"Qarabağ"ın ÇL-dəki rəqibləri müəyyənləşdi - "Çelsi", "Liverpul", "Ayaks"...
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi keçirilir.
"Qafqazinfo" xəbər verir ki, Monakoda təşkil olunan və Bakı vaxtı ilə saat 20:00-da start götürən püşkatma mərasimində Azərbaycanı yarışda təmsil edəcək "Qarabağ"ın da 8 rəqibi müəyyənləşəcək.
Ağdam təmsilçisi oyunlardan 4-nü evdə, 4-nü səfərdə keçirəcək. Mərasimdə "Qarabağ"ı klubun vitse-prezidenti Fevzihan Aras, Baş direktor və idarə heyətinin üzvü Emrah Çelikel, digər üzv Asif Əsgərov, Əməliyyatlar departamenti rəhbəri Fərid Ağayev, Komunikasiya departmentinin rəhbəri Anar Hacıyev təmsil edir.
Püşkatmada 36 komanda 4 səbətə bölünəcək. "Qarabağ" reytinqi daha az olan komandaların yer aldığı 4-cü səbətdədir.
Püşkatma zamanı əvvəlcə 1-ci səbətdən bir top çıxarılacaq. Daha sonra ötən il də istifadə olunmuş avtomatlaşdırılmış proqram həmin klub üçün təsadüfi qaydada səkkiz rəqib seçəcək. Eyni prosedur bütün komandalar üçün təkrarlanacaq və nəticədə bütün cütlüklər müəyyən ediləcək.
Hər səbətdən iki komanda digər səbətlərdəki komandaya rəqib olacaq. Hər səbətdən rəqib olan iki komanda ilə oyunlardan biri evdə, digəri səfərdə keçiriləcək. Bir assosiasiyadan maksimum iki rəqib ola bilər.
Liqa mərhələsində eyni assosiasiyadan olan komandalar isə bir-birilə qarşılaşa bilməz.
Səbətlərin tərkibi
1-ci səbət
PSJ (Fransa)
Real Madrid (İspaniya)
Mançester Siti (İngiltərə)
Bavariya (Almaniya)
Liverpul (İngiltərə)
İnter (İtaliya)
Çelsi (İngiltərə)
Borussiya Dortmund (Almaniya)
Barselona (İspaniya)
2-c səbət
Arsenal (İngiltərə)
Bayer Leverkuzen (Almaniya)
Atletiko Madrid (İspaniya)
Benfika (Portuqaliya)
Atalanta (İtaliya)
Villarreal (İspaniya)
Yuventus (İtaliya)
Ayntraxt Frankfurt (Almaniya)
Brügge (Belçika)
3-cü səbət
Tottenhem (İngiltərə)
PSV (Niderland)
Ayaks (Niderland)
Napoli (İtaliya)
Sportinq Lissabon (Portuqaliya)
Olimpiakos (Yunanıstan)
Slaviya Praqa (Çexiya)
Bude-Qlimt (Norveç)
Marsel (Fransa)
4-cü səbət
Kopenhagen (Danimarka)
Monako (Fransa)
Qalatasaray (Türkiyə)
Union Berlin (Almaniya)
Qarabağ (Azərbaycan)
Atletik Bilbao (İspaniya)
Nyukasl (İngiltərə)
Pafos (Kipr)
Kayrat (Qazaxıstan)
Çempionlar Liqasında ilk turun oyunları sentyabrın 16-18-də keçiriləcək.
*
"Qarabağ"ın ilk rəqibi "Çelsi" olub. Bu komandalar arasında görüş Bakıda keçiriləcək.
*
"Qarabağ"ın növbəti rəqibi isə İngiltərənin digər təmsilçisi "Liverpul" olub. Ağdam klubu "Liverpul"la səfərdə oynayacaq.
*
"Qarabağ"ın üçüncü rəqibi "Benfika" olub. Qurban Qurbanovun komandası Portuqaliya təmsilçisi ilə də səfərdə qarşılaşacaq.
*
"Qarabağ"ın dördüncü rəqibi "Ayntraxt"dır. Almaniya təmsilçisi ilə matç Bakıda baş tutacaq.
*
"Qarabağ"ın növbəti rəqibi Niderlandın "Ayaks" klubdur. Bu görüş də Bakıda baş tutacaq.
*
"Qarabağ"ın digər rəqibi İtaliyanın "Napoli" klubdur. Komandalar arasında görüş İtaliyada keçiriləcək.
*
"Qarabağ"ın digər rəqibi İspaniyanın "Atletik" klubdur. Komandalar arasında görüş Bilbaoda keçiriləcək.
*
"Qarabağ"ın sonuncu rəqibi Danimarkanın "Kopenhagen" klubdur. Komandalar arasında görüş Bakıda baş tutacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
Qızıl bazarında son vəziyyət
Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"WhatsApp"a iki yeni funksiya gəlir
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Sabah Bakıya yağış yağacaq
Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!