"İki il ərzində Şuşada keçirilən tədbirlərin miqyası böyükdür" - DEPUTAT
"Azərbaycanın mədəniyyət paytaxtı Şuşa artıq regionun diplomatiya, beynəlxalq siyasət mərkəzinə çevrilir. Son illər sürətli bərpa-quruculuq işlərinin aparıldığı qədim və gözəl təbiəti olan bu Azərbaycan şəhəri beynəlxalq mədəni tədbirlərlə yanaşı, diplomatik toplantılara da ev sahibliyi edir. Şəhərin təkcə Azərbaycan üçün deyil, eyni zamanda regional əhəmiyyəti də artmaqdadır".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.
O, açıqlamasında qeyd edib ki, artıq Prezident İlham Əliyevin rəsmi qəbullarının Qarabağda keçirməsi ənənə halını alıb:
"Son aylar dövlət başçısının Qarabağ və Şərqi Zəngəzurda reallaşan tədbirlərdə iştirakı, burada keçirdiyi rəsmi qəbullar bunun əyani sübutudur. Əslində bu tədbir və rəsmi görüşlərin böyük siyasi, diplomatik, eyni zamanda, rəmzi mənası var. Bu gün, nəinki, Şuşa hətta bütöv Qarabağ təkcə yaşayış məntəqəsi deyil, həm də beynəlxalq əməkdaşlıq və fəal qlobal dialoq məkanına çevrilib. Burada keçirilən yüksəksəviyyəli forumlar, iqtisadi konfranslar və işgüzar tədbirlər şəhərlərin regional əhəmiyyətini və iqtisadi potensialını artırmağa xidmət edir.
Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə, forumlara, festivallara, yarışlara evsahibliyi xarici qonaqlar tərəfindən də hər zaman yüksək qiymətləndirilir. İki il ərzində Şuşada keçirilən tədbirlərin miqyası böyükdür. Mədəniyyət paytaxtımız artıq milli-mədəni və beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib və Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə yenidən dirçəlib".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 785 Tarix: 23 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı
14 oktyabrBakı Bəyannaməsi qəbul edilib
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, xsənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli
15 oktyabrAzərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir
Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind
14 oktyabrBakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]
15 oktyabrBakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video
Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbir
15 oktyabrLiderlərin səmimi görüntüləri - Video - Fotolar
Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri
15 oktyabr