Alimlərin ixtirası yalan çıxdı: YAĞLI QIDALAR əslində...

Alimlərin ixtirası yalan çıxdı: YAĞLI QIDALAR əslində...Uzun illər ərzində mütəxəssislər ürək xəstəliklərinin və piylənmənin əsas səbəbini yağlı qidalarda görürdü.

Belə hesab olunurdu ki, yağlı qidalar orqanizmdə "pis" xolesterinin səviyyəsini artırır ki, bu xolesterin də damarlarda toplanaraq damarların daralmasına, daha kövrək və zəif olmasına, tez partlamasına səbəb olur. Bu isə ürək-damar sistemi xəstəliklərinin, insult və infarkt kimi ağır pozulmaların riskini artırır.

Sonxeber.az "saglamolun.az"a istinadən xəbər verir ki, bu səbəbdən mütəxəssislər insanlara qidalanmada yağları mümkün qədər məhdudlaşdırmağı tövsiyə edirdilər. Bu illər ərzində davam etsə də heç bir müsbət nəticə verməyib. Əksində bu qidalanma prinsipi xüsusilə populyar olan ölkələrdə (xüsusilə ABŞ-da) ürək-damar sistemi xəstəliklərinin və bu xəstəliklərdən ölüm hallarının sayı daha da artıb.

2011-2012-ci illərdə alimlər yeni araşdırmalar nəticəsində belə qərara gəliblər ki, yağlı qidalardan imtina heç də ürək-damar sistemi xəstəliklərdən qorumur. Dünyada ürək-damar sistemi xəstəliklərinin artmasının əsas səbəbi yağlar deyil, şəkər və tütündür.

"Komsomolskaya pravda" xəbər verir ki, Kaliforniya Universiteti alimi professor Henrix Şmidt sübut edib ki, məhz şəkərin çoxlu miqdarda qəbulu ciddi damar problemlərinə və nəticədə insulta səbəb olur. Orqanizmdə şəkər (fruktoza və ya qlükoza) molekulları zülallar və piylərlə birləşir ki, bunun nəticəsində "fruktozamin" maddəsi əmələ gəlir. Bu maddə hüceyrələrdə toplanaraq damar divarlarını zədələyir və həmçinin dərinin kollagen və elastan liflərinin dağılmasına səbəb olur. Nəticədə insanın damarları və dərisi qocalır, zəifləyir. Zəif damarlar daha tez partlayır ki, bu da insulta səbəb olur.

Digər araşdırmalar göstərib ki, şəkər həmçinin sümüklərin sağlamlığına mənfi təsir edir və immun sistemini zəiflədir.

Beləliklə, özünüzü ürək-damar sistemi xəstəliklərindən, piylənmədən və tez qocalmaqdan sığortalamaq istəyirsinizsə şəkərin qəbulunu məhdudlaşdırın. Alimlər gün ərzində 4-6 çay qaşığından artıq şəkəri qəbul etməyi tövsiyə etmir. Söhbət tək təmiz şəkərdən getmir. Şəkər bir çox hazır məhsulların, qazlı içkilərin və s. tərkibinə daxildir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 5753   Tarix: 19 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

9 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021