"Real Madrid" iki ulduzunu satmaq istəyir: 350 milyon avro...
İspaniyanın "Real Madrid" klubu hücum xəttində gözlənilməz qərar qəbul edib.
Qaynarinfo xəbər verir ki, Madrid klubu braziliyalı ulduz futbolçuları - Vinisius Junior və Rodriqonu satış siyahısına əlavə edib.
İspaniya mətbuatında yayılan xəbərlərə görə, klub rəhbərliyi hücum planında ciddi dəyişikliklər etməyi düşünür və 350 milyon avrodan artıq gəlir əldə etmək məqsədilə hər iki futbolçunun satılması ehtimalını qiymətləndirir.
Klub prezidenti Florentino Perezin rəhbərliyi altında "Real Madrid" hücum xəttini tamamilə yeniləmək strategiyası çərçivəsində bu addımı atıb. Bununla belə, klub rəhbərliyi mövsümün sonuna qədər futbolçuların çıxışlarını izləyərək son qərarını daha sonra verəcək.
Xəbərdə bildirilir ki, "Real Madrid" rəhbərliyi Vinisius Junior və Rodriqonun bu mövsümdəki qeyri-sabit çıxışlarından narahatdır. Hər iki oyunçunun formadakı dalğalanmaları yay transfer dövrü öncəsi bu strateji satış qərarının əsas səbəbi kimi göstərilir.
Madrid klubunun təxminlərinə görə, bu iki futbolçunun transferindən əldə olunacaq məbləğ təxminən 350 milyon avro olacaq. Bu vəsaitin klubun yeni və irimiqyaslı transferlər həyata keçirməsinə imkan yaradacağı düşünülür. Klub rəhbərliyi hesab edir ki, Vinisius və Rodriqonun birlikdə satışı "Real Madrid" tarixində bənzəri görünməmiş gəlir gətirə bilər.
İspan mətbuatına əsasən, "Real Madrid" artıq potensial alıcı bazarını müəyyənləşdirib. Vinisius Junior üçün Səudiyyə Ərəbistanı klublarının maraqlı ola biləcəyi, Rodriqo üçün isə İngiltərə Premyer Liqası komandalarından təkliflərin gözlənildiyi qeyd edilir.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 2532 Tarix: 20 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
Azərbaycanın futzal üzrə millisinin dünya çempionatının əsas mərhələsində Çexiyaya qarşı oyun üçün heyəti bəlli olub. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Yığmaya 14 oyunçu dəvət alıb. Xatırladaq ki, Azərbaycan komandası DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək
14 oktyabr"Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb
Türkiyə Superliqasının IX turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. İstanbul derbisi FIFA referisi Atilla Karaoğlana tapşırılıb. Xatırladaq ki, "Qalatasaray"
22 oktyabrÇempionlar Liqası: "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda
20 oktyabrFIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır
Azərbaycan U-15 dünya çempionatına və festivalına hazırdır. xəbər verir ki, bu barədə FIFA sosial şəbəkə hesabından paylaşım edib. Ali futbol qurumu Bakıda keçiriləcək turnirlə bağlı post paylaşıb və Hövsan Yarış Kompleksinin hazır vəziyyətə gətirildiyini diqqətə çatdırıb:. "Bura 66 günə AFFA tərəfində
22 oktyabrQılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Bu barədə -a Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhə
12 oktyabr"Sabah" - "Barselona" matçının biletləri satışda
UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" ilə qarşılaşacaq "Sabah"ın ev oyununun biletləri satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb. Görüşün bilet satışı " vasitəsilə həyata keçirilir. Qarşılaşma noyabrın 25-d
19 oktyabrAsif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb
"Qəbələ"nin futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasında son 18 mövsümün rekordunu qırıb. Bu barədə -a Peşəkar Futbol Liqasından məlumat verilib. Bölgə təmsilçisinin kapitanı VII turda "Sabah"la ev matçının son anlarında meydana daxil olaraq mövsümdə ilk dəfə şans qazanıb
19 oktyabrAzərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar
18 oktyabr