"Əgər sülh müqaviləsi imzalanarsa, sərhədlər açılarsa, iqtisadi əlaqələrdə Bakı üçün yalnız fayda var" - AÇIQLAMA
"Yaxın gələcəkdə ermənilərlə azərbaycanlılar bir-biri ilə ticarət edəcəklər, vahid bazar formalaşacaq. Bizim mağazalarımızda Azərbaycan malları, Bakıda və Azərbaycanın digər şəhərlərindəki mağazalarda isə erməni malları olacaq".
Bu barədə brifinqdə jurnalistlərə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bildirib.
"Ermənilər gedib daha ucuz benzin alacaqlar, çünki bu, sərfəlidir", - deyə Simonyan qeyd edib.
"Alen Simonyanın açıqlaması Ermənistan cəmiyyətinə optimist mesaj kimi səslənsə də, reallıqda çox ciddi siyasi və iqtisadi şərtlərə bağlıdır" - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Onun dediyi "vahid bazar" ideyası yalnız sülh müqaviləsi imzalanacağı və sərhədlər tam açılacağı halda mümkündür. Hazırda Ermənistan iqtisadiyyatının böhranlı vəziyyəti Simonyanı belə açıqlamalar verməyə məcbur edir. Çünki İrəvan üçün Azərbaycan bazarına çıxış həm enerji daşıyıcıları, həm də gündəlik tələbat malları baxımından həyati əhəmiyyət daşıyır.
Azərbaycan isə bu prosesə daha güclü tərəf kimi daxil olacaq. Azərbaycanın iqtisadi potensialı Ermənistanı asılı vəziyyətə salacaq və balansı açıq şəkildə Bakının xeyrinə dəyişəcək. Simonyanın ucuz benzin məsələsini qabartması da təsadüfi deyil, çünki Ermənistan bu gün Rusiya və İran vasitəsilə enerji alır və bu, həm baha, həm də siyasi riskli mexanizmdir.
Bununla belə, Simonyanın dedikləri Ermənistan cəmiyyətində birmənalı qarşılanmır. Çünki uzun illərdir formalaşan anti-Azərbaycan təbliğatı hələ də orada güclü təsirə malikdir. Bu səbəbdən, real ticarət əlaqələrinin qurulması müəyyən sosial müqavimətlə üzləşəcək.
Azərbaycan tərəfi isə bu məsələyə daha praqmatik yanaşır: əgər sülh müqaviləsi imzalanarsa, sərhədlər açılarsa, iqtisadi əlaqələrdə Bakı üçün yalnız fayda var. Ermənistan bazarının kiçikliyi və zəifliyi isə o qədər də strateji üstünlük yaratmır. Əksinə, Ermənistan üçün bu, iqtisadi xilas yoludur.
Nəticə etibarilə, Simonyanın açıqlaması populist ton daşıyır, amma həm də Ermənistan rəhbərliyinin gələcəkdə Azərbaycana iqtisadi bağlılıqdan başqa alternativ görmədiyinin etirafıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu