"Elm və Təhsil Nazirliyinin inklüziv təhsili strateji prioritetə çevirməsi tərifəlayiqdir" - AÇIQLAMA

"Elm və Təhsil Nazirliyinin inklüziv təhsili strateji prioritetə çevirməsi tərifəlayiqdir" - AÇIQLAMA"İlk növbədə qeyd edim ki, inklüziv təhsilin inkişafı Azərbaycanda təhsil sisteminin humanist və demokratik dəyərlərə əsaslanmasının bariz nümunəsidir. Son illərdə bu sahədə atılan addımlar dövlətin sosial ədaləti təmin etmək, hər bir uşağa bərabər imkanlar yaratmaq niyyətini əks etdirir. Rəsmi statistikaya görə, hazırda ölkə üzrə 5000-dən çox xüsusi qayğıya ehtiyacı olan uşaq ümumtəhsil məktəblərində təhsil alır. Bu rəqəm əvvəlki illərlə müqayisədə artım göstərsə də, hələ də ümumi şagirdlərin 1 faizindən azını təşkil edir. Müqayisə üçün qeyd etmək olar ki, Avropa İttifaqı ölkələrində bu göstərici orta hesabla 4-5 faiz təşkil edir. Bu, Azərbaycanın yolun başlanğıcında olduğunu göstərir, lakin istiqamətin düzgün seçildiyi də aydın görünür".

Bu sözləri Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov danışıb.

"Elm və Təhsil Nazirliyinin inklüziv təhsili strateji prioritetə çevirməsi tərifəlayiqdir" - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, müsbət tərəflərdən biri budur ki, artıq inklüziv təhsilin hüquqi bazası yaradılıb:

""Təhsil haqqında Qanun"un 14-cü maddəsində xüsusi vurğulanır ki, hər bir vətəndaş sağlamlıq imkanlarından asılı olmayaraq təhsil almaq hüququna malikdir. Həmçinin 2018-ci ildə qəbul olunmuş "2018–2025-ci illər üçün inklüziv təhsil üzrə Dövlət Proqramı" bu istiqamətdə sistemli tədbirlərin görülməsini təmin edir. Proqram çərçivəsində artıq yüzlərlə məktəbdə inklüziv siniflər təşkil olunub, müəllimlər üçün təlimlər keçirilib, məktəblərə psixoloq və loqoped ştatları əlavə edilib. Bu, Elm və Təhsil Nazirliyinin ardıcıl və planlı siyasət yürütməsinin göstəricisidir və tərif olunmalıdır. Lakin problemlər də mövcuddur və bu sahədə ən əsas çətinliklər fiziki mühitin uyğunlaşdırılmaması ilə bağlıdır. Əksər məktəblərdə pandusların, liftlərin, xüsusi sanitar qovşaqların olmaması uşaqların hər gün çətinliklərlə üzləşməsinə səbəb olur. Digər bir mühüm məsələ pedaqoji yanaşmadır. Ölkədə fəaliyyət göstərən 150 mindən çox müəllim arasında inklüziv pedaqogika üzrə hazırlıq keçmişlərin sayı cəmi 4 faiz civarındadır. Bu isə o deməkdir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim prosesi çox vaxt peşəkar dəstək olmadan həyata keçirilir. Dünya təcrübəsi göstərir ki, inklüziv təhsil yalnız fiziki əlçatanlıqla bitmir. Məsələn, Finlandiyada hər bir xüsusi qayğıya ehtiyacı olan şagird üçün fərdi təhsil planı hazırlanır və dərs prosesinə əlavə müəllim-assistent cəlb olunur. ABŞ-da "Individuals with Disabilities Education Act" adlı qanun çərçivəsində xüsusi ehtiyacı olan uşaqlar üçün fərdi yanaşma dövlətin birbaşa öhdəliyi kimi qəbul edilir. Avstraliya və Koreyada isə məktəblərdə "resurs otaqları" fəaliyyət göstərir və uşaqlar fərdi dəstəyi bu otaqlarda alırlar. Azərbaycanda isə belə mexanizmlərin yalnız ilkin mərhələdə tətbiqi müşahidə olunur".

Ekspert onu da vurğuladı ki, Azərbaycanda inklüziv təhsilin inkişafı müsbət istiqamətdə getsə də, dəyişməli olan əsas məqamlar qalır:

"Birincisi, bütün məktəblərdə fiziki mühit əlçatan olmalıdır. İkincisi, müəllimlərin inklüziv pedaqogika üzrə ixtisasartırma kursları kütləviləşdirilməlidir. Üçüncüsü, fərdi təhsil planı anlayışı geniş tətbiq edilməlidir. Əgər bu tədbirlər paralel şəkildə icra olunarsa, həm sosial ədalət güclənəcək, həm də cəmiyyətin bütün üzvlərinin potensialından bəhrələnmək mümkün olacaq. Elm və Təhsil Nazirliyinin inklüziv təhsili strateji prioritetə çevirməsi tərifəlayiqdir. Nazirlik yalnız qanunvericilik bazasının formalaşması ilə kifayətlənməyib, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıq quraraq qlobal təcrübəni ölkəyə gətirməyə çalışır. Bu, inklüziv təhsilin gələcəkdə daha geniş vüsət alacağına ümid yaradır. Əgər dövlət proqramı ardıcıl şəkildə icra olunarsa, yaxın illərdə Azərbaycan da Avropa təcrübəsinə yaxın səviyyədə inklüziv təhsil sisteminə sahib ola biləcək. Bu isə həm uşaqların həyat keyfiyyətinə, həm də ümumilikdə cəmiyyətin bərabərlik və ədalət dəyərlərinə mühüm töhfə verəcək".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 955   Tarix: 22 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021