Azərbaycanda süni mayalanma niyə bahadır?

Azərbaycanda süni mayalanma niyə bahadır?Hazırda dünyada süni mayalanma yolu ilə doğulan uşaqların sayı səkkiz milyondan çoxdur. Azərbaycana gəlincə, 2022-ci ildə açıqlanan rəsmi məlumata görə, 85 000-90 000 süni mayalanma icra olunub. Təkcə son dörd ildə ölkədə 1632 uşaq süni mayalanma nəticəsində dünyaya gəlib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 392 qadın süni mayalanma yolu ilə uşaq dünyaya gətirib. Bu, 2023-cü illə müqayisədə 62 nəfər azdır. Statistikaya nəzər yetirdikdə, 2021-ci ildə 391, 2022-ci ildə isə 395 qadının hamiləliyi süni mayalanma nəticəsində uğurla yekunlaşıb.

Bu azalma tendensiyası "ölkədə süni mayalanma ilə bağlı vəziyyət necədir?" sualını gündəmə gətirir. Maraqlıdır, bu sahədə hansı problemlər var? Azalmanın səbəbi nədən ibarətdir? Qiymətlər necə dəyişir?

Dünyada süni mayalanma ilk dəfə 1978-ci ildə, Azərbaycanda isə 2004-cü ildə tətbiq edilib. Hazırda dünyada süni mayalanma yolu ilə doğulan uşaqların sayı 8 milyondan çoxdur. Azərbaycana gəlincə, 2022-ci ildə açıqlanan rəsmi məlumata görə 85 000-90 000 süni mayalanma icra olunub. Təkcə son dörd ildə ölkədə 1632 uşaq süni mayalanma nəticəsində dünyaya gəlib.

Uzman mama-ginekoloq Rəşad Sultan bildirir ki, rəqəmlərdəki azalma birbaşa mənfi tendensiya kimi qəbul edilməməlidir: "Burada əsas meyar süni mayalanmanın təbii hamiləliklərə olan nisbətidir. Əgər ölkədə ümumilikdə evliliklərin, hamiləliklərin və doğuşların sayı azalırsa, süni mayalanma halları da təbii olaraq azalacaq. Digər tərəfdən, ola bilər ki, həkimlərimiz təbii yolla müalicədə daha çox uğur əldə edirlər və bu səbəbdən xəstələr süni mayalanmaya müraciət etməyə ehtiyac duymurlar. Bu, müsbət tərəfdir. Amma mənfi tərəfi də var. Bəzən ehtiyacı olan xəstələr maddi imkanları olmadığı üçün bu proseduru həyata keçirməkdən imtina edirlər. Yəni göstəriş olduğu halda belə, maliyyə məhdudiyyəti insanları geri çəkir".

Mütəxəssis Azərbaycanda süni mayalanma sahəsində ən böyük problemin "Reproduktiv sağlamlıq haqqında" qanunun hələ də qəbul olunmaması olduğunu vurğulayır: "Süni mayalanma nəticəsində bir insan dünyaya gəlir, lakin bu proseslə bağlı hüquqi tənzimləmə yoxdur. Bu, həm həkimlər, həm pasiyentlər, həm də cəmiyyət üçün ciddi problemlər yarada bilir.

Məsələn, donor məsələsi qanunvericiliklə tənzimlənmir. Əgər qanun qəbul olunsa, bu həm ictimai etimadı artırar, həm də gələcəkdə yarana biləcək hüquqi mübahisələrin qarşısını alar. Qanun həkimlər üçün də müdafiə mexanizmi rolunu oynayar, çünki sabah məhkəməyə şahid kimi çağırılanda qanuni çərçivəyə istinad etmək mümkün olar. Ən vacibi isə qanun mühafizəkar yanaşmaların doğurduğu yanlış fikirləri də aradan qaldırar. İnsanlar bəzən elə düşünürlər ki, süni mayalanmada mütləq başqasının spermatozoidindən və ya yumurtasından istifadə edilir. Halbuki bu, yalnız xüsusi hallarda baş verir və bütün mərhələlər həkim nəzarətindədir".

