Mədəni irsimizə HÖRMƏTSİZLİK: Turizm imicinə mənfi təsir göstərə bilər

Mədəni irsimizə HÖRMƏTSİZLİK: Turizm imicinə mənfi təsir göstərə bilərİçərişəhərin qala divarlarına bir qrup turist tərəfindən müxtəlif yazılar yazılaraq zərər verilib. Bu məsələ mədəni irsin qorunması məsələsini yenidən gündəmə gətirir. İçərişəhər UNESCO-nun Dünya İrsi siyahısına daxil olan, zəngin tarixi-memarlıq irsini özündə birləşdirən mühüm turizm məkanıdır. Belə halların qarşısının alınmaması həm abidələrin fiziki vəziyyətinə, həm də Azərbaycanın turizm imicinə mənfi təsir göstərə bilər.

Bəs, turistlərdə tarixi-mədəni irsə məsuliyyətli münasibətin formalaşdırılması üçün hansı maarifləndirici və nəzarət tədbirləri görülməli, abidələrin qorunması necə daha effektiv təmin edilməlidir?
Mədəni irsimizə HÖRMƏTSİZLİK: Turizm imicinə mənfi təsir göstərə bilərMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən turizm eksperti Rəhman Quliyev bildirib ki, İçərişəhərin qala divarları kimi tarixi abidələrə yazılar yazılması təkcə mədəni irsə zərər vurmur, eyni zamanda Azərbaycanın turizm imicinə də mənfi təsir göstərə bilər.

"Çünki xarici turist ölkəni yalnız görməli yerləri ilə deyil, həmin ölkənin tarixi irsə münasibəti və qoruma mədəniyyəti ilə də qiymətləndirir.
Tarixi abidələrin üzərində müxtəlif yazıların olması həm abidənin estetik görünüşünü pozur, həm də gələcək nəsillərə ötürülməli olan tarixi yaddaşa hörmətsizlikdir. Bu baxımdan turistlər üçün tarixi-mədəni irsin qorunması ilə bağlı maarifləndirici məlumatların bir neçə dildə təqdim olunması vacibdir".

Ekspert bildirib ki, eyni zamanda, turizm bələdçiləri turistlərə səfər zamanı davranış qaydalarını izah etməli və abidələrə zərər vurmağın yolverilməz olduğunu xüsusi vurğulamalıdırlar:

"Tarixi məkanlarda müşahidə və təhlükəsizlik sistemlərinin gücləndirilməsi, eləcə də qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirlərinin effektiv tətbiqi də mühüm əhəmiyyət daşıyır.
Mən hesab edirəmi ki, turistə yalnız "abidəyə toxunma" demək kifayət deyil, ona həmin abidənin tarixini və milli dəyərini anlatmaq lazımdır.
Çünki tarixi irsə hörmət formalaşdırmaq həm dövlət qurumlarının, həm turizm şirkətlərinin, həm də cəmiyyətin ortaq məsuliyyətidir və bu, Azərbaycanın beynəlxalq turizm imicinin qorunmasına birbaşa xidmət edir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 827   Tarix: 12 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr