Dünyanın "ürəyini parçalayan" görüntülər: Şahzadə Diananın son kadrları ÜZƏ ÇIXDI - VİDEO
Britaniya kral ailəsinin ən çox sevilən üzvlərindən biri olan Şahzadə Diana həyatını itirməzdən cəmi bir həftə əvvəl çəkilən görüntüləri ilə yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, xarici mediada yayılan kadrlar 1997-ci ilin avqustuna aiddir. Parisdə baş verən faciəvi avtomobil qəzasından əvvəl Diana Aralıq dənizində sevgilisi Dodi əl-Fayedə məxsus yaxtada istirahət edirdi. Həmin günlərdə lentə alınan fotolarda şahzadənin təkbaşına oturduğu, dərin fikirlərə dalaraq uzaqlara baxdığı əks olunur.
Jurnalistlər və tarixçilər həmin kadrları "Dünyanın ürəyini parçalayan görüntülər" adlandırırlar. Çünki fotolarda Diana əslində milyonların sevimlisi olsa da, özünü tənhalıq içində hiss edən, taleyindən narazı və düşüncələrə qapılmış bir qadın kimi görünür.
Məlumatlara görə, şahzadə həmin vaxt mətbuatın fasiləsiz təqibindən yorulmuş, şəxsi həyatını qorumaqda çətinlik çəkirdi. Onun səmimi ifadəsi və kədərli baxışları ölümündən sonra ictimaiyyət arasında "sanki sonunu hiss edirdi" kimi şərh olunub.
Xatırladaq ki, Diana 1997-ci il avqustun 31-də Parisdə baş verən dəhşətli qəza nəticəsində 36 yaşında dünyasını dəyişmişdi. Onun ölümü bütün dünyada böyük sarsıntı yaratmış, milyonlarla insanı kədərləndirmişdi.
Bu kadrlar isə illər keçməsinə baxmayaraq, şahzadənin həyatındakı tənhalığı və taleyinin faciəvi sonunu simvolizə edən unudulmaz xatirələrdən biri kimi qalır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3430 Tarix: 04 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18 sentyabr 2021Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO
İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll
16 sentyabr 2021"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16 sentyabr 2021Broyler toyuqlarında da koronavirus aşkarlandı
Rusiyada toyuq əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlanıb. xəbər verir ki, virusu Çin hökuməti aşkarlayıb. Çinin Baş Gömrük İdarəsinin rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən üç Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulda COVID-19 aşkarlanıb
16 sentyabr 2021Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO
Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl
18 sentyabr 2021Daha bir ölkə sərhədlərini açdı
Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy
17 sentyabr 2021İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI
Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar
17 sentyabr 2021