"44 Günlük Vətən Müharibəsi Azərbaycan tarixinin ən mühüm və şərəfli səhifələrindən biridir" - DEPUTAT

"44 Günlük Vətən Müharibəsi Azərbaycan tarixinin ən mühüm və şərəfli səhifələrindən biridir" - DEPUTAT"27 sentyabr 2020-ci il tarixində Ermənistanın silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi azad edərək tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etdi. 44 Günlük Vətən Müharibəsi Azərbaycan tarixinin ən mühüm və şərəfli səhifələrindən biridir. Bu savaş Azərbaycan xalqının iradəsini, birliyini və ərazi bütövlüyü uğrunda mübarizəsini bir daha bütün dünyaya göstərdi. Müharibənin nəticələri region üçün yeni mərhələnin başlanğıcını qoydu və Azərbaycanın gələcək inkişafı üçün mühüm zəmin yaratdı".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, Vətən müharibəsində Azərbaycan xalqı birlik, həmrəylik və milli ruh nümayiş etdirərək, düşmənin layiqli cavabını vermişdir:

"Minlərlə igid oğullarımız bu yolda şəhidlik zirvəsinə ucaldı, on minlərlə qazimiz mübarizənin canlı şahidinə çevrildi. Onların göstərdiyi rəşadət və vətənpərvərlik gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsi oldu.
2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən Müharibəsi yalnız bir hərbi qələbə deyil, həm də Azərbaycan xalqının mübarizə iradəsinin, vətən sevgisinin və birliyinin simvoludur. Bu müharibənin ən qiymətli və müqəddəs səhifəsi isə şəhidlərimizin və qazilərimizin, yəni müharibənin canlı qəhrəmanlarının tarixə yazdığı şərəfli izlərdir.
Şəhidlik Azərbaycan xalqı üçün hər zaman müqəddəs bir anlayış olub. 44 günlük müharibə zamanı minlərlə igid oğul vətənin bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmışdır. Bu şəhidlər Azərbaycanın gələcəyi, torpaqlarımızın azadlığı və xalqımızın qüruru üçün əbədi yaşayacaqlar.
Şəhidlik zirvəsi qədər müqəddəs olan digər bir məqam isə veteranlıq, yəni müharibədən sağ çıxmış, lakin həyatını və sağlamlığını bu mübarizəyə həsr etmiş insanlarımızdır. Onlar bu gün də xalq arasında hörmət və ehtiramla qarşılanır.
44 günlük Vətən Müharibəsinin şəhidləri və qaziləri yalnız bir döyüşün deyil, bütöv bir xalqın taleyinin qəhrəmanları oldular. Onlar sayəsində Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoydu, tarixi ədaləti bərpa etdi və yeni reallıqlar yaratdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, hər il 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd olunur. Bu gün, 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin anıldığı gündür.
Bu gün dövlətimiz şəhid ailələrini yüksək səviyyədə dəstəkləmək məqsədilə maddi, sosial və psixoloji yardım proqramları həyata keçirir.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamı ilə Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin layihələri hazırlanmış və tikinti işlərinə başlanılmışdır".

Deputat onu da vurğuladı ki, bu gün bütün ölkə boyu şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir, onların qəhrəmanlıq dastanı müxtəlif tədbirlərdə, abidələr önündə, təhsil müəssisələrində, dövlət və özəl qurumlarda qeyd olunur:

"Müharibə dövründə bədən əzalarını itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış "YAŞAT" Fondu tərəfindən indiyədək 18 mindən yuxarı hərbiçi öhdəliyə götürülmüşdür. Azərbaycan cəmiyyəti şəhid və qazilərə dərin ehtiram bəsləyir. Hər bir şəhərdə şəhid bulaqları, xatirə lövhələri, şəhidlərin adını daşıyan məktəblər və parklar yaradılır. Məktəblərdə və universitetlərdə gənc nəsilə vətənpərvərlik ruhunun aşılanmasında şəhid və qazilərin həyat yolu örnək kimi göstərilir.
Azərbaycan xalqı heç zaman şəhidlərini unutmayacaq. Onların qanı bahasına qazanılmış bu Zəfər, müstəqilliyimizin və dövlətçiliyimizin əbədi simvoluna çevrilmişdir.
Şəhidlər və qazilər Vətən Müharibəsinin əsl qəhrəmanlarıdır. Onların fədakarlığı sayəsində bu gün azad Qarabağ var. Bizim borcumuz bu qəhrəmanların adını uca tutmaq, onların ailələrinə sahib çıxmaq və gələcək nəsillərə vətənə sevgi, şəhidə ehtiram, qaziyə minnətdarlıq hissini aşılamaqdır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 967   Tarix: 25 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı

14 oktyabr
.

Bakı Bəyannaməsi qəbul edilib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, xsənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli

15 oktyabr
.

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini

14 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətləri niyə hədəfə çevrilir?

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında diplomatik əməkdaşlıq deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji maraqlara söykənən qardaşlıq modelidir. Məhz bu münasibətlərin xüsusi xarakteri Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamları, tanınmı

15 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]

15 oktyabr
.

İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Heratı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirv

14 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video

Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbir

15 oktyabr
.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15 oktyabr