Könül onun evində öldürülübmüş - Basdırmağa kömək etmişdi
Ötən ilin yazında Lənkəranda amansızlıqla qətlə yetirilən 22 yaşlı Könül Ağayevanın cinayət işi ilə bağlı daha bir nəfər məhkum edilib.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, Könülün qatili Elvin İsmayılzadənin dostu Xəyal Səmədov xüsusilə ağır cinayəti gizlətməkdə təqsirli bilinib.
İstintaq müəyyən edib ki, 23 yaşlı Elvin şəxsi münaqişə zəminində Könül Ağayevanı öldürdükdən sonra bu barədə dostu Xəyala məlumat verib. Onlar birgə gənc qızın meyitini hadisə baş verən evin həyətindəki xəndəyə basdırıblar. Lakin Xəyal bu cinayət barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib. Bu əməllə o, "xüsusilə ağır cinayət törədilməsini bilib xəbər verməmə" və "xüsusilə ağır cinayətdən xəbərdar olub gizlətmə" cinayətlərini törətmiş olub.
Fotoda: Elvin İsmayılzadə
Xəyal isə məhkəmədə ittihamla razı olmadığını, Elvin hədə-qorxu gəldiyi üçün cinayəti gizlətməyə məcbur qaldığını deyib: "Meyiti görən kimi polisə müraciət etmək istədim. Amma Elvin mənə hədə-qorxu gəldi. Dedi ki, polisə məlumat versən, qaçıb gedəcəyəm, ev də sənin olduğu üçün cinayət üstündə qalacaq. Həm də məni ailə-üzvlərimi öldürəcəyi ilə qorxutdu. Bu səbəblərdən susmaq qərarına gəldim".
Müdafiə tərəfi məhkəmədən gənc müvəkkilinin ifadəsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edib.
Yekun qərarla Xəyala xüsusilə ağır cinayətin törədilməsini bilərək xəbər verməmə maddəsi üzrə bəraət, həmin cinayəti gizlətmə maddəsi ilə 3 il həbs cəzası verilib.
Qeyd edək ki, qətlə yetirilən Könül Ağayeva hadisə vaxtı Lənkəran Dövlət Universitetinin dördüncü kurs tələbəsi olub. Onun qətlinə görə Elvin İsmayılzadə 19 il azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2277 Tarix: 22 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Universitetdə təmir işləri görərkən qəfil öldü
Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə
18 avqustToydan gələrkən qəzaya düşdü - Fotolar
Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl
4 sentyabrBacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi
Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs
7 sentyabrYasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI
Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad
28 avqustTovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur
Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd
7 avqustŞəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib
Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə
20 avqustGömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu
26 avqustProkurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi
Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i
15 sentyabrQisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2019-cu ilin apre
21 sentyabr