"Stadiona Ermənistan bayrağı gətirmişdilər və bizi söyürdülər" - Əfran İsmayılov

"Stadiona Ermənistan bayrağı gətirmişdilər və bizi söyürdülər" - Əfran İsmayılov"Araz-Naxçıvan"ın məşqçisi Əfran İsmayılov UEFA Konfrans Liqasındakı mübarizələri ilə bağlı danışıb.

Sonxeber.az xəbər verir ki, o, QOL.az-a açıqlamasında əvvəlcə 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Yunanıstanda "Aris"lə keçirilən oyundan (2:2) və komandanın avrokuboklarda uğurlu debüt etməsi ilə bağlı fikirlərini bölüşüb:

"Həqiqətən turu keçmək, qələbələr gözəldir. Amma belə bir azarkeşlərin içində üstün olmaq lap möhtəşəmdir. Tribunaya Ermənistan bayrağı da gətirmişdilər. Oyun başlayanda da, bitəndə də bizə söyürdülər. Belə bir atmosferdə üstün olub mərhələ keçmək həqiqətən möhtəşəmdir. Heç nəyə fikir vermədik. Komanda kimi yığıldıq, dedik ki, heç bir təxribata getmək lazım deyil. Əsas odur ki, istədiyimizə nail olduq. Bu tək bizim yox, bütün Azərbaycan xalqının qələbəsidir. "Aris" çox yaxşı komandadır, güclü, keyfiyyətli futbolçuları var. Amma biz daha yaxşı oynadıq. Şükürlər olsun ki, ilk mərhələni keçdik. Bəli, böyük qələbədir. Çünki avrokuboklarda debüt ilidir. İki ildir yüksək liqada çıxış edirik. UEFA-da buna inanmırlar".

Ə.İsmayılov oyundan sonra komandalar arasında yaşanan insidentlə bağlı isə bunları deyib: "Uduzmağı qəbul etmirdilər. Biz də komandanı başa saldıq ki, belə şeylər olacaq, fikir vermək lazım deyil. Futbolçuları yığıb paltardəyişmə otağına yollandıq. Əslində Yunanıstan klubu ilə oyunda belə təxribatın olması gözlənilən idi. Amma biz də öz oyunumuzla sübut etdik ki, güclüyük".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1863   Tarix: 01 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır

"İmişli" komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır. Bunu "Report"a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib. Bölgə təmsilçisinin rəsmisi "İmişli" üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:. "Hazırd

20 oktyabr
.

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib

13 oktyabr
.

FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır

Azərbaycan U-15 dünya çempionatına və festivalına hazırdır. xəbər verir ki, bu barədə FIFA sosial şəbəkə hesabından paylaşım edib. Ali futbol qurumu Bakıda keçiriləcək turnirlə bağlı post paylaşıb və Hövsan Yarış Kompleksinin hazır vəziyyətə gətirildiyini diqqətə çatdırıb:. "Bura 66 günə AFFA tərəfində

22 oktyabr
.

Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?

Formula-1 üç onillikdən çox müddətdən sonra ilk dəfə Afrikaya qayıdacaq. Ruanda yarışın keçirilməsi ilə bağlı 10 illik müqavilə imzalayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Yeni ixtisaslaşmış avtomobil trası ölkənin paytaxtı Kiqalidən cənubda, Buqesera rayonund

14 oktyabr
.

"Barselona" "Ştutqart"ın futbolçusu Finn Yelçlə maraqlanır

İspaniyanın "Barselona" klubu Almaniyanın "Ştutqart" komandasında çıxış edən Finn Yelçi heyətinə qatmaq niyyətindədir. "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik 20 yaşlı müdafiəçini bir neçə aydır izləyir və onun növbət

20 oktyabr
.

Hidayət Heydərova çəkisi ilə bağlı qərar vermək üçün vaxt verildi

Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovun 73 kiloqram, yoxsa 81 kiloqram çəki dərəcəsində mübarizə aparacağına yaxın günlərdə aydınlıq gələcək. xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunların

12 oktyabr
.

"Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb

İtaliya A Seriyası təmsilçisi "Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb. xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 53 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonunadək müqavilə bağlanıb. D.Nikola bu postda A Seriyasının startındakı ardıcı

15 oktyabr
.

"Barselona"nın baş məşqçisi Yamalı gələcəyin ən yaxşı futbolçusu adlandırıb

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik hesab edir ki, komandanın hücumçusu Lamin Yamal dünyanın ən yaxşı futbolçusu ola bilər, hətta o, artıq bu ada layiqdir. "Report "Mundo Deportivo"ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis İspaniya çempionatının VII turunda "Xetafe"

11 oktyabr
.

Asif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb

"Qəbələ"nin futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasında son 18 mövsümün rekordunu qırıb. Bu barədə -a Peşəkar Futbol Liqasından məlumat verilib. Bölgə təmsilçisinin kapitanı VII turda "Sabah"la ev matçının son anlarında meydana daxil olaraq mövsümdə ilk dəfə şans qazanıb

19 oktyabr