Məhkəmədə həmin şəxslərin ifadələri elan olundu - Fotolar

Məhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarErmənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 23-də davam etdirilib.

"Qafqazinfo" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Sədrlik edən Zeynal Ağayev bildirib ki, 82 nəfər zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə prosesində iştirak edə bilməyəcəklərini, ibtidai istintaqa ifadələrinin məhkəmə prosesində tədqiq olunmasını xahiş edib.

Zərərçəkmişlərin iclasda iştirak edə bilməməsinə və ibtidai istintaqa ifadələrinin tədqiq edilməsinə etiraz edən olmayıb.

Ardınca məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin ifadələri elan edilib.

Zərərçəkmiş Azad Kamal oğlu Tahirovun elan olunan ifadəsinə əsasən, o, Ermənistanın əsirliyində olarkən Maksim adlı polis əməkdaşının avtomat silahın uc hissəsi ilə onun ağzından möhkəm zərbə vurması nəticəsində dişi qırılıb. Eyni zamanda, həmin Maksim barabanlı tapançaya bir güllə qoyub fırlatmaqla onunla əsir yoldaşları arasında "ruletka" oyunu oynayıb. Yəni, tapançanı növbə ilə əvvəl onun, sonra Şahlar Qurbanovun başına dirəyərək tətiyi çəkib. İki halda atəş açılmayıb. Lakin Tağı Bayramovun başına tutub tətiyi çəkdikdə isə açılmış atəş nəticəsində sonuncu yerindəcə ölüb. Qətlə yetirilmiş Tağı Bayramovun meyitini Ermənistan hərbçilərinin tələbi ilə çayın kənarına aparıb orada basdırıblar.

Tağıyev Talıb Əzim oğlu ifadəsində göstərib ki, 1991-ci il aprelin 10-da Cəbrayıl rayonunun Havıslı kəndi yaxınlığında Ermənistan hərbçiləri onun, eləcə də Əsədullayev Qubad Cavad oğlunun və Məmmədov Qara Salman oğlunun olduğu "Jiquli" markalı avtomobili saxlayaraq Hadrut polis şöbəsinə aparıb və orada onlara işgəncə veriblər. Eləcə də hadisədən sonra bu fakt üzrə aparılmış araşdırmanın gedişində həmin dövrdə keçirilmiş tanınma istintaq hərəkəti zamanı ona işgəncə vermiş V.E.Martirosyan, M.Q.Konstandov və P.M.Ayriyanı tanıyıb.

Ağayev İlham Cabir oğlu elan olunan ifadəsində bildirib ki, o, 1994-cü il mayın 5-də Tərtər rayonundakı 3-cü Sovxoz adlanan ərazidə Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində yaralanıb və əsir götürülüb. Təxminən bir ay Qaradağlı kəndində saxlanıldıqdan sonra onu Şuşa həbsxanasına aparıblar. Qaradağlıda saxlanıldığı müddətdə yaralarına baxılmadığından səhhəti ağırlaşıb. Bu səbəbdən onu Xankəndi Şəhər Uşaq Xəstəxanasına göndəriblər. Uşaq xəstəxanasında Ermənistan hərbçiləri tərəfindən əsir və girov götürülmüş digər azərbaycanlılar da saxlanılıb. 1994-cü il iyunun axırında onu Şuşa həbsxanasına aparıblar. Zərərçəkmiş bildirib ki, uşaq xəstəxanasında Kamo adlı nəzarətçi orada əsirləri və girovları döyürdü. Daha sonra onu Şuşaya, oradan da Xocavənd rayonunun Ağbulaq kəndinə aparıblar. Orada əsir və girovların sayı təxminən 50 nəfər olub. Ağbulaqda saxlanılan zaman da ağır işgəncələrə məruz qalıb.

Zərərçəkmiş Rəhimov Vahid Qaroğlan oğlu ifadəsində göstərib ki, 1993-cü il avqustun 28-də Qubadlı rayonunun Xanlıq kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərkən həyat yoldaşı Fadina Qalina Gennadiyevna ilə birlikdə girov götürülüb, avtomat silahın qundağı, yumruq-təpiklə döyülərək 1 gün su anbarında, daha sonra Hadrut qəsəbəsində saxlanılıb. Onlar girovluqda saxlandığı müddət ərzində də dəfələrlə ağır işgəncələrə məruz qalıblar.

Digər zərərçəkmiş Rasim Məmmədov ifadəsində qeyd edib ki, 1993-cü ilin payızında Ermənistan silahlı qüvvələri tərəfindən atılan mərminin onun yanına düşməsi nəticəsində xəsarət alıb, huşunu itirərək yerə yıxılıb, ayıldıqda "Niva" markalı avtomobildə olduğunu və girov götürüldüyünü bilib. İki-üç həftə bilmədiyi yerdə saxlanılıb, daha sonra Ermənistanın Gorus rayon ərazisində yerləşən fermaya gətiriblər. Orada döyülüb, pis rəftara və ağır işgəncələrə məruz qalıb. Daha sonra Gümrüyə aparılıb. Orada ondan başqa adlarını unutduğu təxminən 15-20 nəfər azərbaycanlı əsir və girov da olub.

Zərərçəkmiş Abdullayev Nazim Şakir oğlu ifadəsində göstərib ki, o, 1988-1992-ci illərdə Azərbaycanın cənub su layihələşdirmə institutunda topoqraf-mühəndis işləyib. 1991-ci il noyabrın 15-də Xankəndi şəhəri ilə Şuşa şəhərinin arasında əsir götürülüb. Üç gün ərzində onu mütəmadi olaraq vəhşicəsinə döyüb, ac-susuz saxlamaqla işgəncəyə məruz qoyublar.

Zərərçəkmiş Rəhimov İlham Allahverən oğlunun ifadəsinə əsasən Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zamanı o, Əvəz Mirzəyev, Rafiq Mustafayev, Xankişi Həsənov, Fəxrəddin Bəhramov yaralanıb, Asif Həsənov, Şahmar İbrahimov, Müseyib Nəsibov, Nəsib Rüstəmov, Yasin Rəhmənov və Hətəm Bəhramov həlak olublar.

Əhmədov Niyyət Binnət oğlu ifadəsində göstərib ki, o, 1993-cü il aprelin 18-də atası Binnət, anası Busat, bacıları Zövqiyyə, Şərqiyə, Arzu, qonşuları Zübeydə, Şamama və digərləri canlarını qurtarmaq üçün yaşadıqları Kəlbəcər rayonunun Başlıbel kəndində olan daş mağarada gizləniblər. Həmin gün Ermənistan hərbçiləri onların gizləndikləri mağaranı atəşə tutublar. Qohumlarından olan Busat, bacısı Zövqiyyə, Gülgəs, Əhliman, Çiçək, Yaqut, Hüseyn, Məhəmməd, Aygün, Surxay və Çingiz güllə yarasından ölüblər. O, sağ qalmış və yaralanan digər qohumları girov götürülüblər. Sonra Ermənistan hərbçisi atası Binnəti güllə ilə vuraraq, qol və sinə nahiyələrindən yaralayıb. Onu və digər sağ qalan qohumlarını Xankəndi şəhərinə aparıblar. Ermənistan hərbçiləri onu və digər yaralı qohumlarını Xankəndi Şəhər Uşaq Xəstəxanasında, digərlərini isə Xankəndi şəhər uşaq bağçasında yerləşdiriblər. Orada erməni həkimləri ona heç bir ağrıkəsici dərman verməyib, əksinə, işgəncə verərək gözünün və ayağının yarasına zərbələr yetirib, çirkli bintlə sarıyıblar. Təxminən 8 ay müddətində xəstəxanada saxlanılıb. Zərərçəkmiş bildirib ki, orada nəzarətçilərin yaralı azərbaycanlı əsirlərə ağır işgəncələr verməsinə şahid olub.

Zərərçəkmiş Əliyeva Solmaz Dəmir qızı ifadəsində bildirib ki, Ermənistan hərbçiləri 1992-ci il mayın 8-də Şuşaya hücum edib. Həmin vaxt o, ailə üzvləri və qohumları ilə evlərinin zirzəmisində gizləniblər. Bir gün sonra Ermənistan hərbçiləri onu və qohumlarını girov götürüblər. Girov götürdükdən sonra avtomat silahın qundağı və təpiklə vuraraq, onları yük avtomobilinə mindirib Xankəndi şəhərində yerləşən təcridxanaya aparıblar. Orada kişiləri döydükdən sonra ayırıblar və qadınlarla uşaqları bir kameraya salıblar. Dörd gün ərzində onlara yeməyə heç nə verməyiblər. Hər gün onları ölümlə hədələyərək təhqir ediblər.

Zərərçəkmiş Məmmədov Qadir İmamqulu oğlu ifadəsində göstərib ki, o, 1993-cü il avqustun 20-də Füzuli rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. İlyarım Şuşa həbsxanasında saxlanıldıqdan sonra onu Xocavənd rayonunun Ağbulaq kəndinə aparıblar. İyirmi gündən sonra girovluqdan qaçıb və Ağcabədi rayonuna gəlib. Əsirlikdə olan zaman işgəncələrə məruz qalıb.

Xocalı sakini Əliyeva Ətrabə Əhməd qızı ifadəsində qeyd edib ki, 1992-ci il fevralın 25-də saat 23 radələrində Ermənistan hərbçiləri şəhəri atəşə tutub. O, yaxınları ilə birlikdə meşəyə gedərək Ağdam rayonu istiqamətində hərəkət edib. Yolda Ermənistan hərbçilərinin onları atəşə tutması nəticəsində bacısı Məlahətin əri Tapdıq və 8 yaşlı qızı həlak olub. Onlar ikinci dəfə atəşə tutulanda sol ayağından yaralanıb, böyük çətinliklə Ağdam rayonunun Şelli kəndinə gəliblər.

Xocalı şəhər sakini Əzizov Arif Qüdrət oğlu ifadəsində göstərib ki, 1992-ci il fevralın 26-sı saat 20 radələrinə kimi digər azərbaycanlı sakinlərlə birlikdə Xocalı şəhərində zirzəmidə gizlənib, daha sonra Naxçıvanlı kəndi istiqamətində meşəyə gediblər. Fevralın 27-də saat təxminən 8 radələrində Ermənistan hərbçiləri onları Naxçıvanlı kəndində mühasirəyə alıb girov götürüblər.

1965-ci il təvəllüdlü Xocalı şəhər sakini Vəliyev Fikrət Cavad oğlu ifadəsində qeyd edib ki, 1992-ci il fevralın 25-də gecə saatlarında şəhər dörd bir tərəfdən tank və zirehli texnikadan atəşə tutulub, evlər yandırılıb. Soyqırımı zamanı qardaşı Füzuli itkin düşüb, bacısı Sürəyya Vəliyeva, habelə Eldar və Rəfil Əhmədovlar, Ülfət Əliyev meşədə qalıb və onlardan da heç bir xəbər yoxdur.

Məhkəmə iclasında digər zərərçəkmiş şəxslərin də ifadələri elan olunub.

Məhkəmə prosesi oktyabrın 24-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Məhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 942   Tarix: 23 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əməliyyat zamanı qohumunun ölümünə səbəb olan həkim barədə SON QƏRAR

Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, "AzE Estetik Mərkəzi"nin direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi ilə bağlı yekun qərar elan edilib. -ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsind

13 aprel
.

60 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı

Salyan rayonunda bu il yanvarın 31-dən itkin düşən şəxsin meyiti aşkar edilib. "Qafqazinfo"nun məlumatına görə, meyit Salyan-Neftçala yolu yaxınlığında, rayonun Kürqaraqaşlı kəndi ərazisində yerləşən kollektordan tapılıb. İlkin araşdırma nəticəsində meyitin Salyan şəhər sakini, 85 yaşlı Rafae

1 aprel
.

Ərini öldürən qadına və sevgilsinə AĞIR CƏZA

Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasovanın və Zahir Soltanovun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, Leyla Abbasova 15 il, Zahi

16 aprel
.

Bu hal cinayət hesab ediləcək

Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab olunacaq. xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, dövlət büdcəsinin

21 aprel
.

Sevgilisini xüsusi amansızlıqla öldürən iş adamı ilə bağlı YENİ QƏRAR

Bakıda sevgilisini anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti proses keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəf təqsirləndiriləni

10 aprel
.

Dəhşətli cinayət: Ana torpağa basdırılmış, oğlu güllələnmiş halda tapıldı

Hatayın İskenderun rayonunda baş verən dəhşətli hadisə nəticəsində ana və oğlu ölü halda tapılıb. türk mediasına istinadən xəbər verir ki, sözügedən ərazidə heyvan otaran çoban torpaq üzərində meyit aşkar edərək vəziyyət barədə jandarmaya məlumat verib. Hadisə yerinə cəlb olunan əməkdaşlar tərəfində

16 aprel
.

Saleh Səmədov 200 min manat mənimsəyibmiş

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittihamı elan edib. İttihamda yazılıb ki, Saleh Səmədov cinayət baş verən dövrd

20 may
.

Həyətdə yıxılan 48 yaşlı kişi öldü

Paytaxtın Qaradağ rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, aprelin 15-i saat 18 radələrində Lökbatan qəsəbə sakini 1978-ci il təvəllüdlü Sərvan Məhərrəmov yaşadığı evin həyətində yıxılaraq ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılı

16 aprel
.

Dövlət xidmətində rüşvət ƏMƏLİYYATI: Saxlanılanlar var

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində əməliyyat keçirilib. "Report"a istinadla xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb. Onla

23 aprel