"Ermənistan rəhbərliyi sülh bəyannaməsini imzalasa belə, prosesin "tam qapanmış" olduğunu demək mümkün deyil" - AÇIQLAMA
"Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması o demək deyil ki, tərəflərin bir- birinə hər hansı sualı yoxdur".
TASS xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan brifinqdə çıxışı zamanı deyib.
"Bəli, sülh bərqərar olub, lakin bu o demək deyil ki, bizim hər hansı suallarımız və həll olunmamış problemimiz yoxdur. Amma sülhü qorumaq lazımdır", deyə o qeyd edib.
"Paşinyanın son açıqlaması bir daha göstərir ki, Ermənistan rəhbərliyi sülh bəyannaməsini imzalasa belə, prosesin "tam qapanmış" olduğunu demək mümkün deyil" - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Əslində bu, Paşinyanın özünəməxsus "sığortalanma" cəhdidir. O, daxili auditoriyaya mesaj verir ki, İrəvan Azərbaycanın qarşısında bütün kartlarını atmayıb və hələ də "suallar" qalır.
Birincisi, Vaşinqtonda imzalanmış Birgə Bəyannamə tarixi sənəddir. Çünki burada təkcə sülhə sadiqlik deyil, həm də illərlə Ermənistan üçün əsas "təhlükəsizlik dayağı" sayılan ATƏT-in Minsk qrupunun rəsmi olaraq sıradan çıxarılması var. Bu isə Ermənistanın köhnə siyasətində dönüş deməkdir. Paşinyan indi həmin addımı cəmiyyətə yumşaq şəkildə izah etməyə çalışır.
İkincisi, Paşinyanın "sualımız qalır" ritorikası həm də onun bölgədə "balanslı" siyasət cəhdini əks etdirir. O, sanki demək istəyir ki, Ermənistan tam şəkildə Azərbaycanın diktəsi altında hərəkət etmir. Halbuki real vəziyyət göstərir ki, məhz İrəvan artıq Azərbaycanın siyasi gündəminə uyğunlaşmaq məcburiyyətindədir.
Üçüncüsü, Paşinyanın sözlərində bir növ "sülhə dəstək – amma şərtlərlə" mesajı var. Bu, Ermənistanın daxili siyasi böhranlarını və diasporanın təzyiqini nəzərə alaraq atılan addımdır. Çünki Ermənistan cəmiyyətində hələ də "tam barışma"ya hazır olmayan qüvvələr var. Paşinyan isə onların müqavimətini yumşaltmaq üçün "bəli, sülh var, amma bizim də suallarımız qalır" ifadəsini işlədir.
Əslində bu, Ermənistanın reallıqla barışmasının ilk mərhələsidir. Bəyannamə ilə Paşinyan Azərbaycanın qəbul etdiyi şərtlərə imza atıb, amma indi həmin sənədin daxildə həzm olunması mərhələsi başlayır. İrəvanın "sual qalır" deməsi isə əslində reallığı dəyişmir – çünki əsas sual artıq cavabını tapıb: Azərbaycanın ərazi bütövlüyü tanınıb və münaqişə bitib.
Yəni Paşinyanın bu açıqlamasını daha çox "öz xalqına psixoloji təsəlli" kimi qiymətləndirmək lazımdır. Reallıq isə budur: Ermənistan artıq Azərbaycanın siyasi xəttinə uyğunlaşmaq məcburiyyətindədir və sülh prosesi geri dönməz məcraya daxil olub"
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşün yekunları üzrə Azərbaycan Prezidenti Ilham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Birgə Bəyannamə imzalayıblar. Bəyannamə Bakı və İrəvanın sülhə can atmasını vurğulayan yeddi maddəni özündə ehtiva edir. Bəyannamədə bildirilir ki, tərəflər Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması və münasibətlərin bərpası haqqında sazişin əvvəllər razılaşdırılmış mətnini paraflayıb, həmçinin onun yekun ratifikasiyası üçün səy göstərəcəklər. Bundan başqa, İrəvan və Bakı Minsk qrupunun buraxılması ilə bağlı ATƏT-ə birgə müraciət imzalayıblar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova