"27 Sentyabr Anım Günü bütün ağrısı, acısı və qüruru ilə dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir" - DEPUTAT

"27 Sentyabr Anım Günü bütün ağrısı, acısı və qüruru ilə dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir" - DEPUTAT"27 Sentyabr Anım Günü bütün ağrısı, acısı və qüruru ilə Azərbaycan xalqının, dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ Müharibəsi Cənubi Qafqazda əsrlərdir davam edən mürəkkəb geosiyasi dinamikada bir dönüş nöqtəsi idi. Ali Baş Komandan, xalq, ordu birliyinin və milli iradənin gücü 30 ildir davam edən işğala, məhrumiyyətlərə, ikili standartlara son qoydu".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

"27 Sentyabr Anım Günü bütün ağrısı, acısı və qüruru ilə dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir" - DEPUTATO, açıqlamasında qeyd edib ki, tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası tərəfindən köçürülməsindən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti 200 ildən çox davam edirdi:

"Ermənilər Azərbaycan ərazisində məskunlaşdıqları dövrdən etibarən xalqımıza məxsus toponimləri dəyişməyə, münbit əraziləri ələ keçirməyə və tədricən ərazi iddiaları irəli sürməyə başladılar ki, bu da öz növbəsində uzunmüddətli münaqişəyə zəmin formalaşdırdı. Xarici havadarlarının dəstəyi fonunda Azərbaycan torpaqlarının iyirmi faizini işğal edən ermənilər bütün beynəlxalq normaları, müharibə qanunlarını heçə sayaraq yaşayış məntəqələrini dağıtmış və dinc əhalini amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı soyqırımı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Rusiyanın 366 - cı motoatıcı alayının dəstəyi ilə 7 min əhalisi olan Xocalı şəhərində əsrin soyqırımını həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Lakin bütün bu sadalanan faktlara baxmayaraq BMT başda olmaqla bir çox beynəlxalq təşkilatlar rəsmi İrəvanın təcavüzkar siyasətinə göz yummuş və əksər hallarda işğalçı ilə işğala məruz qalan tərəfə eyni münasibət göstərilmişdir. Təbii ki, Ermənistanın müharibəyə qədərki siyasəti və beynəlxalq təşkilatların qeyri-obyektiv yanaşmaları müharibəni təhrik edən əsas amillərdən biri idi. Rəsmi İrəvan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum dörd qətnaməni heçə sayaraq işğalı və qanunsuz məskunlaşma siyasətini davam etdiridi. Xüsusilə, Ermənistan baş naziri Nikol Paşinyanın 2019 - cu ildə Qarabağa səfəri çərçivəsində səsləndirdiyi məlum bəyanat münaqişənin sülh yolu ilə həll olunma imkanlarını praktiki olaraq qüvvədən saldı. Ermənistanın davamlı şəkildə şəkildə gərginliyi və təxribatları artırması genişmiqyaslı müharibəni qaçılmaz edirdi və 2020-ci il 27 sentyabrda ordumuzun mövqelərinin və yaşayış məntəqələrinin zərbələrə məruz qalması bardağı daşıran son damla oldu. Azərbaycan bir daha taleyüklü sınaqla üz-üzə idi və cənab Prezident İlham Əliyevin qəbul etdiyi tarixi əhəmiyyətli qərar yeni bir çağın başlamasını şərtləndirdi. Qəhraman ordumuz çoxyönlü hərbi strategiyalardan istifadə edərək Ermənistan Silahı qüvvələri və qondarma rejimin hərbi birləşmələrinə məhv edici zərbələr endirdi. Düşmənin eşelonlaşdırılmış müdafiə istehkamları qısa müddət ərzində yarıldı və işğalçı ordu gücümüz qarşısında diz çökməyə məcbur oldu. Artıq döyüş meydanında əldə olunan qələbəni diplomatiya müstəvisində davam etdirmək lazım idi və cənab Prezident İlham Əliyevin uzaqgörənliyi, prosesləri peşəkarlıqla idarəetmə qabiliyyəti sayəsində Ermənistan tərəfi 10 Noyabrda kapituluyasiya aktına imza atmağa məcbur oldu. Bu tarixi sənəd Azərbaycanın 30 ildən artıq davam edən işğalı sonlandırdığının və Qarabağı azad etməsinin rəsmiləşdirlməsi idi. 44 günlük Vətən Müharibəsinin yekunu Azərbaycan dövlətinin, xalqının, ordunumuzun iradəsinin, əzminin və fədakarlığının təntənəsi oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1591   Tarix: 26 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı

14 oktyabr
.

Bakı Bəyannaməsi qəbul edilib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, xsənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli

15 oktyabr
.

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini

14 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətləri niyə hədəfə çevrilir?

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında diplomatik əməkdaşlıq deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji maraqlara söykənən qardaşlıq modelidir. Məhz bu münasibətlərin xüsusi xarakteri Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamları, tanınmı

15 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]

15 oktyabr
.

İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Heratı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirv

14 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video

Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbir

15 oktyabr
.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15 oktyabr