"Karen Albertoviç Avanesyan burada müəyyən geosiyasi mərkəzlərin sifarişlərini yerinə yetirmişdir" - AÇIQLAMA
"Qarabağda antiterror tədbirləri həyata keçirildikdən sonra əhali könüllü şəkildə bölgəni tərk etdi. Lakin Azərbaycan qanunlarını qəbul edərək və inteqrasiya planına uyğun olaraq bölgədə qalmağı üstün tutan şəxslər də oldu. Onlardan biri – 1967-ci il təvəllüdlü Karen Albertoviç Avanesyan terror fəaliyyəti ilə məşğul olmuşdur. Sosial şəbəkələrdə onun hərəkətləri addım-addım izlənilmiş, yayılan görüntülərdə isə saxlanılması əks olunmuşdur".
Bu sözləri Sonxeber.az-a politoloq İlyas Hüseynov danşıb.
O, açıqlamasında qeyd edib ki, Karen Albertoviç Avanesyan burada müəyyən geosiyasi mərkəzlərin sifarişlərini yerinə yetirmişdir:
"Tədbir keçirilən yerə yaxınlaşmaq və terrorçuluq fəaliyyəti həyata keçirmək niyyəti də göstərir ki, bütün hərəkətlər əvvəlcədən qurulan plan üzrə icra edilmişdir.
Burada Azərbaycan polisinin və xüsusi xidmət orqanlarımızın şücaətini xüsusi vurğulamaq istəyirəm. Əməliyyat nəticəsində yaralanan polis əməkdaşına şəfa diləyirəm.
Fikrimcə, Qarabağ İqtisadi Rayonunda qalmış hər bir erməninin bütün fəaliyyətləri izlənilməli, onların təmasda olduğu şəxslər analiz edilməlidir. Eyni zamanda, bu cür hərəkətlərə bir daha imkan verilməməlidir. Çünki biz çox həssas bir sülh və təhlükəsizlik dövrünə qədəm qoymuşuq.
8 avqust razılaşmaları mühüm tarixi nailiyyətdir və bu nailiyyətə kölgə salmaq istəyən hər bir qüvvə ifşa olunmalı, onlar barəsində ciddi tədbirlər görülməlidir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 986 Tarix: 16 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı
14 oktyabrBakı Bəyannaməsi qəbul edilib
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, xsənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli
15 oktyabrAzərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir
Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind
14 oktyabrBakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]
15 oktyabrBakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video
Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbir
15 oktyabrLiderlərin səmimi görüntüləri - Video - Fotolar
Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri
15 oktyabr