Prezidenti Yaqub Eyyubova "İstiqlal" ordenini təqdim etdi (YENİLƏNİB)

Prezidenti Yaqub Eyyubova "İstiqlal" ordenini təqdim etdi (YENİLƏNİB)Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Yaqub Eyyubovu qəbul edib və ona "İstiqlal" ordenini təqdim edib.

Sonxeber.az xəbər verir ki, Yaqub Eyyubovu salamlayan Prezident İlham Əliyev deyib:

-Hörmətli Yaqub müəllim, ilk növbədə, sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illər müxtəlif məsul vəzifələrdə işləyərkən Azərbaycanın inkişafına öz töhfənizi vermisiniz. Mən bunu yüksək qiymətləndirirəm. Siz də bilirsiniz, mən də bilirəm ki, Ulu Öndər Heydər Əliyev sizə həmişə diqqət göstərmişdir. Ötən əsrin 70-ci illərində sizi gənc kadr kimi məsul vəzifələrə təyin etmişdi və sizə böyük etimad göstərmişdi. Siz də bu etimadı layiqincə doğrultmusunuz. Məhz buna görə müstəqillik dövründə Ulu Öndər xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə gələndən sonra sizi bir neçə məsul vəzifəyə təyin edərək, bir daha sizə etimad göstərmişdir. Onun Sərəncamı ilə siz böyük vəzifə olan Baş nazirin birinci müavini təyin olunmusunuz və o illərdən bəri bu vəzifədə çalışırsınız. 22 il ərzində mənim prezidentlik dövrümdə də sizə dəfələrlə etimad göstərmişəm, hər prezident seçkilərindən sonra sizi həmin vəzifəyə yenidən təyin edirdim. Bu gün sizə bu dövlət mükafatını təqdim edərkən demək istəyirəm ki, mən sizin işinizdən razıyam. Siz canla-başla, sədaqətlə dövlətə, vətənə xidmət edirsiniz. Öz işinizdə həmişə tələbkarsınız və mənim göstərişlərimi layiqincə yerinə yetirirsiniz. Sizin böyük xidmətlərinizi nəzərə alaraq mən sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan "İstiqlal" ordeni ilə təltif etmişəm və icazə verin, bu yüksək ordeni sizə təqdim edim.

Prezident İlham Əliyev "İstiqlal "ordenini Yaqub Eyyubova təqdim edərək deyib: Sizi təbrik edirəm.

Yaqub Eyyubov: Təşəkkür edirəm.

Fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Yaqub Eyyubov Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü, Ulu Öndərin və Prezident İlham Əliyevin ona göstərdikləri etimadı həmişə doğrultmağa çalışdığını bildirdi. O, məhz dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu qeyd edərək dedi: "Siz dahi şəxsiyyətsiniz ki, Azərbaycanın torpaqlarını geri qaytardınız. Bunu heç kim edə bilməzdi, mümkün də deyildi. Siz gözəl, yüksək bacarıqlı, dahi bir insansınız. Ona görə də bütün xalq, bütün dünya Sizi görür, Sizinlə qürur duyur".

"İstiqlal" ordeni ilə təltif olunmasının onun üçün böyük şərəf olduğunu vurğulayan Yaqub Eyyubov bildirdi: "Mən həyatım boyu bunu unutmaram və çalışacağam ki, imkanım daxilində, nə qədər imkan varsa, Sizə və dövlətimizə xidmət edim".

Prezident İlham Əliyev: Çox sağ olun.

11.55

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə Yaqub Abdulla oğlu Eyyubov "İstiqlal" ordeni ilə təltif edilib.

Sonxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Qeyd edək ki, oktyabrın 24-də Yaqub Eyyubovun 80 yaşı tamam olur. O, 1997-199-cu illlərdə Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri, 1999-2003-cü illərdə baş nazirin müavini olub, 2003-cü ildən baş nazirin birinci müavinidir.
Prezidenti Yaqub Eyyubova "İstiqlal" ordenini təqdim etdi (YENİLƏNİB)Prezidenti Yaqub Eyyubova "İstiqlal" ordenini təqdim etdi (YENİLƏNİB)Prezidenti Yaqub Eyyubova "İstiqlal" ordenini təqdim etdi (YENİLƏNİB)Prezidenti Yaqub Eyyubova "İstiqlal" ordenini təqdim etdi (YENİLƏNİB)Prezidenti Yaqub Eyyubova "İstiqlal" ordenini təqdim etdi (YENİLƏNİB)Prezidenti Yaqub Eyyubova "İstiqlal" ordenini təqdim etdi (YENİLƏNİB)


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1571   Tarix: 22 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prosesdə əsas yük Ermənistanın üzərinə düşür - POLİTOLOQ

Azərbaycan, Ermənistan və ABŞ nümayəndələrinin üçtərəfli görüşünün Vaşinqton Sammitinin birinci ildönümündə keçirilməsi regionda formalaşan yeni siyasi reallıqlar fonunda diqqət çəkir. Görüşdə Azərbaycan-Ermənistan normallaşma prosesi, sərhədlərin delimitasiyası və etimad quruculuğu tədbirləri müzakir

12 avqust
.

Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə

Son illər Cənubi Qafqaz bölgəsində baş verən proseslər göstərir ki, regionun gələcək təhlükəsizliyinin artıq hərbi qarşıdurma deyil, siyasi razılaşmalar, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq əlaqələri müəyyənləşdirir. Bununla əlaqədər bir il əvvəl, avqustun 8-də Vaşinqtond

10 avqust
.

İsrail İrana qarşı müharibəyə qoşula bilər? - POLİTOLOQDAN AÇIQLAMA

Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin yenidən gərginləşməsi fonunda İsrailin İrana qarşı mümkün hərbi əməliyyatlara qoşula biləcəyi ilə bağlı iddialar beynəlxalq gündəmdə geniş müzakirə olunur. Rəsmi səviyyədə yekun qərar açıqlanmasa da, bölgədə baş verən son hadisələr və tərəflərin sərt bəyanatlar

6 avqust
.

Nikol Paşinyan Azərbaycanı təbrik etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Sülh Bəyannaməsinin imzalanmasının və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflanmasının 1-ci ildönümü münasibətilə təbrik mesajı göndərib. . -ın məlumatına görə, mesajda deyilir: . "Əziz xalqım, əziz Ermənistan Respublikasını

8 avqust
.

Arayik və digərləri ilə bağlı YEKUN QƏRAR VERİLDİ

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğ

6 avqust
.

"AZCON Holdinq"ə yeni səlahiyyət verildi

"Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonr

6 avqust
.

Prezidentdən Naim Cahidzadə ilə bağlı iki SƏRƏNCAM

Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikas

4 avqust
.

Ermənistan ərazisində enerji dəhlizinin yaradılması TRIPP və bütün bölgə üçün müsbət nəticə verəcək

Bu gün Azərbaycanın yaratdığı tarixi reallıqların məntiqi nəticəsi olaraq ölkəmiz yeni mərhələni yaşayır. Azərbaycanın öz suverenliyinin bərpası, Qarabağın azad olunması, eləcə də Qarabağdan separatizmin təmizlənməsi yeni imkanlar yaratmış oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliy

12 avqust
.

Bakıda "SSRİ təbliğatı"nın arxasında kimlər dayanır? - DETALLAR

Zaman-zaman SSRİ bayrağı ilə yürüş edən, tədbilərdə bu bayrağı dalğalandıran insanların cəzalandırıldığının şahidi oluruq. Sonuncu belə hadisədə biri tanınmış jurnalist olmaqla 4 nəfər həbs edildi. Bəs bu cür addımların, təbliğatın arxasında nə dayanır?. Mövzu ilə bağlı -a danışan politoloq, siyasi elmlə

4 avqust