Rusiya nüvə başlığı daşıyan peyki orbitə çıxarır - İddia

Rusiya nüvə başlığı daşıyan peyki orbitə çıxarır - İddiaRusiya yaxın həftələrdə nüvə başlığı daşıyan peyki orbitə çıxara bilər.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın WDR və NDR telekanalları, eləcə də "Süddeutsche Zeitung" qəzetinin birgə araşdırmasında deyilib.

Araşdırmaya görə, "Sputnik-S" adlı aparat artıq yığılıb və bir neçə ildir Moskvaətrafı ərazidə saxlanılır:

"Onun buraxılışı 2026-cı ilin sonunadək, ehtimal ki, dekabr ayında həyata keçirilə bilər. Almaniya hərbçiləri və Federal Kəşfiyyat Xidməti mümkün təhlükə barədə artıq müdafiə naziri Boris Pistoriusu və NATO müttəfiqlərini məlumatlandırıblar.

Qərb hərbi dairələrində xəbərdarlıq ediblər ki, orbitdə baş verəcək nüvə partlayışı peyk infrastrukturunun əhəmiyyətli hissəsini sıradan çıxara, rabitə, naviqasiya, enerji sistemlərinin və bankların fəaliyyətini poza bilər. Rusiyanın Berlindəki səfirliyindən bildirilib ki, belə bir aparat barədə məlumatları yoxdur. Səfirlik irəli sürülən ittihamları isə təbliğat kampaniyasının tərkib hissəsi adlandırıb".

Qeyd edək ki, 1967-ci il Kosmik Məkan haqqında Müqaviləyə əsasən, kosmosda kütləvi qırğın silahlarının yerləşdirilməsi qadağandır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 95   Tarix: 23 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-ın hərbi üstünlüyü Çinlə müqayisədə son illərin ən aşağı səviyyəsinə enib

ABŞ-ın Çin üzərində hərbi potensial və Asiya regionundakı ümumi təsir baxımından üstünlüyü 2018-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. xəbər verir ki, bu barədə Avstraliyanın Louy İnstitutunun (Lowy Institute) hesabatında bildirilib. Hesabata əsasən, ümumi reytinqdə ABŞ 100 mümkün baldan 78,9 ball

23 noyabr
.

Aİ və Böyük Britaniya universitetlərdə təhsil haqqı güzəştləri barədə razılığa gələ bilməyib

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya Brüssel sammitində universitetlərdə güzəştli təhsil haqqının tətbiqi ilə bağlı razılığa gəlməyiblər - danışıqlar altı ay təxirə salınıb. "Report" xəbər verir ki, bu barədə "BBC" telekanalı məlumat yayıb. Aİ nümayəndələri bildiriblər ki, Britaniy

22 noyabr
.

Bəzi Aİ ölkələri Ukrayna, Rusiya və ABŞ ilə danışıqlarda iştirak edə biləcək

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bütün Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna, Rusiya və ABŞ arasındakı danışıqların hazırlanmasında iştirak edə biləcək, bununla belə, orada bilavasitə səkkiz nümayəndə iştirak edəcək. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barəd

22 noyabr
.

Serbiyanın yeni parlamentində qadın deputatların sayı rekord həddə çatıb

Serbiya parlamentinin yeni tərkibində qadın deputatların payı rekord həddə çatıb. "Telegraf" nəşrinə istinadən xəbər verir ki, bu göstərici ölkədə 1990-cı ildə çoxpartiyalı sistemin tətbiqindən bəri ən yüksək səviyyədir. Parlamentdəki 250 deputat mandatından 102-si qadınlara məxsusdur. Bu

22 noyabr
.

WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər

ABŞ Senatında Respublikaçılar Partiyasının nümayəndələri Prezident Donald Trampın Pentaqonda rəhbər vəzifələrə irəli sürdüyü ən azı iki namizədin təsdiqlənməsinə qarşı çıxmağa hazırdırlar. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) mənbələrə istinadən məlumat yayıb

22 noyabr
.

Zelenski Ukraynanın Vaşinqtondakı səfiri postuna namizədlərin adlarını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Oksana Markarovanın Vaşinqtonda səfir vəzifəsinə qayıtmasını mümkün hesab edir. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Zelenski onlayn brifinq zamanı bildirib. Onun sözlərinə görə, digər mümkün namizədlər sırasında Yuliya Sviridenko

22 noyabr
.

Cənubi Koreyanın təhsil naziri imtahanlarda süni intellektdən istifadəylə bağlı qalmaqallar fonunda istefa verib

Cənubi Koreya Prezidenti Li Ce Myon, ölkənin dövlət imtahan sisteminin süni intellektdən (Sİ) istifadə edərək saxtakarlığın qarşısını almaq üçün yetərli hazırlıq görməməsi ilə bağlı ictimai tənqidlər fonunda təhsil naziri Çxve Qyo Çjinin istefasını qəbul edib. "Report"un Cənubi Koreyanın "NewsTomato"

22 noyabr
.

İordaniyada "GTA VI" qadağan edilir

İordaniyanın Telekommunikasiya Tənzimləmə Komissiyası gənclərin və uşaqların təhlükəsizliyini təmin etmək üçün "Grand Theft Auto VI" ("GTA VI") oyununun qadağan olunmasını nəzərdə tutan hüquqi çərçivə üzərində işləyir. xəbər verir ki, bu barədə qurumun rəhbəri Lara Əl-Xatib açıqlam

23 noyabr
.

Tramp xəbərdarlıq etdi: "ABŞ müflisləşə bilər"

ABŞ Prezidenti Donald Tramp dövlət borcunun yuxarı həddi ilə bağlı məsələ həll olunmayacağı təqdirdə ölkənin müflisləşmə təhlükəsi ilə üzləşəcəyini bildirib və mövcud məhdudiyyətin ləğv edilməsinə çağırıb. xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. "Dövlə

22 noyabr