Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanı qəbul edib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Estoniyanın xarici işlər naziri Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib, bu məsələdə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın xüsusi rolunu vurğulayıb. Vaşinqton görüşündəki razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında nəqliyyat bağlantısının açılmasının önəminə toxunub.

Estoniyanın xarici işlər naziri Ermənistanın Qazaxıstandan idxal etdiyi taxılın Azərbaycan ərazisindən tranzit yolu ilə daşınmasına ölkəmiz tərəfindən icazə verilməsinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində mühüm addım olduğunu vurğulayıb.

Nazir ölkəmizə geniş tərkibdə biznes nümayəndə heyəti ilə gəldiyini və Bakıda biznes forumun keçirildiyini deyib, bu cür tədbirlərin ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafına təkan verəcəyinə ümidvarlığını bildirib.

Qonaq Estoniyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrini dəstəklədiyini qeyd edərək, hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafındakı müsbət dinamikanın məmnunluq doğurduğunu deyib.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə Tirana və Kopenhagendə görüşlərini məmnunluqla xatırlayıb, ölkəmizlə Avropa İttifaqı arasında enerji, nəqliyyat bağlantıları və digər sahələrdə əməkdaşlıq üçün yeni perspektivlərin açıldığını qeyd edib.

Qonaq COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə də təbriklərini çatdıraraq, bu tədbirdə beynəlxalq iqlim gündəliyi ilə bağlı ciddi nəticələrin əldə edildiyini vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edibPrezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edibPrezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edibPrezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edibPrezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 935   Tarix: 22 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14 oktyabr
.

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - Foto

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Dövlətimizin başçısı tədbirdə çıxı

15 oktyabr
.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15 oktyabr
.

Prezident: "Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

"Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti ikinci mərhələsində əsas məqsəd yaradılmış imkanlar əsasında özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı daha da genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib. xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist

14 oktyabr
.

Bəhruz Quliyev: Azərbaycan-Türkiyə münasibətlərində qardaşlıq qarşılıqlı hörmətə və suverenliyə ehtirama əsaslanmalıdır

Azərbaycan-Türkiyə münasibətləri tarixi qardaşlığa, ortaq milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə söykənir. Bu münasibətlərin gücü yalnız ortaq tariximizdə deyil, həm də bir-birimizin dövlətçilik maraqlarına, suveren hüquqlarına və milli seçimlərinə hörmətlə yanaşmağımızdadır. Məhz buna gör

15 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətləri niyə hədəfə çevrilir?

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında diplomatik əməkdaşlıq deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji maraqlara söykənən qardaşlıq modelidir. Məhz bu münasibətlərin xüsusi xarakteri Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamları, tanınmı

15 oktyabr