"Nyu-Yorkda keçirilən bütün görüşlər Azərbaycanın həm siyasi, həm də iqtisadi maraqlarını ifadə edir" - AÇIQLAMA

"Nyu-Yorkda keçirilən bütün görüşlər Azərbaycanın həm siyasi, həm də iqtisadi maraqlarını ifadə edir" - AÇIQLAMAPrezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə işgüzar səfərə gedib.

150-dən çox dövlət və hökumət başçısı iştirak etdiyi BMT Baş Assambleyasının yubiley sessiyasında ölkə başçısı qarşı tərəflərin müraciətləri əsasında bir sıra dövət başçıları, beynəlxalq təşkilat və şirkətlərin rəhbərləri ilə görüşlər keçirib.

"Azərbaycan Prezidentinin Nyu-Yorka işgüzar səfəri həm keçirilən ikitərəfli görüşlərin miqyası, həm də BMT Baş Assambleyasında nəzərdə tutulan çıxışı ilə diqqət mərkəzindədir" - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Bu səfərin ən vacib məqamlarından biri Prezidentin qlobal maliyyə nəhənglərinin rəhbərləri ilə görüşləridir. İlham Əliyevin "Brookfield Asset Management", "Neuberger Berman", "Blackstone" kimi dünyanın ən iri investisiya şirkətlərinin rəhbərləri ilə apardığı müzakirələr Azərbaycanın iqtisadi potensialına olan marağın miqyasını aydın şəkildə göstərir. Bu qurumların hər biri beynəlxalq maliyyə bazarında trilyonlarla dollarlıq kapitala nəzarət edir və müxtəlif sahələrdə qlobal təsir imkanına malikdir. Diqqətçəkən məqam ondan ibarətdir ki, həmin görüşlər Azərbaycan tərəfinin deyil, məhz qarşı tərəfin təşəbbüsü ilə baş tutub. Bu, ölkəmizin artan geosiyasi çəkisinin və Prezident İlham Əliyevin etibarlı tərəfdaş kimi qəbul edilməsinin bariz nümunəsidir. Qlobal maliyyə mərkəzlərinin belə təşəbbüsü Azərbaycanın sabit iqtisadi mühitinin, strateji mövqeyinin və güclü investisiya potensialının göstəricisidir.

Azərbaycanın regionda sabitlik və davamlı inkişafın təminatçısı kimi tanınması bu marağı təbii edir. Hər bir belə görüş ölkənin iqtisadi gələcəyinə uzunmüddətli töhfələr verir, yeni investisiya axınlarını təşviq edir. Prezident İlham Əliyev bu müzakirələrdə Azərbaycanın enerji keçidi, alternativ enerji layihələri, nəqliyyat-logistika imkanları və genişlənən əməkdaşlıq platformalarını önə çıxarıb:

Nyu-York səfərinin digər mühüm tərəfi BMT çərçivəsində keçirilən görüşlərdir. Burada da eyni tendensiya nəzərə çarpır – bütün görüşlər qarşı tərəfin təşəbbüsü ilə baş tutur. Bu, Azərbaycanın beynəlxalq münasibətlərdə artan nüfuzunun və liderlik rolunun açıq göstəricisidir. Prezident İlham Əliyevin BMT tribunasından etdiyi çıxışlar hər zaman diqqətlə izlənilir, çünki bu nitqlərdə təkcə regional məsələlər deyil, həm də qlobal təhlükəsizlik və sülh gündəliyinə dair mühüm mesajlar yer alır. Azərbaycanın qlobal liderlik iddiası yalnız iqtisadi və enerji layihələri ilə məhdudlaşmır, həm də sülh quruculuğu proseslərində özünü göstərir. Dövlət başçısının verdiyi mesajlar ölkəmizin prinsipial mövqeyini, milli maraqlara sadiqliyini və beynəlxalq hüquqa hörmətini nümayiş etdirir.

Nyu-Yorkda keçirilən bütün görüşlər Azərbaycanın həm siyasi, həm də iqtisadi maraqlarını ifadə edir. Prezidentin ABŞ-in aparıcı şirkət rəhbərləri ilə görüşləri ölkəmizin investisiya cazibəsini artırır, enerji sahəsindəki imkanlarını qlobal kapital ilə birləşdirən mühüm platforma yaradır. BMT çərçivəsində aparılan ikitərəfli müzakirələr isə Azərbaycanın diplomatik fəallığını və beynəlxalq arenada artan təsir gücünü təsdiqləyir. İlham Əliyevin təşəbbüsləri regional təhlükəsizlik, sülh və əməkdaşlıq məsələlərində Azərbaycanın mövqeyini daha da gücləndirir:

"Ümumilikdə, Prezident İlham Əliyevin Nyu-York səfəri Azərbaycanın iqtisadi, siyasi və diplomatik baxımdan güclənməsinin parlaq göstəricisidir. Bu səfər ölkənin yüksələn nüfuzunu, strateji mövqeyini və qlobal siyasətdə söz sahibinə çevrildiyini bir daha sübut edir. Görüşlərin miqyası, BMT tribunasından veriləcək mesajlar və əldə olunacaq razılaşmalar Azərbaycanın beynəlxalq siyasətdə möhkəmlənən rolunu nümayiş etdirərək ölkəmizin regional gücdən qlobal oyunçuya çevrilməsini təsdiqləyir"


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1011   Tarix: 26 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı

14 oktyabr
.

Bakı Bəyannaməsi qəbul edilib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, xsənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli

15 oktyabr
.

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini

14 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətləri niyə hədəfə çevrilir?

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında diplomatik əməkdaşlıq deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji maraqlara söykənən qardaşlıq modelidir. Məhz bu münasibətlərin xüsusi xarakteri Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamları, tanınmı

15 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]

15 oktyabr
.

İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Heratı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirv

14 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video

Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbir

15 oktyabr
.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15 oktyabr