Bu şəxslərin hərbi xidmətinə MÖHLƏT VERİLMƏYƏCƏK - AÇIQLAMA

Bu şəxslərin hərbi xidmətinə MÖHLƏT VERİLMƏYƏCƏK - AÇIQLAMAƏyani doktoranturada təhsil alan şəxslərin hərbi xidmətə çağırışdan möhlət hüququ ilə bağlı yeni açıqlama bu kateqoriyadan olan çağırışçıların hüquq və öhdəliklərini yenidən gündəmə gətirib. Mövcud qaydalara əsasən, əyani doktoranturada təhsil alan şəxslərə təhsil müddəti başa çatanadək möhlət verilir, lakin doktorantura başa çatdıqdan sonra dissertasiya müdafiəsinin gecikməsi ayrıca möhlət üçün əsas hesab olunmur.

Bəs, əyani doktorantura təhsili dövründə möhlət hüququ necə tətbiq olunur və təhsil müddəti başa çatdıqdan sonra dissertasiyanın hələ müdafiə edilməməsi hərbi xidmətə çağırışdan möhlət üçün hüquqi əsas yarada bilərmi?
Bu şəxslərin hərbi xidmətinə MÖHLƏT VERİLMƏYƏCƏK - AÇIQLAMAMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, əyani doktoranturada təhsil alan şəxslərə hərbi xidmətə möhlət hüququnun tətbiqi ilə bağlı mövcud qaydalar belədir ki, hazırda doktoranturada təhsil alan şəxslərə hərbi xidmətə çağırışdan möhlət hüququ verilir:

"İndi hərbi xidmətə çağırış yaşı 30 yaşa qədər olduğuna görə bu imkan yaradılır. Amma burada bir məsələ var. Doktorantura təhsili başa çatdıqdan sonra müdafiənin gecikdirilməsi hərbi xidmətə çağırışdan möhlət üçün əsas sayıla bilmir. Burada müəyyən boşluq yaranır. İnsan doktoranturanı bitirir və müdafiə etməlidir. Namizədlik və ya doktorluq dissertasiyasının müdafiəsi ilə bağlı müəyyən problemlər yaranır və insanlar narahatlıq keçirirlər".

Ekspert qeyd edib ki, əgər insan elmə və araşdırmalara meyllidirsə, bakalavr, magistratura və doktorantura təhsili alırsa, dövlət ona maksimum şərait yaratmalıdır ki, öz sahəsini davam etdirsin və müdafiəsini də həyata keçirsin:

"Çünki bu müdafiə yalnız həmin insanın özü və adı üçün deyil. Onun üzərində çalışdığı konkret istiqamət və sahə bütövlükdə dövlət, xalq və bəşəriyyət üçün əhəmiyyət daşıyan bir işdir. Ona görə hesab edirəm ki, ümumiyyətlə, elm və mədəniyyət sahəsində çalışan insanlara şərait yaradılmalı, onlara möhlət verilməlidir. Nəzərə almaq lazımdır ki, bu insanların sayı da çox deyil. Azərbaycanda hər kəs elmlə, təhsillə, doktorantura və ya aspirantura ilə maraqlanmır və buna can atmır".

Onun sözlərinə görə, bütün dünyada tətbiq olunan mütərəqqi metodlar bizdə də tətbiq olunmalıdır:

"Ümumiyyətlə, hərbi sahədə bu günə qədər öz həllini tapmayan kifayət qədər məsələlər var. Mən bu gün də təəccüblənirəm ki, niyə Azərbaycanda "Alternativ xidmət haqqında" qanunun qəbulu yubanır. Bu qanunla bağlı da uzun müddətdir müzakirələr gedir. "Təhsil haqqında" qanun da vaxtilə uzun müddət müzakirə olundu və daha sonra qəbul edildi. Bu gün də insanlar həmin qanunun tam və mükəmməl şəkildə qəbulunu gözləyirlər. Hərbi sahə ilə bağlı da qeyd etmək istəyirəm ki, Azərbaycanda kifayət qədər bacarıqlı gənclər var. Onlara şərait yaratmaq lazımdır ki, inkişaf etsinlər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5934   Tarix: 13 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr