"Süni intellekt vasitəsilə hazırlanmış musiqi heç vaxt bəstəkarın yaratdığı musiqinin yerini verə bilməz" - Faiq Sücəddinov

"Süni intellekt vasitəsilə hazırlanmış musiqi heç vaxt bəstəkarın yaratdığı musiqinin yerini verə bilməz" - Faiq SücəddinovAzərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Musiqi aləmi ucsuz-bucaqsız bir dəryadır. Hər insan qüsursuz, mükəmməl musiqi əsəri eşidəndə ruhu onu sanki başqa bir dünyaya aparır. Bədii zövqü tərbiyə etmək, Azərbaycan musiqi mədəniyyətinin ənənələrini qorumaq müasir dövrdə demək olar ki, çətinləşib. Son zamanlar insan həyatına birbaşa nüfuz edən və ən çox investisiya qoyulan sahələrdən biri süni intellektdir.

Süni intellekt anlayışı ilk dəfə 1950-ci illərdə formalaşmağa başladı. 1956-cı ildə ABŞ-da keçirilən Dartmut Konfransında "süni intellekt" anlayışı rəsmi olaraq qəbul edildi. Zamanla texnologiyanın və hesablama gücünün inkişafı ilə süni intellekt də daha mürəkkəb və müasir bir səviyyəyə çatdı. Artıq musiqi platformalarındakı dominantlığı ilə nəzərəçarpacaq dərəcədə irəliləyən süni intellektin musiqi sənətinə mənfi təsirləri də vardır. Məhz son illər musiqi elminin ən aktual problemlərindən biri də elə budur. Həmişə səmimi, müdrik və ürəkdən gələn hissləri ifadə edən mahnılar indi texnoloji səs effektləri ilə yerini əvəzləyib. Bu texnologiya yaradıcılığı mexaniki prosesə çevirərək sənətin ruhunu zədələyir, müəllif hüquqlarının pozulması, emosional və mənəvi dərinliyin itməsi, orijinallığın zəifləməsi kimi hallara yol açır.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Xalq artisti, bəstəkar Faiq Sücəddinov bildirib ki, yaxşı musiqi yazmaq çətindir, amma hər bir bəstəkar elə etməlidir ki, onun musiqisi uzunömürlü olsun və o dillər əzbəri olsun:

"Heç vaxt süni intellekt "Koroğlu"nu, bizim digər opera əsərlərimizi, bizim el mahnılarımızı, bizim bəstəkar məktəbinin mahnılarını verməyəcək. Ola bilər ki, texniki sifariş verilsin, sənə hansısa bir köməyi dəyə bilər. Zavodda, fabrikdə, elm-tədqiqat institunda... Amma mən yenə də vurğulayıram, insanın musiqiyə, sözə fikri olmasa, o heç vaxt qulaq asan insanı tərpətməz. Ona görə ki, orada mütləq insan faktoru olmalıdır. Süni intellekt vasitəsilə hazırlanmış musiqi heç vaxt bəstəkarın yaratdığı musiqinin yerini verə bilməz. Musiqi bizim diyarımızın, Azərbaycanın böyük bir parçasıdır. Elm adamları, şairlər həmişə deyirlər ki, əvvəlcə musiqi olub sonra söz yaranıb. Onu mənə dəfələrlə Bəxtiyar Vahabzadə deyib. Bəziləri deyir əvvəlcə söz olub, sonra isə səs. Bizim çox gözəl musiqimiz, zəngin el mahnılarımız var. Hansısa insan tərəfindən bəstələnib və illər keçdikcə bunun adını qoyublar xalq mahnısı. Amma təbii ki, bunun bir müəllifi var. Son zamanlar belə bir ifadə başlayıb-süni intellekt. Süni intellekt nədir? Mən vaxtilə konservatoriyada oxuyanda biz hansısa mövzunu götürürdük və onun variasiyasını edirdik. Amma o xalq mahnısının, musiqinin ritmi, çalarları, tonalları dəyişirdi. Süni intellekt bir növ variasiyaya bənzəyir. Süni intellekt heç vaxt bəstəkarın yaratdığı musiqini verməz. Çünki orada qəlb var, ürək var, fikir var. Süni intellekt tez yaddan çıxır. İndiki mahnıların çoxu demirəm ki, süni intellektlə yaradılıb, amma yadda qalmır. Musiqi ürəkdən gəlməlidir, musiqi sevgidən gəlməlidir. Musiqi elə olmalıdır ki, yaddaşlarda qalsın, illər keçdikcə onu oxusunlar".

Bəstəkar illər öncə yazdığı bir sıra unudulmaz əsərlərini xatırladaraq musiqinin uzunömürlü olma sirrlərini açıqladı və eyni zamanda yeni nəsil musiqi ilə bağlı arzularını bildirdi:

"Mən hərdənbir arxaya baxıram. 1986,96,95,93-cü illərdə yazdığım musiqilər (yel toxundu yarpaqlara, nəğmə qondu dodaqlara, aləmə saldım haray mən səni axtarıram, "Neylərsən", "Kaman", "Bilsən necə darıxmışam", "Düşürsən tez-tez yada", "Əgər məni unutsan" və s.)hələ də oxunur. Musiqinin də öz qanunları var. Ola bilər ki, dəsti-xətt bir-birinə oxşasın, amma bunlar ayrı-ayrı mahnılar olmalıdır. Çünki mahnı maraqlı olmalıdır. Orada harmoniyalar var, orada elm var. Allah Üzeyir bəyə rəhmət etsin, o Azərbaycan musiqisinin təməlini qoyan çox böyük insan olub. Onun əsərləri bu gün də ifa edilir. Böyük Fikrət Əmirov və digər bizim bəstəkarlarımız gözəl mahnılar bəxş ediblər bizə, şairlərimiz gözəl sözlər, romanlar yazıblar. Mən çox istərdim ki, yenə o adamlar Azərbaycanda çox olsun və təbii ki, bir azərbaycanlı kimi istəyirəm ki, bizim mədəniyyətimiz daha da zənginləşsin. Mən heç vaxt yaddan çıxarmıram və həmişə onu yada salıram. Bizim himnimiz xaricdə səslənəndə mənə deyirdilər ki, sizin çox zəngin istiqlal marşınız var, hər şey ondan başlayır. Bizim dövlətçiliyimiz, musiqimiz həmişə qüdrətli olsun, zəngin olsun, heç kimə bənzəməsin, birinci olsun. Mən öz müəllimlərimdən, böyük bəstəkarlardan o fikiri almışam və mən o fikirlə yaşayıram. Mən istəyirəm ki, bizim cavan nəsil o fikirin, o gözəlliyin davamçısı olsunlar. Mən hamınıza uzun ömür,can sağlığı və xoşbəxtlik arzu edirəm. Çox sağ olun".

Lalə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1739   Tarix: 12 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib

2 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr
.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

3 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr
.

Bakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini

3 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr