"25 oktyabr – Qubadlı şəhəri günü artıq təkcə tarixi qələbə xatirəsi deyil, həm də yeni həyatın başlanğıcını simvolizə edir" - DEPUTAT

"25 oktyabr – Qubadlı şəhəri günü artıq təkcə tarixi qələbə xatirəsi deyil, həm də yeni həyatın başlanğıcını simvolizə edir" - DEPUTAT"25 oktyabr 2020-ci ildə Qubadlının işğaldan azad edilməsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu tarixi gün təkcə hərbi qələbə kimi deyil, həm də azad edilmiş torpaqlarda bərpa və yenidənqurma proseslərinin başlanğıcı kimi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə həyata keçirilən sistemli, məqsədyönlü layihələr Qubadlını yeni inkişaf mərhələsinə çıxarır. 2023-cü ildə Prezidentin sərəncamı ilə 25 oktyabr "Qubadlı şəhəri günü" kimi təsdiq olundu. Bu qərar həm tarixi yaddaşın bərpası, həm də Qubadlının yenidən doğuluşunun rəsmi təsdiqi oldu".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə danışıb.

O, açıqlamasında qeyd edib ki, bu gün Qubadlıda həyata keçirilən layihələr Şərqi Zəngəzur iqtisadi rayonunun sosial-iqtisadi inkişafını təmin edən əsas istiqamətlərdən biridir:

"İşğaldan əvvəl Qubadlı rayonunun iqtisadiyyatı kənd təsərrüfatı, heyvandarlıq və tütünçülük üzərində qurulmuşdu. Bərəkətli torpaqları, bol su ehtiyatları və təbii sərvətləri ilə seçilən bu diyar Azərbaycanın kənd təsərrüfatı xəritəsində mühüm yer tuturdu. Lakin 27 illik işğal dövründə rayon tamamilə dağıdıldı – 94 yaşayış məntəqəsi, 7278 fərdi ev, yüzlərlə sosial obyekt, mədəniyyət və dini abidələr yerlə yeksan edildi. 2020-ci ildə qələbədən dərhal sonra dövlət tərəfindən Qubadlının bərpası istiqamətində genişmiqyaslı tədbirlər planı hazırlanmağa başladı. İlk növbədə, təhlükəsizliyin təmin edilməsi, minalardan təmizləmə və infrastrukturun bərpası prioritet elan edildi. 2021-ci il oktyabrın 25-də 110/35/10 kV-luq "Qubadlı" yarımstansiyası istifadəyə verildi. Bununla Qubadlı Azərbaycanın ümumi enerji sisteminə qoşuldu. Eyni zamanda, Füzulidəki "Şükürbəyli" yarımstansiyasından Qubadlıya qədər 76 kilometr məsafədə yeni yüksəkgərginlikli elektrik verilişi xətti çəkildi. Bu xəttlə bərabər, müasir fiberoptik internet kabeli də quraşdırıldı. Bu, həm enerjinin, həm də yüksək sürətli internetin təmin olunması baxımından mühüm addım idi. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2025-ci il 9 sentyabrda təsdiqlənmiş "Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan" rayonda yeni dövrün başlanğıcını müəyyən etdi. Bu sənəd Qubadlının gələcək 15 il ərzində müasir şəhər modelinə çevrilməsini, 47 mindən çox əhalinin burada məskunlaşmasını və regionun iqtisadi mərkəzlərindən birinə çevrilməsini nəzərdə tutur. Hazırda Mahruzlu və Zilanlı kəndlərində intensiv yenidənqurma işləri aparılır. Mahruzlu kəndində 190 fərdi evin tikintisi, 836 nəfərin ilkin mərhələdə məskunlaşdırılması planlaşdırılır. Zilanlı kəndində isə 159 ev inşa olunur və 772 sakin bu mərhələdə yurduna qayıdacaq. Gələcəkdə bu kənddə 2520 nəfərin yaşaması nəzərdə tutulur. Bu layihələr "Böyük Qayıdış" proqramının tərkib hissəsidir və vətəndaşların doğma torpaqlara mərhələli şəkildə köçürülməsi dövlət siyasətinin əsas prioritetidir. Eyni zamanda, 2021-ci ildə Cənub Ərazi Baş Gömrük İdarəsinin "Qubadlı" gömrük postu yaradıldı. Bu, azad edilmiş ərazilərdə iqtisadi dövriyyənin təmin olunması, gömrük nəzarətinin bərpası və qanunsuz ticarətin qarşısının alınması baxımından mühüm hadisədir. Qubadlı rayonunun inkişafını təmin edəcək əsas infrastruktur layihələrindən biri də Qubadlı–Eyvazlı və Qubadlı–Laçın avtomobil yollarıdır. 28,5 kilometrlik Qubadlı–Eyvazlı avtomobil yolu 2023-cü ildən etibarən inşa edilir. Prezident İlham Əliyevin 5 sentyabr 2023-cü il tarixli Sərəncamına əsasən, yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılmışdır. Bu yollar gələcəkdə Şərqi Zəngəzurun logistika və iqtisadi mərkəzinə çevriləcək Qubadlının inkişafında strateji rol oynayacaq. Rayonun enerji təminatının dayanıqlığı və gələcək artan tələbatın ödənilməsi məqsədilə 2040-cı ilədək elektrik gücünün 38 MVt-dan artıq olması proqnozlaşdırılır. Bu, həm sənaye, həm də kənd təsərrüfatı obyektlərinin fəaliyyətini təmin edəcək".

Deputat onu da vurğuladı ki, Qubadlıda həyata keçirilən layihələr təkcə infrastrukturun deyil, həm də insan həyatının, sosial mühitin bərpasına yönəlib:

"Bu torpaqlarda müasir məktəblər, xəstəxanalar, idman və mədəniyyət mərkəzləri inşa edilir. Şəhərin yeni memarlıq siması müasirliklə milli üslubun vəhdətini əks etdirir. Qubadlının dirçəlişi Prezident İlham Əliyevin azad edilmiş ərazilərlə bağlı siyasətinin real nəticəsidir. Dövlət başçısının Qubadlıda keçirdiyi görüşlər, imzaladığı sərəncamlar və yerində verdiyi tapşırıqlar bu rayonun gələcək inkişafına strateji istiqamət verir. Bu gün Qubadlı yalnız azad olunmuş şəhər deyil – o, həm də yenidən doğulan, gələcəyə inamla baxan bir Azərbaycan şəhəridir. Burada aparılan quruculuq işləri xalqımızın gücünü, dövlətimizin planlı siyasətini və milli birliyimizin təntənəsini nümayiş etdirir. 25 oktyabr – Qubadlı şəhəri günü artıq təkcə tarixi qələbə xatirəsi deyil, həm də yeni həyatın başlanğıcını simvolizə edir. Qubadlı dirçəlir, yenilənir və müasir Azərbaycanın inkişaf ritminə qovuşur. Bu torpaqda azadlığın nəfəsi, quruculuğun səsi, gələcəyin nuru var".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1138   Tarix: 23 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14 oktyabr
.

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - Foto

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Dövlətimizin başçısı tədbirdə çıxı

15 oktyabr
.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15 oktyabr
.

Prezident: "Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

"Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti ikinci mərhələsində əsas məqsəd yaradılmış imkanlar əsasında özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı daha da genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib. xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist

14 oktyabr
.

Bəhruz Quliyev: Azərbaycan-Türkiyə münasibətlərində qardaşlıq qarşılıqlı hörmətə və suverenliyə ehtirama əsaslanmalıdır

Azərbaycan-Türkiyə münasibətləri tarixi qardaşlığa, ortaq milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə söykənir. Bu münasibətlərin gücü yalnız ortaq tariximizdə deyil, həm də bir-birimizin dövlətçilik maraqlarına, suveren hüquqlarına və milli seçimlərinə hörmətlə yanaşmağımızdadır. Məhz buna gör

15 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətləri niyə hədəfə çevrilir?

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında diplomatik əməkdaşlıq deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji maraqlara söykənən qardaşlıq modelidir. Məhz bu münasibətlərin xüsusi xarakteri Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamları, tanınmı

15 oktyabr