Mütəxəssisin sözlərinə görə, qiymət məsələsi də ciddi problemdir. Hazırda Azərbaycanda heç bir əlavə prosedur olmadan süni mayalanmanın qiyməti, dərmanlar daxil olmaqla, 2500-4000 manat arasında dəyişir: "Əgər donor istifadə olunursa, müalicəyə əlavə olaraq 1500-2000 manat xərclənir. Daha yüksək texnoloji yanaşma tələb edən preimplantasion genetik diaqnostika tətbiq edildikdə isə bu xidmətin standart qiyməti 2000 dollardır".

Rəşad Sultan deyir ki, bu rəqəmlər bazar tərəfindən müəyyənləşdirilir və hər klinika, həkim öz qiymət siyasətini formalaşdırır: "Qiymət xəstədən-xəstəyə dəyişir. Çünki hər bir pasiyentin diaqnostika və müalicə planı fərqlidir. Amma ortaq məqam odur ki, prosedur bahalıdır və bu da insanların qərarına birbaşa təsir göstərir".

Süni mayalanma üzrə mütəxəssis, cərrah mama-ginekoloq Arzu Məmmədova hesab edir ki, rəsmi statistikalardakı azalma reallığı tam əks etdirmir. Onun sözlərinə görə, azalma daha çox xəstələrin müxtəlif həkimlər arasında yayılması ilə bağlıdır: "Əvvəllər Azərbaycanda bu işlə cəmi 4-5 mərkəz məşğul olurdu. İndi isə bu sahədə fəaliyyət göstərən mərkəzlərin sayı xeyli artıb. Xəstələr artıq müxtəlif həkimlərə müraciət edirlər və onların statistikasını hər zaman aparmaq mümkün olmur".

Onun sözlərinə görə, əslində son illərdə süni mayalanmaya müraciət edənlərin sayı azalmaq əvəzinə artıb: "Bəzi həkimlərin bu sahədə lisenziyası yoxdur. Bəzən adi ginekoloqlar da süni mayalanma edir, sadəcə qeydiyyat aparılmır".

Mütəxəssis qeyd edir ki, cəmiyyətdə süni mayalanmaya münasibət də dəyişib: "On il əvvəl xəstələr bu məsələni gizlətməyə çalışırdı. Hətta ehtiyac olduğu halda belə, bəziləri proseduru etdirməkdən çəkinirdi. İndi isə süni mayalanma adi tibbi prosedur kimi qəbul olunur. Xəstə müalicəyə gəlir, müalicə olunur, müalicə üsulu da süni mayalanmadır".

Onun fikrincə, bu sahədə əsas çətinlik maliyyə məsələsidir: "Dərmanlar ölkəmizdə istehsal olunmur və müxtəlif xarici ölkələrdən gətirilir. Son illər dərman vasitələrinin qiymətləri xeyli bahalaşıb".

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə süni mayalanma yolu ilə uşaq dünyaya gətirən qadınların sayının azalmasını daha çox prosedurun bahalı olması ilə əlaqələndirir: "Süni mayalanma sığorta tərəfindən qarşılanmayan, bahalı prosedurdur və vətəndaşlar onu öz hesablarına etdirməli olurlar. Hətta mayalanma baş tutmadıqda belə xərclər geri qaytarılmır, çünki proses çoxsaylı tibbi mərhələlərdən ibarətdir və xeyli maliyyə tələb edir. Bəzən uğurlu nəticə əldə etmək üçün vətəndaşa bu əməliyyatı 2-3 dəfə etdirmək lazım gəlir. Bu isə maddi imkanları məhdud olan ailələr üçün ciddi maneəyə çevrilir".

Adil Qeybulla onu da vurğulayır ki, mövcud ekoloji faktorlar təbii mayalanma prosesinə mənfi təsir göstərir: "Əslində son illərdə hamiləliyin baş tutması və normal sona çatdırılması ilə bağlı problemlərin artması süni mayalanmaya olan ehtiyacı daha da aktuallaşdırıb. Hazırda surroqat ana proqramları və uşağın xüsusi şəraitdə bəslənməsi ilə bağlı ciddi klinik tədqiqatlar aparılır. Bu, xüsusilə hamiləliyi gəzdirə bilməyən, amma övlad sahibi olmaq istəyən qadınlar üçün mühüm imkan yaradır. Belə elmi-tədqiqat işləri davam edir, çünki bu ehtiyac bütün dünyada realdır və artmaqdadır".

Mənbə: "Kaspi" qəzeti


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 893   Tarix: 21 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021
.

Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR

Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ

14 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Bu ölkədə borşa abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun

10 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021