsipini pozur, real iştirakçılıq təmin olunmur, proqnozlar açıqlanmır. Hər hansı təhsil islahatı ictimai iştirak olmadan uğur qazana bilməz. Bu isə SABAH proqramının legitimliyini və dayanıqlılığını zəiflədən əsas risklərdən biridir.

Hazırda ən mühüm məsələ proqramın keyfiyyətinə nəzarətin gücləndirilməsi, müstəqil monitorinq mexanizmlərinin tətbiqi və hesabatlılığın təmin olunmasıdır. Əks halda SABAH bir elit təhsil modeli olaraq qapalı sistemə çevriləcək və ümumi təhsilə nümunə olmaq əvəzinə, digərləri ilə arasındakı uçurumu artıracaq. Halbuki bu proqram geniş ictimaiyyət üçün inkişaf modeli, ali təhsildə keyfiyyət standartı və motivasiya vasitəsi rolunu oynamalıdır.

SABAH-ın əhatə dairəsinin genişlənməsi istedadlı gənclərin daha ədalətli şəkildə seçilib inkişaf etdirilməsinə, universitetlər arasında tədris keyfiyyəti rəqabətinin formalaşmasına və ali təhsil sistemində nəticə əsaslı idarəçiliyin tətbiqinə imkan yarada bilər. Lakin bu yalnız struktur və texniki dəyişikliklərlə mümkün deyil. Elm və Təhsil Nazirliyi bu prosesi strateji idarəetmə və elmi əsaslarla müşayiət etməlidir. Təəssüf ki, bu günə qədər nə SABAH proqramının nəticələri ictimaiyyətlə bölüşülüb, nə də gələcəkdə hansı indikatorlara əsasən uğurlu sayılacağı açıqlanıb. Plan yoxdur, proqnoz yoxdur, hesabat yoxdur. Bunlar olmadan heç bir islahat özünü doğrultmayacaq. Təhsilin gələcəyi yalnız SƏRƏNCAMLA yox, STRATEGİYA ilə qurulmalıdır. Hazırda isə biz yalnız birinciyə şahidlik edirik".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2009   Tarix: 25 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr