"Azərbaycan torpaqlarında heç bir təxribat, silahlı müqavimət və qanunsuzluq cəhdinə göz yumulmayacaq" - DEPUTAT
"Xankəndi şəhərində baş verən son hadisə, erməniəsilli Karen Avanesyanın silahlı təxribat cəhdi hər birimizdə ciddi narahatlıq və dərin təəssüf hissi yaratdı. Narahatlığımız ondan ibarətdir ki, orada xidmət edən hər bir vətən övladının həyatı, sağlamlığı bizim üçün qiymətlidir. Eyni zamanda iki ildir heç bir həyati təhlükə yaşamadan və bütün zəruri ehtiyacları lazımı səviyyədə təmin edilən erməni əsilli şəxslərdən birinin bu cür namərdcəsinə təxribata cəhd etməsi haqlı olaraq dərin təəssüf hissi doğurur.
Lakin, Azərbaycanın suverenliyinə, təhlükəsizliyinə qarşı yönələn hər hansı silahlı çıxış cəhdinə güc strukturlarımız həmişə olduğu kimi, qətiyyətlə cavab verir və verəcəkdir".
Bu sözləri Sonxeber.az Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamısnda qeyd etdi ki, hadisə zamanı öz xidməti borcunu yerinə yetirən polis əməkdaşımızın yaralanması bizi kədərləndirsə də, bu, həm də Azərbaycan polisinin peşəkarlığının, dövlətə və xalqa sədaqətinin bariz nümunəsidir:
"Onların çevik və fədakar fəaliyyəti nəticəsində potensial terror aktının, günahsız insanların həyatının təhlükə altına düşməsinin qarşısı alınıb.
Bu hadisə bir daha təsdiq edir ki, dövlətimizin qanunları hər kəs üçün birmənalıdır və Azərbaycan torpaqlarında heç bir təxribat, silahlı müqavimət və qanunsuzluq cəhdinə göz yumulmayacaq. Azərbaycan hüquq-mühafizə orqanlarının bu istiqamətdə göstərdiyi prinsipial mövqe dövlətimizin gücünün və hüququn aliliyinin göstəricisidir.
Separatizm və terrorizmin hər hansı formasına qarşı dövlətimizin və xalqımızın mövqeyi aydındır: qanun qarşısında hamı bərabərdir, heç bir cinayət məsuliyyətsiz qalmayacaq.
Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, əmin-amanlığı və ölkəmizin suverenliyi hər şeydən üstün tutulur və dövlətimiz bu prinsipə bundan sonra da sadiq qalacaqdır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1597 Tarix: 16 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı
14 oktyabrBakı Bəyannaməsi qəbul edilib
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, xsənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli
15 oktyabrAzərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir
Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind
14 oktyabrBakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]
15 oktyabrBakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video
Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbir
15 oktyabrLiderlərin səmimi görüntüləri - Video - Fotolar
Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri
15 oktyabr