"Azərbaycanın BMT-dəki mövqeyi ölkəmizin siyasi iradəsinin və iqtisadi gücünün təzahürüdür" - AÇIQLAMA
"Son illər Azərbaycan rəhbəri böyük beynəlxalq tədbirlərə daha çox dəvət olunur, ona ehtiram göstərilir, söz verilir. Bu, ölkəmizin rəhbərinin apardığı düzgün xarici siyasət və hamı üçün səmərəli iqtisadi əməkdaşlıq nəticəsində mümkün olub", - bunu Sonxeber.az -a açıqlama verən Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Adil Hüseynov deyib:
"Açıq hiss olunur ki, dövlət başçılarının, baş nazirlərin, beynəlxalq təşkilatların rəhbərlərinin, tanınmış siyasətçilərin, ictimai xadimlərin Prezidentimizə şəxsi simpatiyaları var. Çünki dünyada sözünün ağası imicini qazanıb. Bu, özünü ABŞ-da bir daha göstərdi.
Sentyabrın 22-də BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən Azərbaycan Prezidenti İlham Əliyev sessiya çərçivəsində qarşı tərəflərin müraciəti əsasında çox mühüm görüşlər keçirib. Bu da Cənubi Qafqazın lider dövlətinin qalib rəhbərinə olan diqqətin daha bir göstəricisidir.
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Baş Assambleyanın 80-ci sessiyasında 150-dən çox dövlət və hökumət başçısı iştirak edib. Azərbaycan lideri Nyu-Yorka gəldiyi ilk dəqiqələrdən dünya liderlərinin diqqət mərkəzində olub.
Məhz Prezident İlham Əliyevin düzgün hesablanmış siyasəti nəticəsində Cənubi Qafqaz regionunun güclü dövlətinə çevrilmiş Azərbaycanın sözü ən ali tribunalardan eşidilir.
Sentyabrın 25-də Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında bir sıra mühüm məsələlərə toxunaraq qeyd edərək deyib: "Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam".
Öz çıxışında dövlət başçısı 30 ildən çox davam edən Ermənistan-Azərbaycan münaqişəsinə xüsusi yer ayırıb. Bildirib ki, 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü.
"Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi", - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı Ermənistanla sülh danışıqları ilə bağlı fikirlərini bölüşüb. Dövlətimizin başçısı deyib ki, biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsipi irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi".
Artıq Qarabağ problemi başa çatıb, Azərbaycan dövləti həm də BMT Nizamnaməsinə söykənərək torpaqlarını işğaldan azad edib, özünün ərazi bütövlüyünə nail olub. Bununla da dövlətimiz BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin yerinə yetirilməsini təmin edib. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən tanınır.
Prezident İlham Əliyev isə BMT Baş Assambleyasının 80-ci sessiyasında nüfuzlu dövlət başçısı olmaqla yanaşı, həm də qalib Lider, Müzəffər Ali Baş Komandan kimi iştirak edir. BMT tribunasındakı çıxışçında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan yeni bir dövrə qədəm qoyub. Dövlətimizin başçısı qeyd edib: "Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq".
Dünənədək BMT tribunasından dünyadan ədalət tələb edən Azərbaycan bu gün həmin tribunadan sülh və əməkdaşlıq çağırışlarını səsləndirən, öz mövqeyini dünyaya tanıdan və qəbul etdirən dövlət statusunu qazanıb. Ölkəmizin BMT-dəki üstün mövqeyi həm tarixi ədalətin bərpası, həm də Azərbaycanın siyasi iradəsinin və iqtisadi gücünün təzahürüdür".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
TRACTOR FC-dən İrandakı türklərin hüquqları ilə bağlı paylaşım: "Niyə söhbət İrandan gedəndə susursunuz?"