"Dövlət Suverenliyi Günü Azərbaycan xalqının tarixi iradəsinin, azadlıq sevgisinin və milli dövlətçilik düşüncəsinin rəmzidir" - DEPUTAT

"Dövlət Suverenliyi Günü Azərbaycan xalqının tarixi iradəsinin, azadlıq sevgisinin və milli dövlətçilik düşüncəsinin rəmzidir" - DEPUTAT"Azərbaycan xalqının tarixində mühüm günlər çoxdur, lakin onların arasında elələri var ki, yalnız bir dövrü deyil, bütöv bir əsri, hətta gələcək nəsillərin yolunu müəyyənləşdirir. 20 sentyabr – Dövlət Suverenliyi Günü də məhz belə əlamətdar tarixi hadisələrdən biridir"- bunu Sonxeber.az -a açıqlama verən deputat Şahin Seyidzadə deyib:

"Azərbaycan xalqının öz tarixi haqqını bərpa etməsi, əsrlərlə həsrətini çəkdiyi azadlığa və milli dövlətçilik yoluna qətiyyətlə çıxması idi. XX əsrin sonlarına doğru Sovetlər İttifaqının zəifləməsi, sosial-siyasi proseslərin idarəolunmaz xarakter alması milli respublikaların müstəqillik arzularını daha da gücləndirdi. Azərbaycan xalqı da bu tarixi fürsəti dəyərləndirərək, uzun illərdən bəri özündə qoruyub saxladığı azadlıq ideallarını gerçəkləşdirməyə başladı. Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpası istiqamətində atılmış ən mühüm addımlardan biri xalq öz taleyini müəyyən etmək səlahiyyətinə malik olması idi. Əslində, bu addım hələ 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin qoyduğu dövlətçilik ənənələrinin davamı idi. Azərbaycan Respublikasının müstəqil dövlət kimi fəaliyyət göstərməsinin hüquqi bazasını formalaşdırdı. Burada Azərbaycanın öz sərhədləri daxilində bütün hakimiyyətin yeganə sahibi olduğu, beynəlxalq münasibətlərdə müstəqil qərarlar vermək hüququna malik olduğu bəyan edildi. Bu sənəd həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, tarixi irsinə və dövlətçilik ənənələrinə söykənən müstəqillik arzusunu dünyaya çatdırdı. 1991-ci il oktyabrın 18-də "Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" təsdiq edildi. Bununla Azərbaycan beynəlxalq hüququn subyekti kimi öz yoluna başladı. 20 sentyabr tarixinin əhəmiyyəti yalnız hüquqi sənədin qəbul olunması ilə məhdudlaşmır. Bu gün Azərbaycan xalqının əsrlər boyu apardığı mübarizənin məntiqi yekununu ifadə edir. Bütün dövrlərdə, istər imperiya, istərsə də sovet hakimiyyəti şəraitində xalqımız milli kimliyini, dilini, mədəniyyətini və dövlətçilik arzularını qoruyub saxladı. Məhz bu qətiyyət, xalqın sarsılmaz iradəsi 1991-ci ildə öz bəhrəsini verdi. Azərbaycanın dövlət müstəqilliyi bəyannamə və konstitusiya aktı ilə elan edilsə də, həmin dövrdə ölkənin qarşısında çoxsaylı sınaqlar var idi. Dövlət institutları zəif idi, daxili siyasi böhranlar dərinləşirdi, Ermənistanın təcavüzü ölkənin ərazi bütövlüyünə ciddi təhlükə törədirdi. Bu vəziyyətdə xalqın xilası yalnız güclü və müdrik liderin hakimiyyətə qayıdışı ilə mümkün oldu. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi rəhbərliyə qayıdışı Azərbaycan dövlətçiliyini dağılmaqdan xilas etdi. Onun uzaqgörən siyasəti nəticəsində dövlət institutları möhkəmləndi, müstəqilliyin hüquqi və siyasi dayaqları gücləndirildi. Ulu Öndər Heydər Əliyev müstəqilliyin qorunub saxlanılmasını özünün ən müqəddəs vəzifəsi hesab edir, "Müstəqilliyimizi əbədi, sarsılmaz və dönməz edəcəyik" fikrini irəli sürürdü. Bugünkü reallıqlar göstərir ki, Ulu Öndərin müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini gücləndirmiş, iqtisadi baxımdan müstəqil siyasət yürüdən güclü dövlətə çevrilmişdir. 2020-ci ildə əldə olunan tarixi Qələbə və ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın dövlət suverenliyinin tam təmin olunmasının parlaq nümunəsidir. Bu uğur göstərdi ki, 1991-ci ildə qəbul edilmiş Bəyannamə ilə əsası qoyulan müstəqillik ideyası bu gün real nəticələrlə möhkəmlənmişdir. 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması yalnız tarixi hadisəyə ehtiram deyil, həm də gələcək nəsillərə mühüm bir mesajdır. Bu gün gənclərimizi milli dövlətçiliyə sadiqlik ruhunda tərbiyə edir, onların azadlıq və müstəqilliyin qədrini bilməsinə xidmət edir. Dövlət Suverenliyi Günü bizə xatırladır ki, müstəqillik təsadüfi qazanılmayıb, böyük fədakarlıq və mübarizələrin nəticəsidir. Bu gün həm də bizi daim ayıq-sayıq olmağa, dövlətçiliyimizi qorumağa və daha da möhkəmləndirməyə çağırır. Beləliklə, 20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının tarixi iradəsinin, azadlıq sevgisinin və milli dövlətçilik düşüncəsinin rəmzidir. 1991-ci il oktyabrın 18-də "Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə başlayan yol bu gün güclü, müasir və qalib Azərbaycanın mövcudluğu ilə nəticələnmişdir. Azərbaycan xalqı üçün suverenlik sadəcə siyasi status deyil, həm də milli qürur, kimlik və gələcək nəsillərə miras qoyulmuş müqəddəs dəyərdir. Bu dəyərin qorunması və inkişafı hər bir azərbaycanlının borcudur".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 838   Tarix: 16 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı

14 oktyabr
.

Bakı Bəyannaməsi qəbul edilib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, xsənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli

15 oktyabr
.

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini

14 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətləri niyə hədəfə çevrilir?

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında diplomatik əməkdaşlıq deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji maraqlara söykənən qardaşlıq modelidir. Məhz bu münasibətlərin xüsusi xarakteri Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamları, tanınmı

15 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]

15 oktyabr
.

İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Heratı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirv

14 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video

Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbir

15 oktyabr
.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15 oktyabr